Gündə nə qədər kabak yemək olar?
Olke.az saytına istinadən Icma.az xəbər verir.
Ölkə.az "Lenta.ru"ya istinadla xəbər verir ki, bu barədə qastroenteroloq, tibb elmləri namizədi Yevgeni Belousov danışıb.
Onun sözlərinə görə, sağlam yetkin insanlar üçün kabakın zərərli hesab olunduğu dəqiq tibbi hədd mövcud deyil. Bu tərəvəzin nə qədər qəbul edilə biləcəyi insanın ümumi qidalanma rejimindən, fərdi həssaslığından və rasionda yer alan digər tərəvəz və qidalardan asılıdır.
Y.Belousov bildirib ki, praktik göstərici kimi gündə təxminən 150-300 qram kabak istehlak etmək olar. Bu miqdar orqanizm tərəfindən yaxşı qəbul edilirsə və gündəlik tövsiyə olunan tərəvəz normasının bir hissəsini təşkil edirsə, təhlükəsiz sayılır.
Mütəxəssis vurğulayıb ki, kabakı həftədə bir neçə dəfə yemək və onu digər tərəvəzlərlə növbələşdirmək daha məqsədəuyğundur. Onun fikrincə, əsas məsələ qidalanmada müxtəlifliyin qorunmasıdır. Əgər insan hər gün böyük porsiyada kabak yeyir, lakin digər tərəvəzləri demək olar ki, qəbul etmirsə, belə qidalanma ideal hesab edilə bilməz.
Həkim əlavə edib ki, kabak tərəvəz rasionunun yalnız bir hissəsi kimi istifadə olunmalı, menyuda digər tərəvəzlərə də yer verilməlidir.
Həmidə ibrahimova
Baxış sayı:71
Bu xəbər 03 Oktyabr 2026 18:10 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















