Gözdən əlil olan şikayətçi illədir ev növbəsindədir, amma... “Mənə deyirlər ki, 1 otaqlı ev yoxdur”
Hurriyyet portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Xəzər rayonu, Binə qəsəbəsində qeydiyyatda olan Rəhmanova Sehranə Məsim qızı tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçinin məktubunu olduğu kimi dərc edirik:
“Mən, Rəhmanova Sehranə Məsim qızı, yazaraq bildirirəm ki, 1-ci qrup gözdən əliləm. Heç kəsim yoxdur. Ailəm də yoxdur. Binə qəsəbəsində kirayədə qalıram.
İllərdir ev növbəsindəyəm. Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayeva müraciət etmişəm. Neçə dəfə Sosial Xidmətlər Agentliyinin İdarə Heyətinin sədri Vüqar Behbudovun qəbulunda olmuşam. Hara şikayət edirəmsə, baxan yoxdur.
Evim-eşiyim yoxdur, qaldığım evi də sahibi satmaq istəyir. Mən harda yaşayacağam?! Sığınacaq heç kimim də yoxdur. Nə edəcəyimi bilmirəm.
60 yaşıma az qalıb. Qalan ömrümü rahat yaşamaq istəyirəm. Evimin sənədləri də təsdiqlənib, lakin deyirlər ki, 1 otaqlı ev yoxdur”.
Məsələ ilə bağlı Sosial Xidmətlər Agentliyi ilə əlaqə saxladıq. Şikayətşinin müraciətinin araşdırılacağı bildirildi.
Aynurə İSMAYIL
Hurriyyet.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:107
Bu xəbər 07 Noyabr 2024 17:03 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















