Haber Global : Zəruri addımlar atılarsa, Azərbaycan və Ermənistan arasında sülh sazişi imzalana bilər
Baku.ws saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Zəruri addımların atılacağı təqdirdə, Azərbaycan və Ermənistan arasında sülh sazişi imzalana bilər.
Bu barədə "Haber Global" telekanalının hazırladığı materialda bildirilib.
Süjetdə Azərbaycanla Ermənistan arasında mümkün sülh sazişi ilə bağlı rəsmi Bakının irəli sürdüyü şərtlərə də toxunulub:
"Bildiyimiz kimi, XII Qlobal Bakı Forumu davam edir. Forumun əhəmiyyəti Prezident İlham Əliyev tərəfindən vurğulanıb. O, bu forumda dünya üçün əhəmiyyət kəsb edən məsələlərin müzakirə olunduğunu bildirib.
Hazırda gündəmdəki əsas məsələ Ermənistan-Azərbaycan mövzusudur. İki ölkə arasında sülh sazişi layihəsindəki 17 maddə artıq razılaşdırılıb.
Bununla belə, sülh sazişinin imzalanması üçün rəsmi Bakı Ermənistanın qarşısında Azərbaycana qarşı ərazi iddialarından imtina, ATƏT-in Minsk qrupunun ləğvi, həmçinin Ermənistanın hərbiləşdirilməsinin dayandırılması və üçüncü ölkələrin regiona müdaxiləsinə şərait yaratmaması şərtini irəli sürüb.
Bunların da icra olunması üçün Ermənistanın öz konstitutiyasını dəyişdirməsi lazımdır. Bu addımlar atılarsa, sülh sazişi imzalana bilər".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:120
Bu xəbər 14 Mart 2025 18:51 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















