Icma.az
close
up
RU
Güclü ordunun və müstəqil dövlətçiliyin təcəssümü ŞƏRH

Güclü ordunun və müstəqil dövlətçiliyin təcəssümü ŞƏRH

Ses qazeti saytına istinadən Icma.az xəbər verir.

Azərbaycan Respublikasında hər il 26 iyun tarixi Silahlı Qüvvələr Günü kimi qeyd olunur. Bu əlamətdar gün ölkəmizin hərbi qüdrətinin, dövlət müstəqilliyinin və milli təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayan Azərbaycan Ordusuna göstərilən yüksək ehtiramın ifadəsidir. Silahlı Qüvvələr Günü xalqımızın qəhrəmanlıq ənənələrinin, vətənpərvərlik ruhunun və dövlətçilik dəyərlərinin təbliği baxımından xüsusi əhəmiyyət daşıyır.

Azərbaycan Xalq Cümhuriyyəti dövründə, 1918-ci il iyunun 26-da ilk milli hərbi hissələrin yaradılması ilə müasir Azərbaycan Ordusunun əsası qoyulmuşdur. Bu tarix sonralar müstəqil Azərbaycan Respublikasında Silahlı Qüvvələr Günü kimi rəsmiləşdirilmiş və dövlət bayramı elan edilmişdir. Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə ölkədə nizami ordu quruculuğu istiqamətində mühüm addımlar atılmış, silahlı qüvvələrin formalaşdırılması və inkişafı üçün möhkəm təməl yaradılmışdır.
Müstəqilliyin ilk illərində ölkənin üzləşdiyi çətinliklər, Ermənistanın hərbi təcavüzü və daxili siyasi qeyri-sabitlik güclü orduya olan ehtiyacı daha da artırmışdı. Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra ordu quruculuğu dövlət siyasətinin əsas prioritet istiqamətlərindən birinə çevrildi. Ordunun maddi-texniki bazası gücləndirildi, peşəkar hərbi kadrların hazırlanmasına xüsusi diqqət yetirildi və hərbi hissələrin döyüş qabiliyyəti yüksəldildi.
Bu gün Azərbaycan Ordusu regionun ən güclü ordularından biri hesab olunur. Son illər ərzində həyata keçirilən islahatlar, müasir silah və texnikaların alınması, beynəlxalq təcrübənin öyrənilməsi və hərbçilərin sosial müdafiəsinin gücləndirilməsi ordumuzun inkişafına mühüm töhfələr vermişdir. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə ordu quruculuğu prosesi uğurla davam etdirilmiş, ölkənin müdafiə potensialı daha da artırılmışdır.
2020-ci ildə baş vermiş 44 günlük Vətən müharibəsi Azərbaycan Ordusunun gücünü və peşəkarlığını bütün dünyaya nümayiş etdirdi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında şanlı Ordumuz işğal altında olan torpaqlarımızı azad edərək Azərbaycanın ərazi bütövlüyünü bərpa etdi. Bu tarixi Qələbə xalqımızın milli qürurunu yüksəltdi və Azərbaycan hərb tarixinin ən şanlı səhifələrindən biri kimi yadda qaldı.
Azərbaycan əsgəri hər zaman Vətənə sədaqətin, mərdliyin və qəhrəmanlığın nümunəsi olmuşdur. Dövlət tərəfindən hərbi qulluqçuların sosial rifahının yaxşılaşdırılması, onların ailələrinə diqqət və qayğının göstərilməsi ölkəmizdə orduya verilən yüksək dəyərin göstəricisidir. Gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunması da bu istiqamətdə görülən işlərin mühüm tərkib hissəsidir.
26 İyun – Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü ölkəmizin dövlətçilik tarixində mühüm yer tutan rəsmi dövlət bayramlarından biridir. Bu gün Azərbaycan Ordusunun keçdiyi şərəfli inkişaf yolunu xatırlamaq, qəhrəman şəhidlərimizin əziz xatirəsini ehtiramla yad etmək və Vətənimizin müdafiəsində xidmət göstərən hərbçilərimizin əməyini yüksək qiymətləndirmək üçün xüsusi əhəmiyyət daşıyır. Güclü ordu güclü dövlətin əsas dayaqlarından biridir və Azərbaycan Ordusu bundan sonra da ölkəmizin müstəqilliyinin, suverenliyinin və təhlükəsizliyinin etibarlı təminatçısı olaraq qalacaqdır.

Hüseyn Süleymanov
YAP Kəngərli rayon təşkilatının sədr müavini

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:116
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 22 İyun 2026 11:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xəzər dənizinin Azərbaycan sahillərinin dövlət idarəçiliyi

17 Noyabr 2026 23:52see343

Qışı sərt keçən rayonlarda qaz və işıq limitləri dəyişəcək? VACİB AÇIQLAMA

17 Noyabr 2026 13:59see330

® Vüqar Eyvazov “AmCham Azərbaycan”ın yeni yaradılmış Səhiyyə Komitəsinin sədri təyin edilib

18 Noyabr 2026 01:28see315

2027 ci ildən Bakıya köç daha da artacaq?

17 Noyabr 2026 23:20see308

Təcili yardım stansiyasının müdiri işçilərdən rüşvət alır? YENİLƏNİB

17 Noyabr 2026 14:53see285

Faiq Qarayev beynəlxalq turnirdə iştirak edəcək Azərbaycanın voleybol millisinin üzvləri ilə görüşüb FOTO

17 Noyabr 2026 14:52see272

Dişlər yaddaş kartımızdır?

17 Noyabr 2026 13:42see267

Diş əti qanaması hansı daxili xəstəliklərin əlamətidir?

17 Noyabr 2026 23:18see250

Yuxu ilə böyümə hormonu arasında yeni neyron əlaqəsi aşkar edilib

17 Noyabr 2026 12:44see238

İki zəhərli ilanı təyyarəyə keçirmək istədi

17 Noyabr 2026 23:17see231

Azerbaijan’s macro economy 2025 2026 and future prospects

17 Noyabr 2026 13:48see230

Bu hərəkətlər davam edərsə.. SEPAH generalı Bəhreyn hökümətini HƏDƏLƏDİ

18 Noyabr 2026 02:03see226

Braziliya millisindən darmadağın: Vinisius het trik etdi

18 Noyabr 2026 00:46see218

Söküntü başlamazdan əvvəl vətəndaşlar əmlaklarını qiymətləndirməlidir? Açıqlama

18 Noyabr 2026 14:55see214

45 min dollardan Walmart rəflərinə: Bir qadının qəhvə alternativi biznesi

17 Noyabr 2026 14:53see213

Bossların bossu” vəfat etdi Pablo Eskobarla əməkdaşlıq edib

18 Noyabr 2026 01:52see211

Polad Həşimovun anası xəstəxanadan evə buraxılıb TƏBİB

18 Noyabr 2026 01:24see211

Nənə tarladan 20 min qiyməti olan qızıl tapıb

18 Noyabr 2026 02:56see204

Səhiyyədə gizli qalan vergi problemi gündəmə gəldi

18 Noyabr 2026 12:19see202

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri