Icma.az
close
up
RU
Gördüm ki, gözlərində yaş parıldayır... Şairin yubileyinin keçirilməsinə kim mane olur?

Gördüm ki, gözlərində yaş parıldayır... Şairin yubileyinin keçirilməsinə kim mane olur?

Icma.az, Kulis.az portalına istinadən məlumatı açıqlayır.

Kulis.az Fərid Hüseynin "Göy üzünün məhəbbət nağılı" yazısını təqdim edir.

(Bir şeirin tərcümeyi-halı rubrikası)

İki ildən artıqdır ki, görkəmli şair Vaqif Bayatlı Odərin şəxsi arxivi əsasında onun əsərlərini çapa hazırlayıram. Ona görə də, demək olar, hər həftənin şənbə-bazar günləri böyük şairin evinə gedir, əlyazmalar, fotolar, köhnə qəzetlər arasında müxtəlif materialların axtarışı ilə məşğul oluram. Şükür, artıq qüdrətli söz ustadının dörd yeni kitabı ərsəyə gəlib: “Türkün şərəfli oğlu”, “Göyüzünə yazılanlar”, “Göyüzüylə söhbətlər” və “Biblioqrafiya”.

Bu get-gəllərdə o qədər maraqlı hadisələr, söhbətlər, danışıqlar olub ki, inşallah, zaman-zaman onlar haqqında da qələm işlədəcəyəm, hələliksə, bir hadisəni yada salmaqla yetinirəm:

Bu ilin yayında Vaqif Bayatlı Odərin yubileyinin keçirilməsi ilə bağlı onu sevən qələm yoldaşları ilə bərabər planlar qururduq, artıq bir sıra təşkilati işlərə də başlamışdıq: Qonaqların siyahısı, tədbir keçiriləcək yer, çıxışçılar və sair məsələlər ətrafında baş sındırırdıq. İşin axarında məlum oldu ki, bu yubileyin keçirilməsini ürəkdən istəyənlərlə yanaşı, tədbirin yoluna kötük diyirləyənlər, işə pəl vuranlar da var. Sonralar üstüörtülü bizə eşitdirdilər ki, indiki situasiyada yubiley məsələsini bir müddət sonraya saxlasaq, daha yaxşı olar. Təfərrüata varmaq istəmirəm, onsuz da olan olub, torba dolub. Hər halda, ya elə ya belə biz arzusunda olduğumuz tədbiri Allahın və dövlətimizin köməyi ilə bir gün tez, beş gün gec necə lazımdırsa, o cür də keçirəcəyik.

Həmin yay axşamlarının birində Vaqif Bayatlı Odərin həyətində gilas, ərik yeyə-yeyə, çay içə-içə söhbət edirdik – yenə bir neçə şair Vaqif Bayatlı Odərin vəfalısı – ömür-gün yoldaşı Tamam xanımın açdığı naz-nemətli süfrə ətrafında cəm olmuşdu və həmişəki kimi qızğın ədəbiyyat söhbətləri gedirdi.


Vaqif müəllim şövqlə danışırdı, xatirələrə dalaraq Əhməd Qəşəmoğlu ilə cavankən uzaq türk ellərinə etdikləri səyahətlərindən söz açırdı. Söz-sözü çəkdi və o uzaq illərdən qopub gəldik yenə məlum yubiley məsələsinin üstünə. İstər-istəməz, söhbət zamanı yubileyə pəl vuran adam haqqında da danışıldı.
Biri dedi ki, o pəlvuran sovet dövründən belə namxuda idi, başqa biri dedi ki, onu vəzifə adamlıqdan çıxarıb, bir başqası özgə bir naqis xasiyyətini yada saldı, onun xalis ədəbiyyatın mayasından xəbərsizliyini də xatırladan tapıldı.
Bu əsnada Vaqif müəllim qayıtdı ki, mümkünsüzdür, bir adamın bu qədər mənfi keyfiyyətləri ola, amma müsbət bir xüsusiyyəti tapılmaya, siz insafən onun yaxşı işlərindən də danışın. Hətta siz yeri düşəndə pis adamın yanında onun yaxşı tərəfindən söz salın ki, o, öz yaxşı cəhətinin fərqinə varıb xeyirxah adam olsun. Ümumiyyətlə, çalışın ki, Türkü həmişə ucaldasınız, türkləri həmişə tərifləyin, öyün, onda Allah da sevinər. İndi o adam vəzifədədir, birinə pislik eləyirsə, üçünə də xeyirxahlıq edir, bəlkə, mənim yubileyimə mane olur ki, həmin vaxt o yerdə başqa birinin yubileyi keçirilsin. Bunun özü də bir xeyirxahlıqdır və biz buna görə – başqasına etdiyi xeyirxahlıq üçün ona minnətdar olmalıyıq.

Bu sözlərdən sonra hamı sükuta qərq oldu, hərə öz yamanlamasından, qeybətindən utandı sanki. Mən sövq-i-təbii Tamam xanımın üzünə baxdım. Gördüm ki, gözlərində yaşlar parıldayır. O, öz ərinin paklığı, təmizliyi, ucalığı ilə qürur duyur, bunca məsum bir insan ilə tale ortaqlığına görə Tanrıya son dərəcə şükrandır. O paklığı bu yaşa, bu illərə gətirib çatdırdığına görə Vaqif müəllimlə qürur duyur.
Həmin vaxt Tamam xanımın Vaqif Bayatlı Odərin fərqinə varmasını – onu sonacan dərk etməsini gözlərində parıldayan yaşlardan dəqiq oxumuşdum. Eyni zamanda bir insanın başqa bir insanı sonacan dərk etməsi, bunca fərqinə varması məni heyrətləndirmişdi.


Mən onlarla şairin həyat yoldaşından müsahibələr almış, sonradan onları “Hər kəsin öz eşqi” adlı kitabda çap etmişəm, ona görə də neçə-neçə söz adamının ömür-gün ortaqları ilə həmsöhbət olmuşam. Təəssüf ki, bir sıra hallarda görmüşəm ki, bəzi şairlərin həyat yoldaşları kimin xanımı olduqlarını dərk eləmirlər, illərdir bir yastığa baş qoyduqları adam onlar üçün “min adamdan biri” statusundadır.
Belələrini görəndə həmişə Puşkinin xanımının məşhur hərəkəti yadıma düşüb: Puşkin bir gücə həyat yoldaşı Nataliyanı yuxudan oyadır ki, yenicə yazıb bitirdiyi gözəl bir şeiri ona oxusun: Nataliya isə şairin şeir oxumaq həvəsini gözündə qoyaraq ona deyir: “Gecə şeir oxumaq üçün yox, yatmaq üçündü”.

Dünyada istedad qənimi olan nə çox həmtay var...

***

Və yenə yay günlərinin birində Vaqif Bayatlı Odərgildə idim. Tamam xanımın rəfiqəsi, özü də söz-sənət vurğunu olan Elmira xanım da onlarda qonaq idi.
Mən Vaqif müəllimlə söhbətləşirdim, onlar da yanımızda əyləşmişdi, birdən söhbətin axarında – çox təbii halda Tamam xanımla Elmira xanım başladılar bir-birləriylə ingiliscə danışmağa. Onların yad dildəki söhbətləri cəmi üç-beş dəqiqə çəkdi.
Qəfil Vaqif Bayatlı Odərin mənimlə söhbətdən astaca aralanıb Tamam xanıma necə heyrətlə baxdığını, fərəhlə öz həyat yoldaşına gözlərini zillədiyini gördüm. Sonra qayıtdı ki: “bax, Fərid, Tamam xanım gör, ingiliscə necə yüksək səviyyədə danışır. Çünki əsl türk qızıdır. Türklər bir şeyi öyrənəndə onu hamıdan yaxşı bacarırlar. Mən dünyanın bir çox ölkələrində olmuşam, Bakıya xarici dövlətlərdən gələn xeyli tanınmış adamlarla, ingilislərin özləriylə görüşmüşəm, onlar hamısı etiraf edib ki, Tamam xanım ingilis dilini onların özlərindən yüz qat gözəl bilir. Sonra Tamam xanıma üz tutub əlavə elədi: “Yavrum, ingilis dilini ingilislərdən gözəl bildiyinə görə, bir türk xanımı kimi sənə eşq olsun!”


Bu dəfə sanki Vaqif Bayatlı Odər yenidən Tamam xanımın fərqinə varmışdı: gözləri iriləşmiş, qaşları qalxmış, heyrəti fərəhinə qarışmışdı. Həmin gün evə necə gəldiyimi xatırlamıram, çünki bütün ruhum şeirlə dolu idi, bu eşqin, bu məhəbbətin, bu duyumun, bu auranın, bu cür qarşılıqlı hisslərin, bu sayaq həmahəngliyin, Allahın göydə kəsdiyi kəbinin, səmada bir-biri ilə barışmış qoşa ulduzun nəticəsi olduğunu duymuşdum deyə Vaqif və Tamam ruhunun havası bütün varlığımı çulğamışdı və bu şeir də həmin abu-havanın, hadisələrin təsirindən doğulmuşdu:

Qanadlı Vaqif Bayatlı Odərin

qanadlı Tamam Bayatlıya dedikləri

Sən mənim fərqimə varanda,

mən sənin fərqinə varanda

yenidən doğuluruq biz.

Tanrının baxdığı yerdən

dünyaya boylanırıq biz.

Biz o yerdən baxdıqca,

biz o göydə qaldıqca,

səslər sığmır səsimizə,

sözlər sığmır sözümüzə,

ürək sığmır sinəmizə,

dünya sığmır gözümüzə.

Elə həmin an, həmin dəm,

Bizə hamıdan yaxın olan

Tanrı "yüyürüb" köməyə

səsə bir az meydan açır,

sözə bir az meydan açır,

tez böyüdür köksümüzü,

böyük açır gözümüzü.

Böyüyür dünyanın yeri

çatır bütün sevənlərçün.

Şükür, bizsə, gen dünyada

hər dəfə – dönə-dönə

bir də varrıq fərqimizə.

Biz vardıqca fərqimizə,

Allah biz dayanan yerdən

baxır bizim oğlumuza…

Azərbaycanda ilk dəfə "Nəsimi" operası təqdim olunacaq Üç balaca qapı - Narıngül Nadirin yeni hekayəsi Günel Natiq: "Xəstəliyim mənə xəyal qurmağı öyrətdi" - Müsahibə
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:106
embedMənbə:https://kulis.az
archiveBu xəbər 02 Dekabr 2024 12:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see237

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see208

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see183

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see169

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see167

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see159

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see156

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see153

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see151

GUYA SİZİ SAYAN VAR Kİ?!

15 Yanvar 2026 13:53see150

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see146

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see145

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see144

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see143

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see138

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see136

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see136

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see135

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see135

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri