Hacıqabulda abadlıq işlərinə 290 min manat vəsait ayrıldı
Gununsesi saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Hacıqabul Rayon İcra Hakimiyyəti rayonun Muğan qəsəbəsi və Qarasu kəndində magistral yol boyunca yaşayış məntəqələrində abadlıq işlərinin görülməsinə 289 051 manat vəsait ayırıb.
Gununsesi.info xəbər verir ki, işlərin icrası “Azsur Group” Məhdud Məsuliyyətli Cəmiyyətinə həvalə olunub. Tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən MMC bu məbləğ qarşılığında yol qırağındakı daş hasarların yuyulması,suvaqlanması və rənglənməsini həyata keçirəcək.
Qeyd edək ki, müvafiq abadlaşdırma işlərinin görülməsinə ötən gündən start verilib, cari ilin noyabr ayına qədər bitməyi nəzərdə tutulur.
Məlumat üçün bildirək ki, “Azsur Group” MMC-nin nizamnamə kapitalı 10 AZN təşkil edir. Şirkətin qanuni təmsilçisi isə İmanlı Rəşad Yasəf oğludur.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:94
Bu xəbər 29 Avqust 2025 21:55 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















