Icma.az
close
up
RU
Gürcüstanın sabiq nazir müavini: Moskva heç vaxt Cənubi Qafqazın sabitliyində maraqlı olmayıb

Gürcüstanın sabiq nazir müavini: Moskva heç vaxt Cənubi Qafqazın sabitliyində maraqlı olmayıb

Oxu.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Azərbaycanla Ermənistan arasında münasibətlərin qurulması və yekun sülhün əldə edilmə imkanı tək iki dövlət deyil, bütün region üçün geosiyasi şans sayılır. 30 illik tarixi olan qarşıdurmanın aradan qalxması bölgəyə kənar təsirlərin qarşısını ala bilər.

Oxu.Az-a danışan Gürcüstanın sabiq xarici işlər nazirinin müavini Sergi Kapanadzenin sözlərinə görə, Tbilisidə bu prosesi diqqətlə izləyirlər.

Müsahibəni təqdim edirik:

- Cənab Kapanadze, iyulun 10-da Əbu-Dabidə Azərbaycan və Ermənistan liderlərinin birbaşa, üçüncü tərəfin vasitəçiliyi olmadan görüşü baş tutdu. Hər iki tərəf görüşün nəticələrindən məmnunluğunu bildirir və yekun sülhə doğru ciddi addımın atıldığı güman edilir. Sizcə, tərəflərin vasitəçisiz ortaq dil tapması problemdə maraqlı olan üçüncü dövlətlərin prosesə təsirinin neytrallaşdırılması kimi qiymətləndirilə bilərmi?

- Bakı ilə İrəvanın sülh sazişinin imzalamağa doğru irəliləmələri, şübhəsiz ki, pozitiv göstəricidir. Onların bunu vasitəçisiz, ikitərəfli səviyyədə etmələri xüsusilə vacibdir, çünki məhz belə format qarşılıqlı məsuliyyət və səmimiyyət atmosferin yaranmasına səbəb olur. Bu prosesdə Rusiyanın iştirak etmədiyini görmək xüsusilə sevindiricidir. Gəlin açığını danışaq: Moskva heç vaxt Cənubi Qafqazın sabitliyində maraqlı olmayıb. Rusiyanın xarici siyasəti üçün onun sərhədləri yaxınlığında xaos hər zaman təzyiq aləti olub - qonşu dövlətlərdə vəziyyət nə qədər qeyri-sabitdirsə, Kremlin buradakı mövcudluğunu təmin etməsi və öz şərtlərini yeritməsi o qədər asandır.

Hazırda Rusiyanın iştirakı olmadan aparılan danışıqlar formatını onun təsirinin tədricən neytrallaşdırılması prosesi kimi qiymətləndirmək olar. Lakin bu o demək deyil ki, sülh prosesində başqa beynəlxalq oyunçular olmamalıdır. Əksinə, biz Qərbin - həm Avropa İttifaqının, həm də ABŞ-nin daha fəal iştirakını görmək istərdik. Axı regionda sabitlik yaranarsa və yeni nəqliyyat və iqtisadi dəhlizlər açılarsa, bunun əsas benefisiarları Qərb və regional güclər olacaq. Onların davamlı sülhün təmin edilməsində siyasi və iqtisadi marağı vacibdir. Ümid edirik ki, Qərbin artan iştirakı, təminatları və iqtisadi stimulları ilə əldə edilmiş sülh həqiqətən də davamlı olacaq.

- Son aylar, xüsusilə də liderlərin Əbu-Dabi görüşü ərəfəsində Rusiyanın region ölkələrinə təzyiq cəhdləri daha da güclənib və bu günə kimi də davam edir. Gürcüstan da əvvəllər Moskva tərəfindən oxşar təzyiqlərə məruz qalıb. Sizcə, Rusiyanın məqsədi nədir?

- Rusiya postsovet məkanına, xüsusən də Cənubi Qafqaza nəzarəti saxlamağa çalışır. Amma reallıq budur ki, Moskva sürətlə mövqelərini itirir. O, artıq İranda təsirini faktiki olaraq itirib və Azərbaycanda onun imkanları kəskin şəkildə azalıb - bunu son aylardakı hadisələr də sübut edir. Ermənistanda onun təsiri minimuma enib. Türkiyə bölgədəki varlığını həm hərbi, həm də iqtisadi cəhətdən gücləndirib. Avropa İttifaqı genişlənmə siyasəti və assosiasiya alətləri sayəsində getdikcə daha cəlbedici tərəfdaşa çevrilir. Rusiya Yaxın Şərqi, Suriyanı tərk edir. Mərkəzi Asiyada isə Çin əsas infrastruktur layihələrini öz üzərinə götürür.

