Icma.az
close
up
RU
Fuad Muradov: Türkiyə xalqı öz gələcəyini Azərbaycanla sıx qarşılıqlı fəaliyyətdə görür AZƏRTAC

Fuad Muradov: Türkiyə xalqı öz gələcəyini Azərbaycanla sıx qarşılıqlı fəaliyyətdə görür AZƏRTAC

Icma.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

İqdır, 21 yanvar, AZƏRTAC

Qars və İqdır bölgələri Azərbaycanın diaspor fəaliyyəti üçün xüsusilə mühümdür. Biz bir daha şahidi olduq ki, Türkiyə xalqı Azərbaycanla əlaqələrin sarsılmaz olduğu qənaətindədir, öz gələcəyini ölkəmizlə sıx qarşılıqlı fəaliyyətdə görür. Qardaş ölkənin vətəndaşları daim Azərbaycana dəstək əzmini ifadə edirlər.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Türkiyəyə işgüzar səfərinin yekunlarını şərh edən Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov ifadə edib.

Dövlət Komitəsinin sədri bildirib ki, qardaş ölkəyə səfərin ilk dayanacağı İstanbul olub və burada Azərbaycan nümayəndə heyəti Türkiyə Azərbaycan Cəmiyyətləri Federasiyasının (TADEF) 7-ci Qurultayında iştirak edib.

Nümayəndə heyəti daha sonra Qarsa səfər edib, burada Qafqaz Universitetinin professor-müəllim heyəti və tələbələri, eləcə də yerli administrasiya və Azərbaycan icmasının nümayəndələri ilə görüşüb.

“Bizim Ermənistanla sərhəddə yerləşən “Akyaka” dəmir yolu vağzalına da baş çəkmək və yerli əhali ilə əlaqə saxlamaq imkanımız oldu”, - deyə F.Muradov bildirib.

Səfər İqdır şəhərində keçirilən görüşlərlə başa çatı. Burada 20 Yanvar faciəsi qurbanlarının xatirəsinə həsr olunmuş konfrans təşkil olunub, rəsmi şəxslər və Azərbaycan icmasının üzvləri ilə görüşlər keçirilib.

Nəhayət, nümayəndə heyəti Qarsı Naxçıvanla birləşdirəcək dəmir yolu layihəsinin tikinti sahələrindən birinə baş çəkib.

Dövlət Komitəsi sədrinin sözlərinə görə, Qars və İqdırda ünsiyyətdə olduğu həmvətənlərinin əksəriyyəti Qərbi Azərbaycandakı soyqırımından qaçaraq öz doğma yurdlarından didərgin düşmüş azərbaycanlıların nəslindən olduqlarını bildirib.

“Deportasiya və soyqırımı qurbanlarının övladları Qərbi Azərbaycana qayıtmağın vacibliyini açıq şəkildə bəyan edib, bu məsələnin gündəmdə qalmalı olduğunu vurğulayıb, tarixi ədalətin bərpası ilə bağlı Prezident İlham Əliyevin mövqeyini yüksək qiymətləndiriblər” –deyə F.Muradov vurğulayıb.

O qeyd edib ki, Qars və İqdır sakinləri Azərbaycan rəhbərinin Türkiyə ilə əlaqələrin inkişaf etdirilməsi məsələsinə dair, o cümlədən iki qardaş ölkənin sərhədyanı rayonları arasında əməkdaşlığın gücləndirilməsi kontekstində səsləndirdiyi bəyanatları diqqətlə izləyir və alqışlayırlar.

F.Muradov müasir İqdırın rəmzlərindən birinə - Şərqi Anadolunun erməni quldur dəstələrinin qurbanları olmuş dinc sakinlərinin xatirəsinə ucaldılmış beş qılınc formasında abidəyə diqqət çəkib. “Azərbaycan memarlarından birinin ərsəyə gətirdiyi abidə nümayiş etdirir ki, insanlar bu torpaqlarda törədilmiş cinayətləri xatırlayır, eyni zamanda, sülhə hazırdırlar”, -deyə F.Muradov bildirib.

Dövlət Komitəsinin sədri Azərbaycan və Türkiyə diasporunun birgə addımlarından da danışıb.

O qeyd edib ki, 2018-ci ildən başlayaraq iki qardaş ölkənin diaspor strukturlarının fəaliyyəti ilə bağlı birgə planlar həyata keçirilib. “Artıq Almaniyada, ABŞ-da və dünyanın digər ölkələrində Azərbaycan və türk diasporunun çoxsaylı birgə tədbirləri keçirilib”, - deyən F.Muradov bütün türk dövlətlərinin diaspor strukturları arasında qarşılıqlı fəaliyyətin, o cümlədən diaspor təşkilatlarının gənclərin birləşdirilməsi istiqamətində addımlarının böyük əhəmiyyət kəsb etdiyini bildirib.

“Birincisi 2023-cü ildə Bakıda, növbəti il isə İstanbulda keçirilən Türk Diaspor Gəncləri Düşərgələri buna yaxşı nümunədir. Bu il də bu ideya həyata keçiriləcək”, - deyə F.Muradov qeyd edib.

Ramin Abdullayev

AZƏRTAC-ın xüsusi müxbiri

İqdır

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:140
embedMənbə:https://azertag.az
archiveBu xəbər 21 Yanvar 2025 10:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see237

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see208

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see183

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see169

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see167

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see159

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see156

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see153

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see151

GUYA SİZİ SAYAN VAR Kİ?!

15 Yanvar 2026 13:53see150

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see146

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see145

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see144

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see143

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see138

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see136

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see136

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see135

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see135

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri