Freddən Con Duran açıqlaması: Varlıyam deyib məşqə getmirdi
Oxu.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
"Fənərbağça"nın sabiq ulduzu Fred keçmiş komanda yoldaşı Con Duranla bağlı açıqlamaları ilə diqqət çəkib.
Oxu.Az xəbər verir ki, braziliyalı yarımmüdafiəçi bu barədə qonaq olduğu "Charla Podcast" proqramında danışıb.
Təcrübəli futbolçu karyerası ərzində eyni komandada oynadığı ən çılğın oyunçunun məhz kolumbiyalı hücumçu olduğunu vurğulayıb.
"İndiyə qədər eyni komandada oynadığım ən çılğın futbolçu Con Durandır. Bu insan sözün əsl mənasında heç nəyə əhəmiyyət vermir. Bununla belə, olduqca əyləncəli və yaxşı biridir. Sadəcə, dünya vecinə deyil. Ona "Gəl, məşqə gedək", - dediyim zaman "Yox, onsuz da varlıyam, rahatam", - cavabını verirdi. Bu hərəkətlərinə görə ona əsəbiləşirdim. Mənə "Öz həyatımı, ailəmi və məndən sonra gələcək üç nəsli artıq təmin etmişəm", - deyirdi", - deyə Fred bildirib.
Braziliyalı ulduz həmçinin həmkarının "Fənərbağça"dakı günləri və "Zenit"ə transferi ilə bağlı maraqlı detalları paylaşıb.
"Fənərbağça"ya ilk transfer olunduğu ərəfələrdə məşqlərə qatılırdı, ancaq sonradan bunu tamamilə dayandırdı. "Zenit"ə keçdiyi zaman ona "Artıq daha çox pul qazanacaqsan", - dedim. O isə mənə "Qardaşım, nə qədər çox olsa, bir o qədər yaxşıdır", - cavabını verdi. Lakin deyəsən, yaxın vaxtlarda övladı dünyaya gələcək. Ümid edirəm ki, artıq bir az da olsa, sakitləşib", - deyə Fred qeyd edib.
Qeyd edək ki, kolumbiyalı hücumçu Con Duran 2025-ci ilin yay transfer pəncərəsində "Ən-Nəsr" klubundan icarə əsasında "Fənərbağça"nın heyətinə cəlb edilib və 2025/2026-cı illər mövsümündə İstanbul təmsilçisinin uğurları üçün mübarizə aparıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:171
Bu xəbər 06 Oktyabr 2026 06:25 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