Beləliklə, Rusiya getdikcə daha çox təcrid olunmuş oyunçuya çevrilir, Çin və Hindistana ucuz enerji resursları tədarükçüsü roluna düşür. Ona görə də istənilən təsirini təmin etmək üçün qonşu ölkələrdə qeyri-sabitliyi qoruyub saxlamalıdır. Moskva sabitləşdirici deyil, əksinə, sabitliyi pozan amildir - o, bölgədə zəruri və əvəzolunmaz statusda qalmaq üçün qəsdən münaqişələr yaradır və onları dəstəkləyir. Rusiya Ukraynada qələbəyə ümid edir, amma bu, utopiyadır. Moskva sabitliyi pozmaqda davam edə bilər, lakin strateji məqsədlərinə nail ola bilməyəcək. Əksinə, Ukrayna ilə müharibəyə cəlb olunması onu bütün digər sahələrdə zəiflədib.

- Ermənistanda Paşinyan hökuməti ilə kilsə arasında açıq mübarizə gedir. Bəzi ekspertlərin fikrincə, erməni kilsəsi Rusiyanın Paşinyana qarşı son təzyiq alətlərindən biridir. Sizcə, Moskvanın İrəvana təzyiqləri Ermənistanı daha sürətlə Qərbə, Türkiyəyə və Azərbaycana doğru itələmirmi?

- Əlbəttə ki, kilsələr, xüsusən də pravoslav kilsələr Rusiya təsirinin mühüm alətləri olaraq qalır. Bu, həm Ermənistana, həm də Gürcüstana aiddir. Erməni Apostol Kilsəsi özünün milliyyətçi xarakterinə baxmayaraq, son illərdə Paşinyan hakimiyyətinə təzyiq kanalı kimi istifadə olunur. Gürcüstanda oxşar rolu tez-tez Qərbin əleyhinə olan ritorikası ilə, Rusiyayönlü narrativləri və "Rus dünyası"nı fəal şəkildə dəstəkləyən Gürcü Pravoslav Kilsəsi oynayır. Paşinyan Ermənistanın suverenliyini təmin etmək üçün ardıcıl addımlar atır və bu, rəğbətə səbəb olur. Gürcüstanda da bir çox demokratik düşüncəli vətəndaşlar bu prosesi diqqətlə izləyirlər.

- Sizcə, Azərbaycan və Ermənistan arasında yekun sülh yaxın gələcəkdə regionumuza nə vəd edir? Gürcüstanın prizmasından bu məsələni necə şərh edərdiniz?

- Azərbaycan və Ermənistan arasında sülh bütün Cənubi Qafqaz üçün tamamilə yeni dövrün qapılarını açır. Bu, blokadanın aradan qaldırılması, regional ticarətin inkişafı, yeni nəqliyyat marşrutları və infrastruktur layihələri, yeni investisiyalar və daha çox turist deməkdir. Uzun müddətdir münaqişələr və dondurulmuş müharibələrlə bağlı olan region həm daxildə, həm də xaricdə öz simasını dəyişə biləcək. Qafqaz iqtisadi əməkdaşlıq, sülh və qarşılıqlı fayda ilə əlaqələndirilməyə başlaya bilər. Ümid edirəm ki, bu, həm də bütün regionda sərhədlərin tam açılmasına gətirib çıxaracaq.

- Gürcüstan regionun ən dərin münaqişəsinin həllindən hansı dividentlər əldə edə bilər? Ortaya çıxacaq yeni reallıqlarda Gürcüstanın yerini və mövqeyini necə görürsünüz?

- Gürcüstan nöqteyi-nəzərdən bu, fürsətdir. Birincisi, Gürcüstan əsas logistika və tranzit mərkəzinə çevrilə bilər. İkincisi, Bakı ilə İrəvan arasında sülh presedent yarada bilər ki, bu fonda Abxaziya və Cənubi Osetiyadakı münaqişələrin həllini müzakirə etmək mümkün olacaq. Xüsusən də Rusiya zəifləməyə və regiona nəzarəti itirməyə davam edərsə, Qərb isə əksinə, mövcudluğunu gücləndirərsə. Təəssüf ki, Tbilisi bu imkanların çoxunu artıq əldən verib, lakin hələ də şans var. Sülh yolu ilə nizamlanma faktının özü regionun gələcəyini yenidən düşünməyə imkan verir.

Rüstəm Qaraxanlı

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:73
embedMənbə:https://oxu.az
archiveBu xəbər 16 İyul 2025 13:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

15 Yanvar 2026 12:06see268

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see229

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see206

ADY ötən il 400 ə yaxın blok qatar qəbul edib

15 Yanvar 2026 10:08see200

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see179

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see168

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see157

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see152

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see149

GUYA SİZİ SAYAN VAR Kİ?!

15 Yanvar 2026 13:53see149

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see146

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see145

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see142

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see139

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see137

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see133

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see130

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see130

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see130

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri