Fransızlar ölkə qoşunlarının Ukraynaya göndərilməsinin əlehinədirlər
Anews saytına istinadən Icma.az xəbər verir.
Fransa sakinlərinin əksəriyyəti respublika qoşunlarının Ukraynaya göndərilməsinə qarşı çıxıb. Bu barədə Le Journal du Dimanche qəzetinin sifarişi ilə CSA sosioloji xidmətinin keçirdiyi sorğu nəticələrində qeyd olunub.
Belə ki, respondentlərin 68%-i qoşun göndərilməsinin əleyhinə olub. Respondentlərin 31%-i bu fikri dəstəkləyir, tədqiqat iştirakçılarının 1%-i isə cavab verməkdə çətinlik çəkib.
Eyni zamanda, qadınlar kişilərdən (63%) daha çox (73%) Ukraynaya qoşun göndərilməsinin əleyhinədirlər.
Sorğunun nəticələrinə görə, Fransadakı bütün siyasi qüvvələrin tərəfdarları Ukraynaya hərbi müdaxiləyə qarşı çıxıblar. Lakin bu ideyanı rədd edənlərin ən çoxu (84%) sağçı partiyaların, xüsusilə Milli Mitinqin tərəfdarları arasında müşahidə olunur.
Sorğu noyabrın 26-27-də keçirilib. Burada yaşı 18-dən yuxarı olan 1010 nəfər iştirak edib.
Aytac
www.anews.az
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Belə ki, respondentlərin 68%-i qoşun göndərilməsinin əleyhinə olub. Respondentlərin 31%-i bu fikri dəstəkləyir, tədqiqat iştirakçılarının 1%-i isə cavab verməkdə çətinlik çəkib.
Eyni zamanda, qadınlar kişilərdən (63%) daha çox (73%) Ukraynaya qoşun göndərilməsinin əleyhinədirlər.
Sorğunun nəticələrinə görə, Fransadakı bütün siyasi qüvvələrin tərəfdarları Ukraynaya hərbi müdaxiləyə qarşı çıxıblar. Lakin bu ideyanı rədd edənlərin ən çoxu (84%) sağçı partiyaların, xüsusilə Milli Mitinqin tərəfdarları arasında müşahidə olunur.
Sorğu noyabrın 26-27-də keçirilib. Burada yaşı 18-dən yuxarı olan 1010 nəfər iştirak edib.
Aytac
www.anews.az
Baxış sayı:107
Bu xəbər 28 Noyabr 2024 13:15 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















