Icma.az
close
up
RU
Menu

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

Şuşa qəhrəmanlığın rəmzi

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

Bunları hər kəs bilməlidir!

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

Ürək sağlamlığı diqqət mərkəzində: Səhiyyə Nazirliyindən Suqovuşan və Tərtərdə ikigünlük tibbi aksiya

Rauf Dadaşovun anım günüdür

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

Stress və yuxusuzluq saç tökülməsinə necə təsir edir? HƏKİM AÇIQLADI

Səhiyyə Nazirliyinin dəstəyi ilə “Böyük Qayıdış” çərçivəsində Tərtər və Suqovuşanda kardioloji aksiya

Tramp Heqsetin istefası məsələsini müzakirə edir

Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır Vətəndaşlar narazıdır

İmmuniteti gücləndirməyin ən asan yolu...

Azərbaycanlı həkim bu ölkənin səhiyyə nazirinin müşaviri təyin edildi FOTO

Avropa Komissiyası: Ukrayna Aİ yə üzvlük yolunda Moldovadan geri qalır

Geridə qalan köçkünlük, Kəlbəcərdə yeni emalatxana: Bir dülgərin QAYIDIŞ HEKAYƏSİ

Geridə qalan köçkünlük, Kəlbəcərdə yeni emalatxana: Bir dülgərin QAYIDIŞ HEKAYƏSİ

Azertag portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Kəlbəcər, 9 sentyabr, AZƏRTAC

Yayın son günləridir. Kəlbəcərdə səhərlər artıq fərqli açılır. Havada yayın istisi ilə payızın sərinliyi qovuşub. Torpağın, yaşıl otların, dağ havasının qoxusunda payızın yaxınlaşdığı hiss olunur.

Dan yeri sökülən kimi şəhərdə həyat canlanır. Kimi işə, kimi gündəlik qayğılarının ardınca gedir. Yeni salınan küçələrdə insanların addım səsləri, maşınların uğultusu eşidilir. Hər kəs öz işinə tələsir.

AZƏRTAC-ın bölgə müxbirinin Kəlbəcərdən hazırladığı reportajı təqdim edirik.

66 yaşlı Əhməd Məmmədov da doğma Kəlbəcərin yenidən canlanan bu səhərlərini qarşılayan sakinlərdən biridir.

O, evindən çıxıb emalatxanasına tərəf addımlayır. Ayağını Kəlbəcərin torpağına, yaşıl otların üstünə qoyaraq yol gedir. Yol qısadır. Amma Əhməd baba üçün bu yolun özü uzun illərin hekayəsidir.

Bir qədər sonra emalatxananın qarşısına çatır. Qapını açır və içəri daxil olur. Sanki illərdir etdiyi bir işi yenidən, amma bu dəfə tamam başqa yerdə başlayır.

Bu gün onun işə getdiyi yolun ən böyük fərqi budur: Əhməd usta artıq doğma şəhərindədir.

Vaxtilə bu şəhərdən çıxmağa məcbur olmuşdu. İndi isə səhər evindən çıxır, öz emalatxanasına gedir, axşam ailəsinin yanına qayıdır.

Əhməd Məmmədov Kəlbəcər işğal olunana qədər dülgər işləyib. İşğaldan sonra ailəsi ilə Bakıda məskunlaşıb. Orada da peşəsini davam etdirib. Deyir ki, köçkünlük illəri asan keçməyib. Amma işləmək, ailəni dolandırmaq və həyata davam etmək lazım idi. Buna baxmayaraq, Kəlbəcərə qayıdacağına həmişə inanıb.

“İnanırdım ki, bir gün mütləq Kəlbəcərə qayıdacağam. Düşünürdüm ki, qayıdım, yenə öz işimlə məşğul olum. Köçkün həyatı asan deyildi. Amma dövlətin diqqəti və qayğısı bizi ayaqda saxladı”, - deyə o bildirir.

Əhməd baba torpaqlarımız işğaldan azad edildikdən sonra Kəlbəcərə ilk dəfə gələndə şəhərin vəziyyətini görmək onun üçün ağır olub. İllərlə yaddaşında yaşatdığı şəhəri dağılmış halda görüb: “Gələndə ürəyim ağrıyırdı. Deyirdim, heyif buradakı şəraitdən, evlərdən, küçələrdən. Düşmən hər yeri viran qoymuşdu”.

İndi isə mənzərə tamam başqadır. Yeni binalar, yollar, küçələr… Bir vaxtlar dağıntıların olduğu yerlərdə indi tikinti səsi eşidilir. Əhməd usta bu dəyişiklikləri hər gün öz gözləri ilə görür. “Adam inana bilmir ki, qısa müddətdə Kəlbəcər bu qədər dəyişə bilər. İndi əvvəlkindən də gözəldir. Şəhərimiz hər gün yenilənir”, - deyən Əhməd baba sevincini bölüşür.

Əhməd ustanın emalatxanasında işləmək üçün lazımi avadanlıqları da var. Müasir mişar, rəndə və digər alətlər… Dülgərlik onun üçün yeni peşə deyil. Qeyd etdiyim kimi, bu işlə illər əvvəl də məşğul olub, Bakıda da işləyib. İndi isə eyni işi Kəlbəcərdə görür. O deyir: “Burada işləməklə həm peşəmi yaşadıram, həm pul qazanıram, həm də keçmiş günləri xatırlayıram”.

Emalatxanada söhbət etdikcə 66 yaşlı usta gah işindən, gah əvvəlki günlərdən danışır. Keçmişi xatırlayanda kövrəlir də. Ardınca söhbəti yenə bu günə gətirir, Kəlbəcərin necə dəyişdiyindən danışır.

Onun üçün bu emalatxananın dəyəri böyükdür, axı, uzun illərdən sonra öz peşəsini doğma şəhərində davam etdirir.

İş günü başa çatanda Əhməd kişi emalatxananı bağlayır və evə yollanır.

Yol boyu illərdən qalan köhnə daş hasarları görür. Addımlarını yavaşladıb əli ilə daşların üzərinə toxunur. Bir neçə saniyəlik susur. Bəlkə də həmin daşlarda uşaqlığından, gəncliyindən, illər əvvəl qoyub getdiyi Kəlbəcərdən nəsə axtarır…

Sonra yoluna davam edir.

Əhməd kişi Kəlbəcər şəhərində dövlət tərəfindən yeni inşa edilən beşmərtəbəli binanın ikinci mərtəbəsində yaşayır. Ailəsinə dördotaqlı mənzil verilib.

Evdə isə həyat yoldaşı Səmaya xanım onu gözləyir. Səmaya xanım Kəlbəcərdən didərgin düşəndə 32 yaşında olub. İndi 67 yaşı var.

Dörd uşaq anası olan Səmaya xanım köçkünlük illərindən danışarkən həmin dövrdə qadınların üzərinə düşən yükü xatırlayır: “Köçkün həyatında ən çox çətinlik qadınların üzərinə düşüb desəm, yanılmaram. Çətin illər idi, ölkənin də kasıb vaxtları idi. Amma dövlətimiz bizə sahib çıxmasaydı, bəlkə biz də bu günlərə gəlib çıxmazdıq”.

İndi onların Kəlbəcərdə yeni evi var. Səmaya xanım şəhərin havasından, suyundan, təbiətindən danışır: “Şükür, indi gözəl evlə təmin olunmuşuq. Buranın təbiəti də, havası da, suyu da gözəldir. Torpağımız qayıtdı, ev verildi. Bununla da bitmədi. Bu gün hansı çətinliyimiz olsa, buradakı nümayəndəlik yanımızdadır”.

O, Əhməd ustanın yenidən dülgər işləməsi üçün yaradılan şəraitdən də razılıqla danışır. “Yoldaşım dülgər işləmək istəyəndə əvvəlcə yer, sonra da avadanlıq lazım idi. Hamısı verildi”, - deyə əlavə edir.

İndi Əhməd və Səmaya Məmmədovların Kəlbəcərdəki həyatı beləcə davam edir. Uzun illərdən sonra hər ikisi doğma şəhərindədir.

Xatırladaq ki, Kəlbəcər işğaldan azad edildikdən və şəhərdə yeni yaşayış binaları inşa olunduqdan sonra bu günədək 162 ailə – 680 nəfər Kəlbəcərə köçürülüb. Hazırda birinci yaşayış məhəlləsinin ikinci mərhələsi üzrə tikinti işləri davam edir.

Bununla yanaşı, Zar kəndində də quruculuq işləri aparılır. Kənddə 547 ev inşa olunur. Zar kəndinə köçün bu ilin sonunadək başlanması planlaşdırılır.

Müxbir – Rəşad Türkoğlu

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:111
embedMənbə:https://azertag.az
archiveBu xəbər 09 Sentyabr 2026 18:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see929

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see511

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

04 Noyabr 2026 19:27see364

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

04 Noyabr 2026 20:27see329

Bunları hər kəs bilməlidir!

04 Noyabr 2026 13:30see302

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

04 Noyabr 2026 23:35see296

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

04 Noyabr 2026 17:05see282

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

04 Noyabr 2026 19:15see274

Ürək sağlamlığı diqqət mərkəzində: Səhiyyə Nazirliyindən Suqovuşan və Tərtərdə ikigünlük tibbi aksiya

04 Noyabr 2026 14:24see270

Rauf Dadaşovun anım günüdür

04 Noyabr 2026 14:48see264

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

04 Noyabr 2026 20:13see254

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

04 Noyabr 2026 16:59see251

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

04 Noyabr 2026 17:42see250

Stress və yuxusuzluq saç tökülməsinə necə təsir edir? HƏKİM AÇIQLADI

04 Noyabr 2026 15:40see240

Səhiyyə Nazirliyinin dəstəyi ilə “Böyük Qayıdış” çərçivəsində Tərtər və Suqovuşanda kardioloji aksiya

04 Noyabr 2026 17:23see235

Tramp Heqsetin istefası məsələsini müzakirə edir

04 Noyabr 2026 23:08see232

Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır Vətəndaşlar narazıdır

04 Noyabr 2026 23:23see232

İmmuniteti gücləndirməyin ən asan yolu...

05 Noyabr 2026 02:13see212

Azərbaycanlı həkim bu ölkənin səhiyyə nazirinin müşaviri təyin edildi FOTO

04 Noyabr 2026 20:36see210

Avropa Komissiyası: Ukrayna Aİ yə üzvlük yolunda Moldovadan geri qalır

05 Noyabr 2026 00:13see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri