Icma.az
close
up
RU
Hamilə vaxtı “Oskar” alan 4 aktrisa

Hamilə vaxtı “Oskar” alan 4 aktrisa

Icma.az xəbər verir, Lent az saytına əsaslanaraq.

"Oskar" kino mükafatının qırmızı xalçası bir çox ikonik obrazlara şahidlik edib, lakin bəziləri tarixə həm də xüsusi bir səbəblə düşüb. Bir neçə aktrisa nüfuzlu qızıl heykəlciyi hamilə olduqları vaxt alıblar ki, bu da həmin mükafatlandırma gecəsini onlar üçün ikiqat sevinc anına çevirib.

Belə "qoşa" çıxışlara nadir hallarda rast gəlinsə də, hər biri yaddaşlarda dərin iz qoyur. 

Lent.az hamilə vaxtı “Oskar” alan 4 aktrisanı təqdim edir.

Natali Portman

2011-ci ildə keçirilən "Oskar" mərasimində o, "Qara ququşu" (Black Swan) filmindəki roluna görə "Ən yaxşı qadın rolu" mükafatını qazanıb. Natali bu ekran əsəri üzərində işləyərkən, 2009-cu ildə xoreoqraf Benjamin Milpye ilə tanış olub.

Mərasim baş tutanda o, Milpyedən altı aylıq hamilə olub. Aktrisa bu vacib gecə üçün "Rodarte" brendindən zərif bənövşəyi don seçib. Maraqlıdır ki, bu brendin yaradıcısı olan iki bacı həm də filmdəki dramatik kostyumların müəllifləri olublar. Natalinin obrazı dərin dekolte, asimmetrik ətək və kristal bəzəklərlə tamamlanıb. Cütlük 2012-ci ildə evlənsə də, bu evlilik 2024-cü ildə ayrılıqla nəticələnib.

Ketrin Zeta-Cons

Aktrisa "Çikaqo" filmindəki "Ən yaxşı ikinci plan qadın rolu"na görə qızıl heykelciyə layiq görülüb. Bu tarixi hadisə 2003-cü ilin mərasimində baş verib və həmin vaxt Ketrin qızı Kerisə səkkiz aylıq hamilə olub.

Mükafatı qəbul edərkən o, zarafatla deyib: "Hormonlarım o qədər nəzarətsizdir ki, bununla bacarmaq çətindir!" Hətta hamilə olmasına baxmayaraq, mərasim zamanı "All That Jazz" mahnısını ifa edib. O gecə aktrisa "Versace"dən şokolad rəngli, krujeva bəzəkli və dərin dekolteli libas geyinib. Qızı mərasimdən cəmi on gün sonra dünyaya gəlib.

Reyçel Vays

Ulduz aktrisa 2006-cı ilin "Oskar" mərasimində yeddi aylıq hamilə olub. Həmin gecə o, "Sadiq bağban" (The Constant Gardener) filmindəki obrazına görə "Ən yaxşı ikinci plan qadın rolu" mükafatını alıb.

Dizayner Narsiso Rodriqes aktrisa üçün üç müxtəlif don hazırlayıb və Reyçel onlardan çiyinləri açıq, sərbəst kəsimli qara libası seçib. Onun oğlu Henri 2006-cı ilin mayında doğulub. Uşağın atası amerikalı rejissor Darren Aronofski olub. Daha sonra cütlük ayrılıb və Reyçel 2011-ci ildə Daniel Kreyq ilə ailə həyatı qurub.

Meril Strip

1983-cü ildə Meril Strip dördüncü dəfə "Oskar"a namizəd göstərilib və ikinci övladını gözləyib. Aktrisa həmin axşam qalib gələcəyini bəlkə də gözləməyib, lakin qızıl heykəlcik yenidən ona qismət olub. Bu mükafat onun muncuq və payetlərlə bəzədilmiş qızılı rəngli sərbəst kəsimli donu ilə mükəmməl uyğunluq təşkil edib.

Strip "Sofinin seçimi" (Sophie's Choice) filmindəki baş roluna görə qalib gəlib. Səhnə arxasında ondan gələcək qızına bu möhtəşəm gecə haqqında nə danışacağını soruşduqda, o, sadəcə belə cavab verib: "Onun da burada olduğunu deyəcəm". Həmin vaxt altı aylıq hamilə olan aktrisa, avqust ayında qızı Meymini dünyaya gətirdi.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:169
embedMənbə:https://lent.az
archiveBu xəbər 21 Aprel 2026 10:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see345

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see284

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see282

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see282

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see274

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

20 Noyabr 2026 06:10see267

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see260

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see258

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see255

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see244

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see242

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see241

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see240

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see239

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see233

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see227

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see227

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see217

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see214

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see212
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri