Icma.az
close
up
RU
Hamı qarı unutdu, amma Lerikdə vəziyyət hələ də acınacaqlıdır Video

Hamı qarı unutdu, amma Lerikdə vəziyyət hələ də acınacaqlıdır Video

Icma.az, Qafqazinfo portalına istinadən məlumat yayır.

Son günlər qarlı hava şəraitinin yaratdığı fəsadlar Azərbaycanın əksər bölgələrində həllini tapıb unudulsa da, Lerikə yağan qarın yol açdığı problemlər hələ də sakinləri çarəsiz vəziyyətdə qoyub. 

“Qafqazinfo” xəbər verir ki, bu barədə sosial mediada çoxsaylı paylaşımlar edilib. 

Belə ki, rayonun Cəngəmiran, Rvarud, Coni, Anzolu və digər kəndlərinin sakinləri çıxılmaz vəziyyətə düşüblər. Vətəndaşlar bildirir ki, rayonla kəndlər arasında nəqliyyat və piyada əlaqəsi kəsilib, kənd sakinləri öz vəsaitləri hesabına əraziyə texnika gətirsə də, bu da yetərsiz olub. Kəndlərə 1.5 metr hündürlüyündə yağan qar elektrik enerjisinin verilişində də fasilələrə yol açıb. Zuvand-Lerik avtomobil yolunun isə 5 gündür yağan qar səbəbi ilə tamamilə bağlandığı qeyd olunub.  

Hətta vəfat edən şəhid bacısı Əntiqə Qənbərova fəsadların nəticəsi, yolların qardan bağlanması səbəbindən 3 gün sonra torpağa tapşırılıb. 

Məsələ ilə bağlı Lerik Rayon İcra Hakimiyyətinə sorğu ünvanladıq. Qurumdan müraciətimizə cavab olaraq bildirildi ki, 19-21 yanvar tarixlərində Lerik rayonu ərazisində intensiv yağan qarın qalınlığı Lerik şəhərində 1-1,2 metr, dağlıq ərazilərdə isə 1,3-1,5 metr olub: “Nəticədə yaşayış məntəqələrinə gedən avtomobil yolları bağlanıb, ərazilərə elektrik verilişi dayandırılıb. “52 saylı Yol İstismarı İdarəsi” MMC-nin ağır texnikaları ilə 56 km-lik Lənkəran-Lerik avtomobil yolu qardan təmizlənib, avtomobillərin hərəkəti bərpa edilib. Lerik elektrik şəbəkəsi ərazi icra nümayəndələri, bələdiyyələr və ərazidə yaşayan əhalinin köməkliyi ilə elektirik verilişini əsasən bərpa edib.

Ərazilərə gedən əsas magistral avtomobil yolları rayonda olan şəxsi texnikalar və “52 saylı Yol İstismarı İdarəsi” MMC-nin ağır texnikaları cəlb edilməklə təmizlənsə də, 22-23 yanvar və bu gün davam edən külək nəticəsində yenidən bağlanıb.

Hazırda avtomobil yollarının qardan təmizlənməsi ilə bağlı işlər davam etdirilir. Rayonumuzun Çayrud inzibati ərazi dairəsinə gedən avtomobil yolu qardan təmizlənib. Axşam saatlarında əsən külək yolu bağladığından səhər saatlarından yolun təmizlənməsi üçün yenidən texnikalar işə cəlb edilib.

Rayon ərazisində qaz, su, rabitə ilə bağlı ciddi problemlər qeydə alınmayıb. Rayon İcra Hakimiyyəti tərəfindən rayonun bütün əraziləri ilə mütəmadi əlaqələr saxlanılır, qarşıya çıxan problemlərin həlli istiqamətində operativ tədbirlər həyata keçirilir”.

Fidan Etibar 




Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:284
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 24 Yanvar 2026 13:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see357

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see259

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see245

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see233

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see225

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see223

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see220

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see217

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see211

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see208

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see196

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see188

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see187

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see186

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see182

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see179

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see178

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see168

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see168

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri