Icma.az
close
up
RU
Günəbaxan tumu haqqında bir neçə “qorxulu” fakt...

Günəbaxan tumu haqqında bir neçə “qorxulu” fakt...

Icma.az bildirir, Saglamolun portalına istinadən.

Xüsusilə yay aylarında bol yeyilən və yayın demək olar ki vazkeçilməzlərindən olan gunəbaxan tumu yüksək proteinli bir qida olduğu üçün çox yeyildiyi təqdirdə artıq çəki yarada bilər.

Ancaq bununla yanaşı düzgün və qədərində yeyildikdə arıqlamağa da faydalı olan bir qida maddəsi kimi çox xeyirlidir. Günəbaxan tumu tərkibindəki yüksək yağ, lif və protein sayəsində qədərində yeyildiyi təqdirdə gün ərzində tox tutaraq sağlam çəki itirməyi təmin edir.

Günəbaxan tumu yeməyi xoşlayan bir çox insanı eyni sual düşündürür: günəbaxan tumu kökəldirmi? Bu suala birmənalı cavab vermək çətindir. Bəziləri bu məhsuldan daim istifadə etdiklərini və kökəlmədiklərini söylədiyi halda bəziləri bu tumların onlara çox mənfi təsir etdiyini və çəki artırdığını qeyd edirlər. Əksəriyyət düşünür ki, fiziki yüklənmələr tumdan gələn kalori yükündən istifadə etməyə imkan verir. Bəs günəbaxan tumu bu dərəcədə ziyanlıdırmı?

Artıq çəkili insanlar üçün rasional qidalanmaya diqqət etmək çox vacibdir. Diyetoloqların fikrincə, artıq çəki ilə mübarizədə ən önəmli amillər aktiv həyat tərzi, müntəzəm fiziki məşqlər, diyetdir. Düzgün qidalanma haqqında mütəxəssislərin fikirləri isə əsaslı şəkildə ziddiyyət təşkil edir. Günəbaxan tumunun kökəlməyə və ya arıqlamağa təsir etdiyi barədə fikirlər də bu qəbildəndir.

Bir çox diyetlər var ki, onların tərkibinə günəbaxxan tumu da daxildir. Bu tumların tərkibində qanda xolesterolu aşağı salmağa imkan verən doymamış yağ turşuları vardır ki, bunlar həm də yaşlanma prosesini ləngidir. Bununla yanaşı günəbaxan tumlarının tərkibində bitki yağları da vardır ki, bunlar qanda xolesterol miqdarının azaltsalar da, nəticədə yenə də yağ olaraq qalırlar. Belə ki, günəbaxan tumunun kalori dəyəri çox yüksəkdir - 100 qr üçün 520 kilokaloridir ki, bu da ətin kalorisindən dəfələrlə çoxdur.

Qızardılmış günəbaxan tumları kökəldirmi?

Əvvələr belə bir fikir var idi ki, tum appendisitin yaranmasına səbəb olur. Ancaq hazırda bu fikrin yanlış olduğu öz təsdiqini tapıb və tumun xeyirləri çoxlarına məlumdur. Ancaq ondan düzgün şəkildə necə istifadə etmək lazım olduğunu bilmək bununla bağlı yarana biləcək problemlərin qarşısını almağa yardımçı olar.

Təbii ki, günəbaxan tumu artıq çəki yaradır . Əsasən də qovrulmuş halda. Bu səbəbdən çiy tum yemək daha xeyirli hesab olunur. Azacıq qurutmaq da olar. Ancaq qovrulmuş dadlı tumların ləzzətinə qarşı gəlmək çox çətindir. Diyet saxlayanlar isə bu ləzzətdən imtina etməlidirlər. Hətta tumu öz rasionlarından tamamilə çıxarmaları məsləhətdir.

Bədən quruluşu üçün təhlükə yaratmayan miqdar gün ərzində cəmi 35-40 qramdır. Ancaq belə az miqdarla kifayətlənmək çox çətindir. Televizor qarşısında, dostlarla bir yerə toplandıqda və s. hallarda tumdan istifadə həddindən artıq çox olur ki, bu da sonra bədən quruluşunda özünü göstərir.

Qida rasionuna diqqət edən, ancaq axşamlar qovrulmuş tum yeməkdən qaçınmayanlar təcrübə üçün 1-2 ay ondan imtina etsinlər. Bu zaman fərq açıq-aydın hiss olunacaq, bədən quruluşu başqa heç nəyə ehtiyac olmadan öz normal halına qayıdacaq. Beləliklə, bu da onu göstərir ki, günəbaxan tumu kökəldir.

Günəbaxan tumu haqqında bir neçə “qorxulu” fakt...

Heç də hamı bu dadlı qidadan imtina edə bilmir. Bunun artıq çəki yaratdığını bildikləri halda belə bəziləri üçün bu tumlar narkotikə bərabərdir. Belə olduqda qovrulmuş günəbaxan tumları haqda bəzi xoşagəlməz faktlar kömək ola bilər.

- Günəbaxan tumları yüksək temperaturda emal, daha doğrusu, qovrulma zamanı öz faydalı xüsusiyyətlərini itirir.

- Tum çırtdamaq həvəskarlarının demək olar ki hamısının dişlərlə bağlı problemləri ortaya çıxır. Diş emalı dağılır, xoşagəlməz qara ləkələr və ağızda qoxu əmələ gəlir.

- Səsinə dəyər verən insanlara günəbaxan tumları qəti şəkildə qadağandır.

- Bir stəkan tum bir porsiya yağlı donuz kababına bərabərdir.

- Qaraciyər və böyrəklərə mənfi təsir edir.

- Qıcqırma əmələ gətirir.

- Əsəb sisteminə mənfi təsir edir.

Beləliklə, günəbaxan tumu ilə kökəlib-kökəlməmək barədə qərarı özünüz verin. Ancaq dəqiq məlum olan odur ki, həftə ərzində bir ovuc tum bədən quruluşunda katastrofik dəyişikliklər yarada bilməz.

Saglamolun.Az


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:219
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 16 Noyabr 2024 01:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see334

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see312

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see276

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see269

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see267

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see259

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see251

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see249

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see239

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see228

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see227

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see226

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see217

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see213

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see213

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see206

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see201

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see197

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see197

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri