Icma.az
close
up
RU
Gənclər niyə kafe restoranda vaxt keçirməyi əyləncə vasitəsi hesab edir? SOSİOLOQDAN AÇIQLAMA FOTO

Gənclər niyə kafe restoranda vaxt keçirməyi əyləncə vasitəsi hesab edir? SOSİOLOQDAN AÇIQLAMA FOTO

Avtosfer portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Son illər Bakıda gənclərin kafe və restoranlarda daha çox vaxt keçirməsi müşahidə olunur. Bu tendensiya təkcə əyləncə və qidalanma ehtiyacından irəli gəlmir, həm də sosiallaşma və şəxsi sərbəstlik axtarışının bir ifadəsi kimi dəyərləndirilir. Ənənəvi ailə modeli və dar yaşam sahələri gənclərin özlərini ifadə etmələri, fikir mübadiləsi aparmaları və dostları ilə rahat vaxt keçirmələri üçün ictimai məkanlara yönəlməsinə səbəb olur.

Digər tərəfdən, müasir şəhər həyatının ritmi, texnologiyanın təsiri və yeni sosial davranış formalarının yayılması bu prosesə əlavə təkan verir. Kafe və restoranlar artıq sadəcə yemək yeri deyil, həm də sosial şəbəkələrdə paylaşım üçün məkan, görüş yeri və bəzən də iş və təhsil üçün müvəqqəti ofis funksiyası daşıyır.

Bəs Bakıda gənclər niyə daha çox kafe və restoranlarda vaxt keçirir? Ev mühiti yetərsizdir, yoxsa bu, yeni sosiallaşma formasıdır?


Mövzu ilə bağlı sosioloq Lalə Mehralı Avtosfer.az-a açıqlamasında bildirib ki, əslində, bu gün gənclər sosiallaşmanın çox məhdud formalarını tanıyırlar:
“Onlar üçün əyləncə mərkəzləri, əsasən, ticarət mərkəzlərində vitrinlərə baxmaq, kafe və restoranlarda zərərli fast-food qidaları qəbul etmək və internetdə vaxt keçirməklə məhdudlaşır. Hətta bir-birinə demək istədikləri sözləri belə yan-yana oturduqları halda belə sosial şəbəkələr vasitəsilə çatdırırlar.

Gənclər, demək olar ki, sosiallaşmanın yalnız pul xərcləməklə mümkün olduğunu düşünürlər. Halbuki, əllərindəki vəsaiti daha faydalı sosiallaşma formalarına yönəldə bilərlər. Məsələn, kollektiv idman oyunları təşkil edə, pikniklərdə iştirak edə, intellektual masa oyunları və ya debat klublarına qoşula bilərlər. Bunlar həm fiziki, həm də zehni sağlamlıq baxımından daha səmərəlidir və gənclərin ünsiyyət qabiliyyətlərini də inkişaf etdirir.

Lakin bir çox gənc, daha çox qapalı məkanlarda oturaraq, sağlamlıq üçün zərərli olan qidaları qəbul etməyi və telefonla vaxt keçirməyi "sosiallaşmaq" kimi qavrayır. Bu isə həm sağlamlıq, həm də psixoloji inkişaf baxımından ciddi problemlərə yol aça bilər”.


Sosioloq əlavə olaraq deyib ki, digər tərəfdən, bu problemin daha kəskin forması bölgələrdə müşahidə olunur:
“Çünki bölgələrdəki "Gənclər evləri" fəaliyyət göstərmir, imkanlar məhduddur və əksər hallarda qızlar istədikləri vaxt istədikləri yerdə otura bilmirlər. Yəni onların sosiallaşmaq üçün alternativ imkanları çox azdır. Paytaxtda, heç olmasa, müəyyən qədər əyləncə və ictimai məkan tapmaq olur, lakin bölgələrdə bu imkanlar da yetərli deyil.

Əvvəllər olduğu kimi, bu gün də tələbə və şagirdlər üçün düşərgələrin sayı çox azdır. Olanlar da, adətən, pulludur. Halbuki, əvvəllər müxtəlif düşərgələrdə gənclər ya pulsuz, ya da simvolik bir ödənişlə iştirak edə bilər, tətil müddətlərini daha səmərəli və faydalı keçirə bilərdilər. İndi bu imkanlar demək olar ki, yoxdur”.
Lalə Mehralı dövrün gənci nə görürsə, onu təqlid etdiyini də vurğulayıb:

“Gördüyü isə əsasən kafe, restoran, fast-food mədəniyyətidir. Ona görə də düşünür ki, vaxt keçirmək üçün yeganə alternativ bunlardır. Amma əslində bir parkda oturub kitab oxumaq, ya da zehni inkişaf etdirən hər hansı bir fəaliyyətlə məşğul olmaq daha faydalıdır. Təəssüf ki, bu fəaliyyətlər həm az təbliğ olunur, həm də gənclər tərəfindən kifayət qədər cəlbedici hesab edilmir”.

Eltac Zülfüqaroğlu

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:92
embedMənbə:https://avtosfer.az
archiveBu xəbər 30 May 2025 16:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

15 Yanvar 2026 12:06see273

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see236

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see208

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see182

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see169

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see158

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see155

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see152

GUYA SİZİ SAYAN VAR Kİ?!

15 Yanvar 2026 13:53see150

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see149

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see146

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see145

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see143

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see142

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see138

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see136

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see135

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see134

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see133

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri