Icma.az
close
up
RU
Gənclər gələcəyini xaricdə görməyə başlayır SOSİOLOQ RƏY BİLDİRDİ

Gənclər gələcəyini xaricdə görməyə başlayır SOSİOLOQ RƏY BİLDİRDİ

Icma.az, Sia Az portalına istinadən məlumatı açıqlayır.

"Son illər Azərbaycan gəncləri arasında xaricə köçmək tendensiyası nəzərəçarpacaq dərəcədə artıb. Bu prosesi yalnız “vətənə bağlılıq yoxdur” kimi səthi yanaşmalarla izah etmək doğru olmaz. Məsələyə daha geniş, sosioloji və psixoloji prizmadan baxmaq lazımdır". Bu sözləri SİA-ya açıqlamasında sosioloq Aydın Xan Əbilov deyib.

Onun sözlərinə görə, gənclərin xaricə üz tutmasının əsas səbəbləri arasında daha yaxşı təhsil, sabit və şəffaf iş imkanları, azad həyat tərzi, hüquq və sosial ədalətə daha yüksək inam kimi faktorlar dayanır: "Bu, əslində qloballaşan dünyada təbii bir meyildir. Gənclər daha çox bilik və təcrübə əldə etmək, öz potensiallarını reallaşdırmaq üçün imkanların daha geniş olduğu coğrafiyalara yönəlirlər. Təbii ki, bu meyil bir qədər də ölkədaxili sosial-iqtisadi narazılıqlardan qaynaqlanır. Gənclər sosial liftlərin zəif olması, nepotizm, əmək bazarında qeyri-müəyyənlik kimi səbəblərdən dolayı gələcəyini xaricdə görməyə başlayır. Bu isə ölkədə intellektual resursların tədricən xaricə axınına səbəb olur ki, bu da “beyin axını” kimi adlandırılır. Lakin qeyd etmək lazımdır ki, vətənə bağlılıq anlayışı hər zaman fiziki coğrafiya ilə ölçülməməlidir. Bir çox gənc xaricdə olsa da, mədəni kimliyini qoruyur, Azərbaycanla bağlarını saxlayır və hətta bir gün geri dönmək ümidi ilə yaşayır. Onların bir çoxu sonradan qazandıqları təcrübə və biliklərlə ölkəyə faydalı olmaq istəyir.

Yekun olaraq deyə bilərik ki, bu tendensiyanı gənclərin vətəninə sevgisizliyi kimi deyil, daha çox özünü reallaşdırmaq, layiqli həyat qurmaq və sosial təminat axtarışı kimi dəyərləndirmək lazımdır. Bu, həm də cəmiyyət və dövlət üçün bir siqnaldır: gəncləri ölkədə saxlamaq üçün daha cəlbedici mühit yaradılmalıdır".

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:115
embedMənbə:https://sia.az
archiveBu xəbər 14 İyul 2025 11:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see368

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see343

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see338

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see329

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see300

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see296

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see275

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see257

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see244

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see236

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see229

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see219

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see205

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see200

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see199

“Forbes”: Pol Makkartni dünyanın üçüncü milyarder musiqiçisi olub

10 Noyabr 2026 06:24see198

Təzyiqi aşağı salan 5 əsas qida

10 Noyabr 2026 03:03see187

İrandan dünyaya nüvə mesajı: Buna hazırıq

10 Noyabr 2026 04:18see185

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see183

Oksana Rəsulova: “Şahrux Xanın yoldaşı məni Priti Zinta ilə səhv saldı“ VİDEO

10 Noyabr 2026 08:31see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri