Gürcüstanın iqtisadiyyat naziri: Orta dəhliz mövcud marşrutlara real alternativ yaradacaq
Apa.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Orta dəhliz nəqliyyat əlaqələrinin genişləndirilməsi və əlavə yük axınlarının cəlb edilməsi üçün yeni perspektivlər açır.
APA xəbər verir ki, bunu “Vesti.az”a müsahibəsində Gürcüstanın iqtisadiyyat naziri Levan Davitaşvili deyib.
Onun sözlərinə görə, Orta Dəhliz Asiya ilə Avropa arasında mühüm əlaqə olmaqla təkcə tranzit deyil, həm də bütün marşrut boyu iqtisadi fəallığın stimullaşdırılmasında və region ölkələri arasında ticarət dövriyyəsinin artırılmasında əsas rol oynayır.
Gürcüstanlı nazir Tbilisidə iki aydan çoxdur ki, davam edən mitinqlərdən də danışıb.
Bildirib ki, Tbilisi hazırkı hakimiyyət dövründə heç vaxt elan etdiyi xarici siyasət kursundan dönməyib və bu kurs ölkə Konstitusiyasında təsbit olunub.
“Biz həm siyasət, həm qanunvericilik, həm də struktur islahatları və iqtisadiyyatın Avropa standartlarına uyğunlaşdırılması sahəsində yolumuzu dəqiq müəyyən etmişik. Ölkədə Aİ-yə üzv olmaq üçün zəruri islahatlar fəal şəkildə həyata keçirir,” – Davitaşvili vurğulayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:62
Bu xəbər 12 Fevral 2025 22:19 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















