Gürcüstan Parlamenti Seçki Məcəlləsində beynəlxalq müşahidəçilərlə bağlı dəyişiklik edib
Icma.az, Yeniazerbaycan portalına istinadən məlumat yayır.
Gürcüstan vətəndaşları beynəlxalq müşahidəçi kimi qeydiyyatdan keçə bilməyəcək. Gürcüstan Parlamenti Seçki Məcəlləsində bununla bağlı dəyişiklikləri qəbul edib.
AZƏRTAC xəbər verir ki, dəyişiklik nəticəsində beynəlxalq müşahidə missiyalarında Gürcüstan vətəndaşları artıq müşahidəçi kimi qeydiyyatdan keçə bilməyəcək.
Qanunvericiliyə edilən dəyişikliklərə görə, beynəlxalq müşahidəçi yalnız xarici ölkə vətəndaşı ola bilər.
Qanun layihəsinin təşəbbüskarı, “Gürcü Arzusu-Demokratik Gürcüstan” partiyasının deputatı Davit Matikaşvili bildirib ki, bu dəyişiklik beynəlxalq müşahidəçilərin qiymətləndirmələrinin siyasi amillərdən və partiyaların maraqlarından təsirlənməməsi məqsədi daşıyır.
“Seçki proseslərinin qiymətləndirilməsi maksimum obyektiv və neytral olacaq”, – deyə, deputat bildirib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:109
Bu xəbər 01 Aprel 2026 20:11 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















