Icma.az
close
up
RU
Gözəllik, sağlamlıq, yoxsa biznes? Gözəlliyə qurban gedən MİLYARDLAR

Gözəllik, sağlamlıq, yoxsa biznes? Gözəlliyə qurban gedən MİLYARDLAR

Modern.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Bu gün plastik cərrahiyyə müstəqil bir tibb sahəsi kimi fəaliyyət göstərir. Plastik əməliyyatlar, məsələn, burun, qulaq formalarının dəyişdirilməsi, üz konturlarının təkmilləşdirilməsi və göz ətrafının cavanlaşdırılması kimi prosedurlar geniş tətbiq olunur.

Plastik cərrahiyyə son aylarda Azərbaycanda ən çox müzakirə olunan mövzulardandır. Çoxsaylı şikayətlərdən sonra müvafiq qurumlar plastik cərrahlarla bağlı araşdırma aparıb və onları yenidən qeydiyyata alıb.

Modern.az-ın məlumatına görə, 80-dən çox plastik cərrah lisenziya almaq üçün müraciət edib. Cəmiyyətdə tanınan onlarla məşhur plastik cərrahın fəaliyyətinə xitam verilib.

Plastik əməliyyatların tarixi eramızdan əvvələ gedib çıxır

İlk plastik əməliyyatlar eramızdan əvvəl 600-cü illərdə Hindistanda keçirilib. O dövrün məşhur cərrahı Suşruta Sam-Gita döyüşdə zədələnmiş və ya məhkəmə qərarı ilə cəzalandırılmış insanların burunlarını bərpa edirdi. Hindistanın qədim həkimləri zədələnmiş burun, qulaq və dodaqları bərpaetmə bacarıqları ilə Avropa cərrahlarını 18-ci əsrə qədər əsrə qədər geridə qoyub.

Plastik cərrahiyyənin inkişafı 15-ci əsrdə aktivləşdi. Siciliyalı cərrah Antoni Branka zədələnmiş qulaqları və dodaqları bərpa etmək üçün əl dərisindən istifadə etməyə başladı.

1597-ci ildə italyan cərrahı Qaspard Talyakotsi əlin dəri parçası ilə burunların bərpası haqqında traktat nəşr etdi və bununla müasir plastik cərrahiyyənin əsaslarını qoydu. O dövrün cəmiyyəti onun əməliyyatlarını qanunsuz hesab edirdi və onları təbiətə qarşı cinayət kimi qiymətləndirirdi.

1814-cü il oktyabrın 23-də Londonda cərrah Cozef Karpyu Avropada ilk dəfə "hindi" metoduna əsaslanan rinoplastika əməliyyatını həyata keçirdi. Bu əməliyyat uğurla başa çatdı. Bu hadisə ilə plastik cərrahiyyə sürətlə inkişaf etməyə başladı və burun formasının dəyişdirilməsi, damağın bərpası kimi əməliyyatlar tərtib edilməyə başlandı.

Ən çox plastik əməliyyat aparılan ölkələr:

Hər il dünyanın müxtəlif ölkələrində 20 milyondan  çox plastik əməliyyat həyata keçirirlər. Beynəlxalq Estetik-Plastik Cərrahiyyə Cəmiyyətinin göstəricilərinə görə, bu növ əməliyyat etdirənlərin sayı ildə 5-7 faiz artır. Dünyada bu sahədə  liderlik uğrunda Braziliya və ABŞ bir-birini daban-dabana izləyir.

Braziliya – 1,5 milyon

ABŞ – 1,4 milyon

Meksika  – 581 min

Rusiya  – 483 min

Hindistan  – 395 min

Türkiyə  – 352 min

Almaniya – 336 min

İtaliya  – 314 min

Plastik əməliyyat aparan  cərrahların sayına görə də ABŞ (7 min) və Braziliya (6 min) liderlik edir. İlk beşlikdə həmçinin Çin, Yaponiya və Cənubi Koreya da (hər birində 2,5-3 min plastik cərrah) var.

Ən məşhur plastik əməliyyatlar

Rinoplastika (Burun əməliyyatı) - Burun formasını dəyişdirmək və ya nəfəs almağı asanlaşdırmaq üçün edilir. Bu əməliyyat, həm estetik, həm də funksional məqsədlərlə geniş yayılıb.

Mamoplastika (Böyütmə və ya kiçiltmə əməliyyatı) - Xüsusilə qadınlar arasında böyütmək (silikon implantlarla) və ya kiçiltmək üçün ən çox edilən plastik əməliyyatlardandır.

Liposaksiya (Yağ emalı) – Bədənin hissələrindən artıq yağların alındığı bir əməliyyatdır. Adətən qarın, bel, kürək və digər problemlə bölgələrdə tətbiq olunur.

Abdominoplastika (Qarın qaldırma) -. Çox vaxt qadınlar tərəfindən doğuş sonrası həyata keçirilir.

Blefaroplastika (Göz qapağı əməliyyatı): Yuxarı və ya aşağı göz qapaqlarının əməliyyatıdır və göz ətrafı dərinin sallanması və yaşlanması səbəbilə edilir.

Kəsib yapışdırmaqla iş bitmir

Plastik cərrahiyyə sahəsi çox yüksək ixtisaslaşma və diqqət tələb edən bir sahədir. Xarici ölkələrdə plastik əməliyyat aparan həkimlərə tələblər böyükdür. Plastik cərrah olmaq üçün tibb sahəsində yüksək təhsil və xüsusi ixtisaslaşma vacibdir. Həkimlər plastik cərrahiyyə üzrə xüsusi təhsil almalıdırlar. Bu plastik, estetik və rekonstruktiv cərrahiyyə sahələrini əhatə edən əlavə təlimlər və təcrübələr tələb edir.

Bununla da iş bitmir. Həkimlərin müvafiq dövlət orqanlarından və ya ixtisaslaşmış elmi mərkəzlərdən lisenziya və sertifikatları olmalıdır.  Məsələn, ABŞ-da American Board of Plastic Surgery (ABPS) sertifikatı, Türkiyədə isə Türk Plastik, Rekonstruktif ve Estetik Cerrahi Derneği sertifikası mütəxəssislərin keyfiyyətini təsdiqləyir.

Plastik cərrahiyyə sahəsi təcrübə və ustalıq tələb edir. Cərrahlar müxtəlif plastik əməliyyatları icra etməli və mürəkkəb prosedurlarda (məsələn, rinoplastika, liposaksiya, facelifting) təcrübə qazanmalıdırlar.

Cərrah yalnız funksional nəticələri deyil, həm də estetik və simmetrik amilləri nəzərə almalıdır. Məsələn, üz və bədən hissələrini təbii və gözəl şəkildə formalaşdırmaq vacibdir.

Plastik cərrahların xəstələrin təhlükəsizliyini təmin etmələri çox vacibdir. Cərrahlar xəstənin ümumi sağlamlıq vəziyyətini və tibbi tarixini nəzərə alaraq əməliyyatı həyata keçirməlidir. Cərrah əməliyyatın risklərini minimuma endirmək üçün lazımi tədbirləri almalıdır.

Əməliyyatdan sonra bərpa prosesini düzgün idarə etmək, xəstəyə təlimatlar vermək və komplikasiyaların qarşısını almaq vacibdir.  Anesteziya ilə bağlı biliklər və təcrübə plastik cərrah üçün əhəmiyyətlidir.

Plastik cərrahiyyə sahəsində texnologiya sürətlə inkişaf edir, buna görə də həkimlər yeni alətlər və metodlarla tanış olmalıdırlar.

Milyardlar gözəlliyə qurban gedir

Plastik cərrahiyyə sahəsinin dövriyyəsi dünya üzrə çox böyük bir rəqəmdədir. 2024-cü ildə plastik cərrahiyyə və estetik tibbi xidmətlər bazarının ümumi dəyəri təxminən 50 milyard dollar olub. Həmçinin, 2027-ci ilə qədər bu sahənin ümumi dövriyyəsinin 70 milyard dollara çatacağı gözlənilir.

ABŞ plastik cərrahiyyənin ən böyük bazarına sahibdir. 2024-cü ildə ABŞ-da plastik cərrahiyyə bazarının dəyəri təxminən 20 milyard ABŞ dolları olub.

Avropa ölkələrində də plastik əməliyyatlara böyük maraq var, xüsusən Almaniya, Fransada və Böyük Britaniyada. Bu sahədə Avropa bazarının dövriyyəsi 8-12 milyard dollar arasında dəyişir.

Koreya Respublikası plastik cərrahiyyə sahəsində çox qabaqcıl bir ölkədir. Bu sahədəki dövriyyə də əhəmiyyətlidir, təxminən 3-5 milyard dollar arasında olduğu bildirilir.

Plastik cərrahiyyə üzrə dövriyyənin hər il orta hesabla 5-8 faiz artması gözlənilir.

Azərbaycanda qiymətlər əlçatandırmı?

Xarici ölkələrdə plastik əməliyyatlar müxtəlifdir və qiymətləri əməliyyatın növünə, yerə, həkimin təcrübəsinə və klinikanın statusuna görə dəyişir.

Burun əməliyyatı (rinoplastika): 2000-15000 dollar

Liposaksiya: 1500-10 000 dollar

Sinə böyütmə: 3 000-8 000 dollar

"Facelift" (üz əməliyyatı): 5 000-15 000 dollar

Botoks və digər fillerlər: 200-2 000 dollar (emal edilən sahəyə və istifadə edilən maddəyə görə)

Azərbaycanda plastik cərrahiyyə qiymətləri əməliyyatın növünə, həkimin təcrübəsinə, klinikanın keyfiyyətinə və istifadə olunan texnologiyalara görə dəyişir.

Burun əməliyyatı ən çox həyata keçirilən plastik cərrahiyyə prosedurlarından biridir. Burun əməliyyatlarının qiyməti prosedurun mürəkkəbliyinə və cərrahın təcrübəsinə görə 2000 – 7 000 manat arasında dəyişir.

Liposaksiya (bədəndəki yağ yığılmalarının aradan qaldırılması) əməliyyatının qiyməti 2500-5000 manatdır. Bədənin iki və ya daha çox hissəsində liposaksiya etdirmək qiyməti artırır.

Sinə böyütmə implantın növü və istifadə edilən texnologiyaya görə 3500-8000 manat arasında dıəyişir.

Botoks və dolgu maddələri  aparılan minimal əməliyyatların qiyməti əməliyyatlın növünə və və istifadə olunan maddəyə görə 200 - 700 manat arasında dəyişir.

Məşhur və təcrübəli plastik cərrahların və klinikaların xidmətləri daha yüksək qiymətə olur. Yüksək texnologiya ilə icra edilən əməliyyatlar (lazer, mikroskopik cərrahiyyə və s.) qiymətləri artırır. Əməliyyatın tipi və bölgənin mürəkkəbliyi qiymətə təsir edir. Məsələn, kompleks burun əməliyyatı və ya üz cərrahiyyəsi daha yüksək qiymətə ola bilər.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:128
embedMənbə:https://modern.az
archiveBu xəbər 07 Fevral 2025 11:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Landmark” bu dəfə Sahil Bababyevin idarəçiliyinə keçdi

21 Oktyabr 2025 11:26see246

Yarım əsrimə qədəm qoydum

21 Oktyabr 2025 20:33see241

La Liqa ABŞ da keçiriləcək “Barselona” “Vilyarreal” matçının ləğv edildiyini açıqlayıb

22 Oktyabr 2025 00:15see232

AZAL da yarıtmaz idarəçilik, yoxsa... Təyyarələrdə yaranan problemlər nəylə bağlıdır? (VİDEO)

21 Oktyabr 2025 09:20see206

Türkiyədə FETÖ əməliyyatı : 286 nəfər saxlanıldı

22 Oktyabr 2025 06:53see188

Təl Əvivdən Bakıya reyslər bərpa edilir

21 Oktyabr 2025 19:39see181

Toyuq əti və yumurta bahalaşacaq SƏBƏB BUDUR KONKRET

22 Oktyabr 2025 12:02see173

3 boksçumuz da qalib oldu

22 Oktyabr 2025 10:54see171

Xaricdə saxta təhsil: Valideynlər xəbərsiz, tələbələr savadsız EKSPERT RƏYİ

21 Oktyabr 2025 05:43see171

Azərbaycan ötən ay genişzolaqlı internetin orta sürətinə görə Cənubi Qafqazda liderliyini saxlayıb

21 Oktyabr 2025 13:54see163

Dabaq xəstəliyi xaricdən gətirilən ət məhsullarına tələbatı artırdı (VİDEO)

21 Oktyabr 2025 23:40see163

Bakı Tehran: yeni etimad mərhələsi

22 Oktyabr 2025 09:59see154

Səhər yeməyində turşu yeməyin 5 faydası

21 Oktyabr 2025 02:51see153

“Həyatın mənası yaşla necə dəyişir? Yeni tədqiqat

21 Oktyabr 2025 15:52see152

Naxçıvan məktəblisi “Statistik olimpiada”nın qalibi olub

21 Oktyabr 2025 03:36see151

Bunları yesəniz gec YAŞLANACAQSINIZ

21 Oktyabr 2025 02:37see142

Oyundan sonra duş qəbul edə bilmədilər Atletiko dan UEFA ya şikayət

21 Oktyabr 2025 00:12see141

Türkiyəni sarsıdan cinayətlə bağlı daha bir nəfər saxlanıldı

21 Oktyabr 2025 01:51see136

Fransada tornado nəticəsində 1 nəfər ölüb, xəsarət alanlar var

21 Oktyabr 2025 03:34see134

Atletiko ya can verməyən Qarabağ Atletik in də öhdəsindən gələ bilər

21 Oktyabr 2025 17:36see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri