Gimnaziya direktorunun kabinetinin tavanı uçdu: Özü və müəllim xəsarət aldı
Icma.az, Qaynarinfo saytına istinadən bildirir.
Sumqayıt Təbiət Elmləri Təmayüllü gimnaziyanın direktoru Nizami Əhmədov kabinetində tavanın uçması nəticəsində xəsarət alıb.
Qaynarinfo-nun məlumatına görə, hadisə 3 noyabr 2025-ci il tarixində gimnaziyanın inzibati binasının 1-ci mərtəbəsində, direktorun iş otağında baş verib.
Nizami Əhmədov otağında olarkən tavan qoparaq üzərinə düşüb. Nəticədə məktəb direktoru baş, boyun və əl nahiyyələrindən ciddi xəsarətlər alıb. Eyni zamanda, otaqda olan gimnaziyanın fiziki tərbiyə müəllimi İ.Ə.-də yaralanıb.
Hər iki şəxs təcili tibbi yardım avtomobili ilə xəstəxanaya aparılıb. Hadisə nəticəsində otağa da ciddi maddi ziyan dəyib.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Əmək Müfəttişliyi Xidməti hadisəyə görə Nizami Əhmədov barəsində İnzibati Xətalar Məcəlləsinin 555.1-ci maddəsi ilə protokol yazıb və direktor 1000 manat cərimə edilib. Buna səbəb isə məktəb rəhbərliyinin hadisə ilə bağlı müvafiq qurumlara məlumat verməməsi olub.
Direktor məhkəməyə müraciət edərək, nazirlik tərəfindən tətbiq edilən protokolun ləğv edilməsini tələb edib. O, bildirib ki, hadisə ilə bağlı təcili tibbi yardıma və Daxili İşlər Nazirliyinə dərhal məlumat verilib. Müvafiq qərarla nazirliyin direktor barəsində protokolu ləğv edilib.
Aydın

Bu mövzuda digər xəbərlər:
Baxış sayı:99
Bu xəbər 12 Yanvar 2026 16:31 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















