Icma.az
close
up
RU
Menu

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

İspaniyada dəhşətli qatar qəzası: onlarla insan həyatını itirdi

Azərbaycanın multikulturalizm irsi və sülh təşəbbüsləri dünya ölkələri üçün nümunədir

Prezident İlham Əliyevin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundakı çıxışı Azərbaycanın beynəlxalq dialoq və əməkdaşlıq məkanına verdiyi töhfələri əks etdirir

İsrail Prezidenti: Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik

“Yaxşı balınız olsa da, marketdə rəf tapmaya bilərsiniz” Rejissor kino bazarını belə izah ETDİ

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

Bunu etməklə hesabınızı itirə bilərsiniz WhatsApp işlədənlərə XƏBƏRDARLIQ

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

Papillomanı yandırmaq kifayət deyil! HPV varsa törəmə yenidən yarana bilər

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

A Seriyası: 19 illik rekord təkrarlandı

ABŞ: Hörmüz boğazından minlərlə kommersiya gəmisi keçib

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

Mərkəzi Gömrük Hospitalında qadın sağlamlığı sahəsində yeni əməkdaşlıq imkanları müzakirə olunub

Göy üzündə stadion və ya Şahzadə Salmanın kabusu

Göy üzündə stadion və ya Şahzadə Salmanın kabusu

Sherg.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

NEOM adlı layihə, boş və sürüşkən qum təbəqəsi üzərində ucaldılacaq 350 metrlik göydələnin zirvəsinə stadion tikməyi vəd edəndə Səudiyyə şahzadəsi Məhəmməd bin Salman bunun üçün 500 milyard dollarlıq dəstək ayırmağa hazır idi.

Amma 46 min nəfərin eyni anda coşqu ilə sevinc yaşadığı, atılıb-düşdüyü, yüksək səslə şüar səsləndirdiyi belə bir stadion, buludların içində, zəif qum zəmində nə qədər möhkəm qala bilərdi? Üstəlik, təhlükə yalnız zəlzələ deyildi - külək, günəş və dənizin yaratdığı yüklər də 46 min nəfərlə birlikdə stadionu sarsıdacaq qədər güclü ola bilərdi. Şahzadə Salman üç amillə üz-üzə qalmışdı: pul, elm və təbiət! Prof. Dr. Ahmet Türer NEOM layihəsinin qarşısındakı “çətin düsturu” izah edib.

2034 FIFA Dünya Kuboku üçün stadion tikməli olsaydınız, necə layihə seçərdiniz? Səudiyyə Ərəbistanının vəliəhdi Məhəmməd bin Salman məhz resursların daraldığı dövrdə 350 metr yüksəklikdəki bir göydələnin damında 46 min nəfərlik stadion tikilməsini istəmişdi. NEOM layihəsi ilə krallığı yenidən qurmaq istəyən Səudiyyə Ərəbistanı, 46 min 10 tamaşaçıya “buludların arasında oyun izləmək” təcrübəsi vəd edirdi. Şahzadə Salman, Qırmızı dəniz kənarında salınacaq bu yeni şəhər layihəsi üçün hökumətdən 500 milyard dollardan çox dəstək alacağını açıqlamışdı.

Lakin dünya kimi Səudiyyə Ərəbistanı da ağır iqtisadi dövrdən keçirdi və layihənin dayandırılmasının əsas səbəblərindən biri məhz maliyyə çatışmazlığı oldu. Digər böyük problem isə 46 min nəfərin yaratdığı yük idi.

Prof. Dr. Ahmet Türer bildirib: “Planlaşdırılan 46 min nəfərlik bu “göy üzü stadionu” dünyanın ən yüksəklikdə yerləşən stadionu olacaqdı. Stadionu belə yüksəkdə yerləşdirmək məntiqli görünmür, amma “rekord qırmaq”, diqqət çəkmək və zənginlik nümayiş etdirmək istəyən ölkələr bu cür layihələrə meyl edir”.

Türer riskləri belə sadalayır: 

-350 metr yüksəklikdə stadion tikilməsi bir çox problemi özü ilə gətirir;

- Uzaq zəlzələlərin uzun dalğaları yüksək binaları yıxa bilər;

- Rezonans yaranarsa bina dağıla bilər;

- Külək yüksəkdə daha güclüdür və həm binanı, həm də oyun prosesinə ciddi təsir edə bilər;

- Minlərlə azarkeşin eyni anda ritmik şəkildə hərəkətlənməsi konstruksiyaya ağır dinamiki yük yaradır;

- Çöl iqlimində temperatur fərqləri böyük strukturlarda ciddi gərginlik yaradır;

- Təkparça nəhəng dam örtüyü gündüz-gecə istilik fərqi səbəbilə daşıyıcı sütunlara əlavə yük ötürə bilər.

Səudiyyə Ərəbistanında külək sürətləri orta hesabla 35-45 m/s arasında dəyişir. NEOM stadionunun tikilməsi nəzərdə tutulan bölgə (Ciddənin şimalı) həm dənizdən gələn rütubətə, həm də güclü küləklərə açıqdır.

Hesablamalara görə, eyni binanın İstanbul standartları ilə müqayisədə Səudiyyə Ərəbistanında külək yükü 75 faiz daha çoxdur.

Prof. Türer deyir: “Yüksək binalarda bəzən zəlzələdən çox külək təsiri ön plana keçir. Bölgə orta səviyyəli seysmiklik daşıyır və bu cür hündür binalarda rüzgar üçün nəzərdə tutulmuş sönümləyici sistemlər zəlzələdə də faydalı olur”.

“Qum üzərində bina tikilməsi ümumiyyətlə uyğun hesab olunmur”, -deyən Prof. Türer bu detalları açıqlayır: NEOM ərazisi dərin qum və yumşaq qayalı qatlarla örtülüdür. Dəniz yaxınlığı səbəbilə sıvılaşma riski yüksəkdir. Qum bəzi hallarda zəif izolator effekti yaratsa da, 350 metrlik bina üçün qumlu zəmin ciddi təhlükə yaradır.

O, daha sonra bildirir: “Bu hündürlükdə binanın zəmin problemini yalnız təməllər və çoxsaylı zirzəmi qatları həll edə bilər. Əgər yenə də zəmin zəifdirsə, ciddi təmələr qaçılmazdır”.

Prof. Türer çox ciddi bir hesablamanı diqqətə çatdırır:

350 metr hündürlükdəki binanın təxmini silkələnmə periodu: 4 saniyə bir gün içində rüzgar səbəbli ehtimal olunan silkələnmə sayı: 21 min

50 ildə mümkün ümumi silkələnmə sayı: 394 milyon

Bu isə material yorulması üçün kritik həddir.

“7-8 milyon təkrardan sonra belə yorulma başlayır. Ona görə bu hündürlükdə binalarda silkələnmə səbəbli yorulma analizləri çox ciddi aparılmalıdır”.

Prof. Türer bildirir ki, seysmik izolyatorlar adətən yatay hərəkəti azaltmaq üçün istifadə olunur.

Amma 350 metrlik binada problem daha çox külək silkələnməsidir.

Bu səbəbdən ən effektiv həll, üst mərtəbələrdə nəhəng kütlə-yay sistemi və ya sarkaç tipli kütlə sönümləyiciləridir.

Bu sistem sayəsində bina əks istiqamətdə qüvvə yaradan kütlə ilə balanslaşdırılır və silkələnmə azaldılır.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:263
embedMənbə:https://sherg.az
archiveBu xəbər 30 Noyabr 2025 23:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see655

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see423

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see379

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see272

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see265

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see262

İspaniyada dəhşətli qatar qəzası: onlarla insan həyatını itirdi

28 Oktyabr 2026 13:58see241

Azərbaycanın multikulturalizm irsi və sülh təşəbbüsləri dünya ölkələri üçün nümunədir

28 Oktyabr 2026 18:11see230

Prezident İlham Əliyevin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundakı çıxışı Azərbaycanın beynəlxalq dialoq və əməkdaşlıq məkanına verdiyi töhfələri əks etdirir

28 Oktyabr 2026 19:03see225

İsrail Prezidenti: Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik

29 Oktyabr 2026 00:15see211

“Yaxşı balınız olsa da, marketdə rəf tapmaya bilərsiniz” Rejissor kino bazarını belə izah ETDİ

28 Oktyabr 2026 17:27see206

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

29 Oktyabr 2026 01:29see206

Bunu etməklə hesabınızı itirə bilərsiniz WhatsApp işlədənlərə XƏBƏRDARLIQ

28 Oktyabr 2026 22:50see204

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

29 Oktyabr 2026 14:04see203

Papillomanı yandırmaq kifayət deyil! HPV varsa törəmə yenidən yarana bilər

28 Oktyabr 2026 15:55see198

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

29 Oktyabr 2026 17:45see197

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see188

ABŞ: Hörmüz boğazından minlərlə kommersiya gəmisi keçib

29 Oktyabr 2026 01:35see184

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see178

Mərkəzi Gömrük Hospitalında qadın sağlamlığı sahəsində yeni əməkdaşlıq imkanları müzakirə olunub

29 Oktyabr 2026 10:33see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri