Icma.az
close
up
RU
Genişlənən əməkdaşlıq daha da möhkəmlənir ŞƏRH

Genişlənən əməkdaşlıq daha da möhkəmlənir ŞƏRH

Icma.az bildirir, Ses qazeti saytına əsaslanaraq.

Məlum olduğu kimi, Türk dövlətlərinin güclənməsi və vahid siyasi iradə ətrafında birləşməsi ölkəmizin xarici siyasətinin prioritet istiqamətlərindən biridir. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən strateji kurs türk dövlətləri arasında həmrəyliyin möhkəmləndirilməsini, ortaq tarixi-mədəni dəyərlərin siyasi və iqtisadi əməkdaşlıq müstəvisində yeni məzmun qazanmasını təmin edir. Təsadüfi deyil ki, Azərbaycan Türk dünyasının inteqrasiyasını təşviq edən, ortaq maraqların müdafiəsində fəal rol oynayan və inkişafa mühüm töhfələr verən aparıcı dövlətlərdən biridir. Prezident İlham Əliyevin Türk dünyası bizim ailəmizdir və Türk dünyası XXI əsrin nüfuzlu geosiyasi güc mərkəzlərindən birinə çevrilməlidir çağırışları Azərbaycanın bu istiqamətdəki prinsipial mövqeyini ifadə edir.
Yeri gəlmişkən, qeyd edək ki, Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovun Azərbaycana dövlət səfəri və keçirilən məhsuldar görüşlər bir daha göstərdi ki, Azərbaycan qardaş dövlətlər arasında əlaqələrin dərinləşdirilməsi və möhkəmləndirilməsində mühüm rol oynayır. Səfər çərçivəsində sənədlərin mübadiləsi və Prezidentlərin iştirakı ilə qardaşlıq münasibətlərinin rəmzinə çevrilən “Dostluq” neftdaşıyan tankerinin onlayn formatda hədiyyə olunması Azərbaycan Türkmənistan dostluq və əməkdaşlıq əlaqələrinin daha da möhkəmlənməsinə mühüm töhfə oldu. Qeyd etmək lazımdır ki, Prezidentlər tərəfindən imzalanan Birgə Bəyanat gələcək əməkdaşlığın əsas istiqamətlərini aydın və sistemli şəkildə ortaya qoydu. Ölkə başçısı keçirilən görüşlərdən sonra Türkmənistan Prezidentinin Azərbaycana səfərinə toxunaraq bildirdi ki, aparılan danışıqlarda ikitərəfli əməkdaşlığın əsas istiqamətləri ətraflı müzakirə olunub və münasibətlərin gələcək inkişafı üzrə konkret prioritetlər müəyyən edilib. Dövlət başçısı Qarabağın bərpasına göstərilən dəstəyə görə Türkmənistana, xüsusilə də Qurbanqulu Berdiməhəmmədova təşəkkürünü bildirərək qeyd etdi ki, ötən ilin iyulunda ölkəmizə səfər zamanı Füzuli şəhərində məscidin inşası təşəbbüsünün irəli sürülməsi və artıq tikinti işlərinə başlanılması Türkmənistan xalqının Azərbaycana olan səmimi dostluq və qardaşlıq münasibətinin bariz nümunəsidir. Münasibətlərin möhkəm təməli tarixi bağlar, ortaq mədəniyyət və mənəvi yaxınlıq üzərində qurulduğunu bildirən dövlətimizin başçısı Aşqabad, Arkadağ, Bakı və Gəncədə keçirilən Mədəniyyət Günlərini bu əməkdaşlığın canlı təzahürü adlandırdı. Bununla yanaşı Bakı və Aşqabad, eləcə də Füzuli və Arkadağ şəhərləri arasında formalaşan qardaşlıq münasibətləri iki ölkə arasında strateji əməkdaşlığın dərinliyini nümayiş etdirir.
Onu da qeyd edək ki, Prezident İlham Əliyev Azərbaycanın Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Şurasına tamhüquqlu üzv qəbul edilməsində Türkmənistanın göstərdiyi dəstəyə görə də təşəkkürünü ifadə edərək bunu tarixi hadisə kimi qiymətləndirdi, qeyd etdi ki, ortaq tarixi və mədəni bağlar, eləcə də regional əməkdaşlıq formatları bu inteqrasiyanı daha da gücləndirir. Eyni zamanda nəqliyyat və logistika sahəsi də ikitərəfli əməkdaşlığın əsas prioritetlərindən biridir. Bu sahədə həyata keçirilən layihələr ölkələrimiz və daha geniş coğrafiya üçün strateji əhəmiyyət daşıyır. Bundan başqa artan yük axınlarının genişləndirilməsi və tranzit imkanlarının inkişafı istiqamətində birgə fəaliyyətin davam etdirilməsinin vacibliyi qeyd olundu. Xüsusilə qeyd edək ki, Türkmənistan Prezidentinin ölkəmizə səfəri və imzalanan yeni sənədlər əməkdaşlığın genişləndirilməsi baxımından mühüm əhəmiyyət daşıdı. Ali qonağın qeyd etdiyi kimi ikitərəfli əlaqələrin möhkəmləndirilməsində Azərbaycan Prezidentinin böyük xidmətləri var. Şübhəsiz ki, Sərdar Berdiməhəmmədov fikrində tam haqlı idi. Çünki Prezident İlham Əliyev bütövlükdə Türk dünyasının inkişafı istiqamətində fəal çalışır və əldə olunan uğurlar bunu aydın şəkildə təsdiqləyir. Ən əsası, qardaş ölkələr arasında əlaqələr yeni məzmun qazanır və strateji tərəfdaşlıq daha da möhkəmlənir!
Elçin Əliyev,
YAP Göygöl rayon təşkilatı üzrə Qırıqlı kənd ərazi partiya təşkilatının sədri

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:146
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 23 İyun 2026 12:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABB də pulu qalan müştərinin üsyanı

06 Oktyabr 2026 09:15see1393

Türkiyədən İsrailə 456 gəmi səfəri: “Sıfır ticarət”in görünməyən tərəfi ARAŞDIRMA

06 Oktyabr 2026 10:33see677

Toyda döyülən 32 yaşlı kişi öldü FOTO

06 Oktyabr 2026 02:48see533

Toy yasa döndü: Dava zamanı komaya düşən Cavid vəfat etdi Foto

06 Oktyabr 2026 06:25see522

NBC: “Flydubai” pilotu təkbaşına hərəkət etmiş ola bilər

06 Oktyabr 2026 00:45see469

BMT: Miqrant uşaqların çoxu Avropaya valideynlərsiz gəlib

07 Oktyabr 2026 18:19see446

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb QRAFİK

07 Oktyabr 2026 18:13see441

Barselona nın sabiq futbolçusu karyerasını bitirdi

07 Oktyabr 2026 18:12see434

Tacikistan və İran quru sərhəd keçidləri də daxil olmaqla, tam vizasız rejimə keçiblər

07 Oktyabr 2026 18:17see422

Bakıda həbs edilən klinika direktoru HAKİM QARŞISINDA

07 Oktyabr 2026 18:21see401

Məhəmməd Bədəlbəyliyə töhmət verildi

06 Oktyabr 2026 16:23see360

Fridrix Merts: Baltikyanı ölkələrin təhlükəsizliyi Almaniyanın təhlükəsizliyidir

06 Oktyabr 2026 02:22see347

Adəm İsmayıl Bakuvi Prezidentə məktub yazıb

06 Oktyabr 2026 19:04see343

Antonio Konte Mançester Yunayted və Yuventus un maraq dairəsindədir

06 Oktyabr 2026 00:59see342

Rusiyada ölümcül epidemiya: Vəziyyət nə yerdədir?

06 Oktyabr 2026 01:50see313

Yamal Golden Boy 2026 namizədləri arasında yoxdur

06 Oktyabr 2026 02:14see312

Yenidən məhkəmədə üz üzə gələcəklər

07 Oktyabr 2026 18:13see287

Karyera seçimi, qərarvermə və liderlik: UNEC in məzunu tələbələrə təcrübəsindən danışıb

07 Oktyabr 2026 18:17see281

Azərbaycana ən çox hansı ölkələr sərmayə yatırır?

07 Oktyabr 2026 15:59see278

Neftin qiyməti ilə bağlı SENSASİON PROQNOZ 200 dollar olacaq

07 Oktyabr 2026 13:22see262
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri