Gəncədə ağır qəza: Yaralılar arasında bir yaşlı körpə də var
Icma.az, Oxu.az portalına istinadən məlumat yayır.
Gəncədə üç nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Oxu.Az xəbər verir ki, hadisə bu gün saat 18:10-da Bakı-Qazax magistral yolunun Gəncə şəhərindən keçən hissəsində qeydə alınıb.
İlkin məlumata görə, "Renault" və "Ford" markalı avtomobillərin toqquşması nəticəsində 1960-cı il təvəllüdlü Bəxtiyar Həsənov, 2001-ci il təvəllüdlü Lalə Məhərrəmova və 2025-ci il təvəllüdlü (bir yaşlı) Ramal Məhərrəmov xəsarət alıblar.
Gəncə Şəhər Birləşmiş Xəstəxanasından Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, yaralılar dərhal Abbas Səhhət adına xəstəxananın Təcili Tibbi Yardım şöbəsinə hospitalizasiya olunublar. Xəstələrə döş qəfəsinin əziyi, başın və dodağın çapılmış yaraları diaqnozu qoyulub.
Məlumata görə, vəziyyəti qənaətbəxş qiymətləndirilən hər üç şəxs ambulator müalicə üçün artıq evə buraxılıb.
Faktla bağlı araşdırma aparılır.
Məhərrəm Əliyev
Baxış sayı:138
Bu xəbər 13 Mart 2026 19:22 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















