Hansısa yerli futbolçunu transfer edəcəyimizə inanmıram” “Qəbələ”nin planı nədi?
Icma.az, Footbal-plus portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
2025/26 mövsümündə premyer-liqada çıxış edəcək “Qəbələ” heyətin formalaşdırılması yönündə işlər görür. “Qırmızı-qaralar” indiyə qədər Samir Həsənov, Müşfiq Nadirov, Ruslan Vorontsov, Oçe Oçoveçi və İbrahim Ramazanov ilə yolları ayırsa da, yeni futbolçuyla güclənməyib.
Bəs bu proses nə vaxt start götürəcək? Bölgə təmsilçisindən ən qısa zamanda yeni transferlər gözlənilirmi?
Sualları “Qəbələ”nin idman direktoru Səbuhi Səfiyarlıya ünvanladıq. Onun “Football-plus.az”a cavabı:
“Hələ hansısa futbolçuyla rəsmi razılaşma əldə edilməyib. Yeni transfer edəcəyimiz halda bu haqda ictimaiyyətə açıqlama veriləcək. Xeyli oyunçu ilə maraqlanırıq. Axtarışlarımız davam edir. Çalışmalar legionerlərlə bağlıdı. Hansısa yerli futbolçunu transfer edəcəyimizə inanmıram”.
Baxış sayı:73
Bu xəbər 17 İyun 2025 16:45 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















