Gadamly ilk quru yük gəmisi Bakı Limanına yanaşıb
Icma.az xəbər verir, Bakivaxti saytına əsaslanaraq.
"Azərbaycan Dəmir Yolları" QSC-nin Türkmənistanda inşa edilmiş "Gadamly" ilk quru yük gəmisi Bakı Beynəlxalq Dəniz Limanına yanaşıb.
Bakıvaxtı.az xəbər verir ki, gəmi Bakı və Türkmənbaşı limanları arasında müntəzəm konteyner daşımalarına cəlb ediləcək.
Yeni gəminin istismara verilməsi Orta Dəhliz, o cümlədən bu dəhlizin Avrasiya Nəqliyyat Marşrutunun inkişafı baxımından mühüm hadisə hesab olunur.
Yükgötürmə qabiliyyəti 6 100 ton olan, 240 ədəd 20 futluq konteyner daşımaq imkanına malik "Gadamly" gəmisinin istismara verilməsi Bakı Limanının illik yükaşırma göstəricilərinin artımına da müsbət təsir göstərəcək.
Bu mövzuda digər xəbərlər:Bakı Limanı: “Gadamly” gəmisi Bakı Türkmənbaşı xəttində konteyner daşımalarını artıracaq
12 May 2026 12:34
Rusiyanın sərhəd gözətçi gəmisi Bakı limanına səfər edəcək
18 Sentyabr 2025 16:32
Bakı Limanına gələn Rusiya gəmisi: Xəzərdə nələr müzakirə olunacaq?
19 Sentyabr 2025 15:13
Bakı Limanında Türkmənistanda inşa olunan Gadamly gəmisinin qarşılanma mərasimi keçirildi FOTOLAR
12 May 2026 14:23
Zaxarova: Rusiyanın sərhəd gəmisi gələn həftə Bakı limanına daxil olacaq
18 Sentyabr 2025 17:32
Baxış sayı:177
Bu xəbər 12 May 2026 11:33 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















