Gəncə Beynəlxalq Hava Limanında təyyarə qəzasında həlak olanların xatirəsi anılıb
Icma.az xəbər verir, Report.az saytına əsaslanaraq.
Gəncə Beynəlxalq Hava Limanında Qazaxıstanda “Azərbaycan Hava Yolları”na məxsus sərnişin təyyarəsinin qəzaya düşməsi nəticəsində həlak olanların xatirəsi ehtiramla yad edilib.
“Report”un Qərb bürosunun məlumatına görə, hava limanının binasında bununla bağlı guşə yaradılıb, guşənin qarşısına gül çələngləri qoyulub.
Aeroportun əməkdaşları tərəfindən qəza nəticəsində həyatını itirmiş pilotların və bələdçinin, həmçinin sərnişinlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Hava limanında təyyarə qəzasında həlak olanların xatirəsi anılır FOTO
26 Dekabr 2024 11:41
Təyyarə qəzasında həlak olanların xatirəsini yad etmək üçün hava limanında guşə yaradılıb
26 Dekabr 2024 11:35
Təyyarə qəzasında həlak olanların xatirəsi Heydər Əliyev Beynəlxalq Aeroportunda anılır VİDEO AZƏRTAC
26 Dekabr 2024 14:05
Antalya hava limanında təyyarə yanıb
25 Noyabr 2024 09:33
Təyyarə hava limanında binalara çırpıldı
01 Yanvar 2025 23:44
