Icma.az
close
up
RU
Fransa və Ermənistanın Azərbaycana qarşı yeni ekoloji müharibəsi Dünya üçün həyəcan siqnalı

Fransa və Ermənistanın Azərbaycana qarşı yeni ekoloji müharibəsi Dünya üçün həyəcan siqnalı

Icma.az, Oxu.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Fransanın dövlət nüvə şirkəti "Orano" ölkənin ekoloji cəhətdən ən həssas milli parklarından birində saxlanılan tükənmiş uran tullantılarını gizli şəkildə Ermənistana göndərməyə başlayıb. 2025-ci ilin iyununda başlayan ixracat Fransadan Ermənistanın baş naziri Nikol Paşinyanın ailəsi ilə sıx bağlı olan fonda bir sıra şübhəli irimiqyaslı ianələrin edilməsinin ardınca baş verib.

"Orano" Fransanın nüvə yanacağı nəhəngidir. İllər boyu şirkət təkrar emal olunmuş uran və nüvə enerjisinin digər radioaktiv əlavə məhsullarını saxlamaq üçün Rusiyaya göndərib. Lakin Ukrayna müharibəsi ilə bağlı Qərbin sanksiyaları Rusiyaya çatdırılmanı siyasi cəhətdən qeyri-mümkün etdikdən sonra şirkət başqa həll yolları axtarıb. "Orano"nun daxili sənədləri göstərir ki, Ermənistan qəfil və gözlənilməz bir qərar verib. Qərar Ermənistanın baş naziri Nikol Paşinyanın 2025-ci ilin fevralında Parisə yüksəksəviyyəli səfərindən bir neçə həftə sonra verilib. Nüvə tullantılarının ilk partiyaları Ermənistana iyun ayında gəlib. Onlar nəsli kəsilməkdə olan bir çox canlının yaşadığı Dilican Milli Parkında, biosfer qoruğunda tikilmiş obyektdə saxlanılır.

"Orano" nüvə tullantılarını Ermənistana ixrac etmək planlarını işə salmazdan əvvəl maraqlı maliyyə əməliyyatı baş verib. 2025-ci ilin aprel və may aylarında Ermənistanın baş naziri Nikol Paşinyanın həyat yoldaşı Anna Akopyanın sədrlik etdiyi "Mənim addımım" fondu, biznes fəaliyyəti aydın olmayan bir fransız şirkətindən 800 min avro dəyərində iki ayrı ianə alıb. Maliyyə sənədləri göstərir ki, şirkətin xeyriyyəçiliklə bağlı heç bir təcrübəsi olmayıb. Fondun nümayəndələri sorğulara cavab verməyiblər. Bu isə Ermənistan və Fransanın növbəti dəfə ekoloji terrora əl atmasını, bununla da cütlüklərin Espoo Konvensiyasının, Biomüxtəlifliyin Qorunması haqqında Konvensiyanın, Transsərhəd Su Resurslarının İstifadəsi və Qorunması haqqında Helsinki Konvensiyasının tələblərinə əməl etmədiyini göstərir.

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin üzvü, siyasi elmlər doktoru Vüqar Rəhimzadə mövzu ilə bağlı Oxu.Az-a açıqlamasında bildirib ki, bu, Fransa və Ermənistan tərəfindən Azərbaycana qarşı yeni ekoloji müharibədir:

"Məsələ ondadır ki, Ermənistanın Dilican Milli Parkı Göyçə gölünün şimalında, Ağstafa çayının hövzəsindən 1 100-2 800 metr yüksəklikdə yerləşir, su axıntıları Ağstafa çayı vasitəsilə Kür çayına daşınır. Parkın ərazisi Gədəbəy, Tovuz, Ağstafa və Qazax rayonlarına yaxın olduğu üçün bütövlükdə Azərbaycanda biomüxtəliflik təhdid altındadır. Nüvə tullantılarının Ermənistanda seysmik cəhətdən aktiv bölgəyə yerləşdirilməsi təhlükənin miqyasını daha da böyüdür".

"Ümumiyyətlə, Fransa müstəmləkə ölkələrində törətdiyi vəhşilikləri ilə tanınır. Bununla bağlı kifayət qədər faktlar mövcuddur. Fransanın müstəmləkə ərazilərində həyata keçirdiyi nüvə sınaqları nəticəsində həmin ərazilərdə yaşayan insanların həyatı təhlükə altına düşüb, təbiətə ciddi ziyan dəyib. Əlcəzairdə, Polineziyada və digər ərazilərdə keçirilən bu sınaqlar canlı təbiətin məhvi, insanların ölümü, şikəst olması ilə nəticələnib. Fransanın nüvə tullantılarını müstəmləkə regionlarındakı dənizlərə axıtmasının ardınca indi də Ermənistana daşıması bütün dünyanı narahat etməlidir", - deputat vurğulayıb.

Müsahibimiz əlavə edib ki, dünyanın ekoloji təşkilatları Fransa və Ermənistanın birlikdə həyata keçirdiyi bu ekoloji terroru dayandırmaq üçün öz etiraz səslərini ucaltmalıdırlar:

"Fransa-Ermənistan cütlüyünün beynəlxalq konvensiyaların tələblərini kobud şəkildə pozmasına son qoyulmalıdır".

Mərahim Nəsib

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:64
embedMənbə:https://oxu.az
archiveBu xəbər 01 İyul 2025 18:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xames Rodrigez MLS klubuna keçə bilər

31 Dekabr 2025 03:28see234

AZAL ın təyyarə qəzasının araşdırılması üçün Qazaxıstanla əməkdaşlıq edirik Rusiya XİN

30 Dekabr 2025 20:05see225

Avropanın üç nəhəngi Joao Kanseloya elçi düşüb

31 Dekabr 2025 08:10see197

Siyasi qorxunun məhsulu

30 Dekabr 2025 09:45see196

2026 cı ildə Bakıda hansı infrastruktur layihələri REALLAŞDIRILACAQ?

30 Dekabr 2025 14:16see172

Ekspert xəbərdarlıq etdi: 2026 da iqtisadi çətinlik...

30 Dekabr 2025 08:15see168

Lukaşenko Putinə sui qəsd cəhdindən danışdı

31 Dekabr 2025 19:38see165

Tramp: “F 35”lərin Türkiyəyə satışı ilə bağlı ciddi müzakirələr aparılır

30 Dekabr 2025 05:45see151

ABŞ ın Mərkəzi Kəşfiyyat İdarəsi Venesuela limanına zərbə endirib

30 Dekabr 2025 09:43see149

Birmarketdən növbəti böyük hədiyyə: Kia K5 Sport qalibə təqdim olundu

30 Dekabr 2025 19:53see147

30 il əvvəl İstanbulda edilən səhv Bakıda təkrarlanır Təhlükəli mənzərə

31 Dekabr 2025 06:14see146

Azyaşlı qızları maşınına mindirib dəfələrlə zorladı Azərbaycanda ŞOK HADİSƏ

30 Dekabr 2025 05:29see143

Süni intellektin gələcəyi: OpenAI təhlükələrə qarşı mübarizə üçün idarəedici axtarır

30 Dekabr 2025 09:05see142

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see141

Nadir qalaktika birləşməsi kəşf edildi Kainatda ilk

31 Dekabr 2025 04:13see141

Yolka ağacları artıq dronlar və süni intellekt vasitəsilə yetişdirilir...

31 Dekabr 2025 04:27see139

Ukrayna Xersona hücum etdi

31 Dekabr 2025 03:13see138

Zəngəzur dəhlizi sayəsində türk dövlətlərinə birbaşa çıxış yolu təmin edəcəyik Uraloğlu

31 Dekabr 2025 02:51see132

“Turan Tovuz”dan ayrılan futbolçu: “Daim oynamaq istəsəm də, az şans qazanırdım”

31 Dekabr 2025 17:38see131

Əfqanıstanlı kişi Britaniya xəstəxanasında 5 nəfəri yaraladı

31 Dekabr 2025 06:46see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri