Hakan Fidan: İraqın terror təşkilatı PKK ya qarşı mövqeyi təqdirolunandır
Icma.az, Mia.az saytına istinadən bildirir.
"Hazırda İraq PKK-ya terror təşkilatı kimi yanaşır. Bu, bizim üçün çox vacib və təqdirəlayiq hal sayılır".
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu sözləri Xarici işlər naziri Hakan Fidan Türkiyə-İraq Yüksək Səviyyəli Təhlükəsizlik Mexanizminin 5-ci Toplantısından sonra deyib.
Hakan Fidanın sözlərinə görə, Türkiyə-İraq rəsmiləri arasında Antalyada çox məhsuldar görüş olub: "Hər iki ölkə təhlükəsizliklə bağlı indiyə qədər görülən işləri böyük səmimiyyət və sədaqətlə masaya qoyaraq, müzakirə aparıb və gələcək addımlar ətrafında fikir mübadiləsi aparıblar. Şübhəsiz ki, hər iki dövlət bölgədəki vəziyyəti çox yaxından izləyir və birgə addımları, mövcud təhlükəsizlik problemlərini, xüsusilə terrorla mübarizəni kordinasıya etməyə çalışırlar".
Xatırladaq ki, sözügedən müzakirədə Milli Müdafiə naziri Yaşar Gülər, Milli Kəşfiyyat Təşkilatının (MİT) direktoru İbrahim Kalın, daxili işlər nazirinin müavini Münir Karaloğlu, İraq baş nazirinin müavini və xarici işlər naziri Fuad Hüseyn və başçılıq etdiyi nümayəndə heyəti iştirak ediblər.
Firudin Səfərli
MİA.AZ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:95
Bu xəbər 14 Aprel 2025 17:55 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















