Icma.az
close
up
RU
Gəl, qonağım ol dedi, sonra da bıçaqladı Hacıqabudakı hadisənin detalları

Gəl, qonağım ol dedi, sonra da bıçaqladı Hacıqabudakı hadisənin detalları

Demokrat.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Hacıqabul rayonunda 1983-cü il təvəllüdlü Natiq Abuşov dostluq münasibətlərində olduğu 1995-ci il təvəllüdlü Ağcabədi şəhər sakini Qasım Kərimovu bıçaqlayıb. 
Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə ötən ilin iyunun 17-də Hacıqabul rayonu, Navahi kəndində baş verib. Natiq yaşadığı bir mərtəbəli evin qarşısında əvvəlcədən tanıdığı Qasımın onun və ailə üzvlərinin ünvanına nalayiq ifadələr işlətməsi səbəbindən onunla mübahisə edib. 
Aralarında şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı evin mətbəxindən götürdüyü bıçaqla Qasımın döş qəfəsinə bir dəfə zərbə vurub.
Hadisəni törədən Natiqin barəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham elan edilib. 
İş üzrə ifadə verən Natiq ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, Qasımı 2013-cü ildən tanıyır, yaxın dostluq münasibətində olublar: “Mən Qasımgilin Ağcabədi rayonunda olan fermasında əvvəllər çobanlıq etmişəm. Qasımgilin fermasından çıxdıqdan sonra Hacıqabul rayonu, Navahi kəndində çobanlıq edirdim. Qasım mobil telefonuma zəng edərək qonaq gəlmək istədiyini və yanımda 3 gün qalacağını bildirdi. Mən ona etiraz etmədim. Qasım gələndən sonra birlikdə mağazaya gedərək yeyib-içmək üçün zəruri olan ərzaq məhsulları aldıq. Birlikdə iki gün yeyib içdik”.
Təqsirləndirilən şəxs bildirib ki, iyun ayının 17-də Qasım yenidən mağazaya gedib və yeyib-içmək üçün nə lazımdırsa alaraq gətirib: “Qasımla yeyib-içərkən aramızda mübahisə düşdü. Qasımı bir dəfə bıçaqla vurdum. Hadisə vaxtı hər ikimiz sərxoş olmuşuq. Qasım mənim ünvanıma “var-yox” söyüşü söydüyü üçün onu bıçaqla vurmuşam. Qasıma söyüş söyməməsini, belə söyüşə görə adamı öldürürlər dedim. O, isə təkrar söydüyü üçün onu bıçaqla vurmuşam. Qasımı bıçaqla vurduqdan sonra Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng edərək törətdiyim hadisə ilə bağlı məlumat verdim. Daha sonra yola çıxaraq polis əməkdaşlarını qarşıladım və hadisə yerinə gətirdim”. 
Təqsirləndirilən şəxs deyib ki, maddi imkanı olmadığı üçün zərərçəkmiş şəxsə maddi yardım göstərə bilməyib: “Qasımla əvvəllər heç bir şəxsi qərəzliyim, düşmənçiliyim olmayıb. Qasımın ailəsini tanıyıram. Anası mənə yemək verib, evlərində qalmışam, fermalarında çobanlıq etmişəm. Əməlimdən peşmanam”.
İş üzrə zərərçəkmiş Qasımın sözlərinə görə, Natiqlə uzun müddətdir dostuq edir: “Biz tez-tez görüşdük, yeyib-içirdik. Hadisə olan günü Natiqin ünvanına söyüş söydüyüm üçün məni bıçaqla vurdu. Günah məndə olub. Hadisədən əvvəl Natiqə zəng etmişəm, onun yanına qonaq gəlmək istədiyimi demişəm. Natiq də mənə “gəl, gözüm üstə” dediyi üçün onlara getmişəm. Spirtli içkini mağazadan almışıq. Spirtli içki içəndə aqressiv oluram. Natiqlə mübahisə etdikdən sonra  qardaşım ilə mobil telefon vasitəsi ilə danışdım. Bu zaman Natiq məni bıçaqla vurdu. Günah özümdə olub. Natiqin valideynlərinin ünvanına “ölü-diri” söyüşü söydüyüm üçün məni bıçaqla vurub. Natiq məni bıçaqla vurduqdan sonra əynindəki köynəyi çıxardaraq yaramın üstünə sıxdı ki, çox qan itirməyim”. 
Zərərçəkmiş qeyd edib ki, təqsirləndirilən şəxslə barışıb, ona qarşı heç bir şikayəti yoxdur: “Natiqin ailəsi mənə maddi yardım etməyi təklif etsə də, imtina etmişəm. Müalicəmə ümumilikdə 2500-3000 manat məbləğində xərcim çıxıb”.
Bu cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Natiq 4 il müddətinə azadlıqdan məhrum edilib. Təqsirləndirilən şəxsin cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilib. 
Fariz Məlikli
Demokrat.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:95
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 22 Yanvar 2026 15:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see252

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see230

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see214

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see213

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see210

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see205

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see184

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see181

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see166

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see166

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see165

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see156

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see149

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see148

PSJ nin hücumçusu La Liqada çıxış edə bilər

21 Yanvar 2026 00:29see146

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see144

Tramp Makronun təklifini rədd etdi

21 Yanvar 2026 00:31see143

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see143

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see142

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see141
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri