Icma.az
close
up
RU
Gənclərin xurafat və radikalizmə meyili vaxtında dini bilginin zəif olmasından yaranır AÇIQLAMA

Gənclərin xurafat və radikalizmə meyili vaxtında dini bilginin zəif olmasından yaranır AÇIQLAMA

Redaktor.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

"Məktəblərdə din və mənəviyyatla bağlı ayrıca fənn yaradılmasına böyük maraq olarsa, dövlət standartlarına təklif edilə bilər".

Bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini Vəfa Yaqublu “Dini düşüncə mədəniyyəti: pedaqoji perspektivlər” mövzusunda keçirilən konfransda çıxışı zamanı bildirib.

İlahiyyatçı Tural İrfan mövzu ilə bağlı Redaktor.az-a açıqlamasında bildirdi ki, o, bu məsələ ilə bağlı illər öncə təklif iləri sürüb:

"Orta məktəblərdə dini-mənəvi yöndə gənclərin maarifləndirilməsinə ehtiyac var. Ölkədə dövlət-din münasibətləri yüksək səviyyədə olmasına baxmayaraq hər halda din dövlətdən ayrıdır və orta məktəblərdə dini fənnin tədris olunması məqbul görülməyə bilər. Lakin müəyyən bir üsulda təhsil sisteminin imkanları daxilində məktəblərdə dini-mənəvi maarifləndirmə təşkil edilə bilər. Bunun üçün sağlam və milli düşüncəli kadrlar olmalıdır. Proqram hazırlanmalı və sistemli şəkildə maarifləndirmə aparılmalıdır. Bunun üçün xüsusi vəsait də ola bilər".

O vurğuladı ki, məzhəbçilikdən və radikal təsirlərdən uzaq şəkildə, xurafatdan münəzzəh formada bu məsələ ilə bağlı mühüm işlərin görülməsi vacibdir.

"Gənclərin xarici təsirlərə düşməsi, xurafat və radikalizmə meyil vaxtında dini bilginin zəif olmasından yaranır. Əgər zamanında müvafiq məlumatlandırma olarsa, irəlidə gənclər zərərli yönlərə istiqamət almaz. Tədris ağır və çətin məsələdir. Xüsusən din kimi həssas mövzuda. Kadrlar gərək məzhəbçilik məfkurəsindən uzaq olsunlar ki, sonra məktəblərdə qaş düzəltiyimiz yerdə göz çıxarmış olmayaq. O baxımdan xüsusi fənnin salınması halında bu, əlavə maarifləndirmə kimi nəzərdə tutulmalıdır. Bir sözlə bu məsələ ətrafında ətraflı, obyektiv müzakirələrə ehtiyac var", - deyə Tural İrfan yekunlaşdırdı.

Xədicə BAXIŞLI

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:69
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 15 Dekabr 2025 18:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Səfirlər birlikdə Liverpul Qarabağ oyununu izlədi VİDEO

29 Yanvar 2026 13:17see532

Təmir zamanı çəkilən Çin maşının görüntüləri gündəm oldu VİDEO

30 Yanvar 2026 12:31see252

İrana qarşı hərbi əməliyyatlar Azərbaycana təsirsiz ötüşməyəcək

31 Yanvar 2026 00:12see241

İranla birbaşa müharibə Tramp hakimiyyətinin sonu ola bilər ŞƏRH

30 Yanvar 2026 17:09see237

Siz sağ qalmayacaqsınız Tramp bu ölkələri HƏDƏLƏDİ

30 Yanvar 2026 10:23see236

Rza Pəhləvinin təklifini rədd etdim Çehrəqanlı

30 Yanvar 2026 13:47see229

Nihat Kahveci: “Liverpul”la oyunu unudun, bu büdcə ilə pley offdasınız”

29 Yanvar 2026 16:26see227

Özü və müavinləri 15 20 min, soyuq Bakı küçələrində çalışan əməkdaşları isə 500 600 manat…

29 Yanvar 2026 14:05see216

Tramp Melaniya filminin premyerasında ABŞ ın bir az cazibəyə ehtiyacı var deyib

30 Yanvar 2026 12:26see215

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

30 Yanvar 2026 01:43see214

O, mərd, qürurlu və məğrur kişilərdəndir...

29 Yanvar 2026 16:25see209

Tehrana qarşı ehtimal olunan hərbi əməliyyatlar, Azərbaycanı risk zonasına çevirir

29 Yanvar 2026 16:53see204

Sabah a məxsus olan futbolçu: Sumqayıt dan ayrılan zaman Karvan Yevlax a keçəcəyimi bilirdim

30 Yanvar 2026 13:22see186

583, 586 əyar və diş qızılı.. Qiymət Azərbaycanda nə qədər qalxıb?

29 Yanvar 2026 18:37see178

Türkiyə PKK nı bitirdi, CHP ittihamları isə bitmir TƏHLİL

30 Yanvar 2026 12:25see178

Müəllimlərin pensiyası ilə bağlı AÇIQLAMA

29 Yanvar 2026 22:38see177

Qeyri neft ixracında rekord nəticə

31 Yanvar 2026 10:46see163

MƏRKƏZİ BANKDA İKİ YENİ TƏYİNAT: direktor müşavir oldu, yerinə isə...

29 Yanvar 2026 17:53see158

Bürclərə inanmaq psixoloji pozuntuların əlamətidir?

30 Yanvar 2026 17:39see157

Elmi və mədəni maarif proqramları strateji əhəmiyyət daşıyır

30 Yanvar 2026 16:03see147
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri