Icma.az
close
up
RU
Hasan Oktay: Suriya məsələsində Azərbaycan və TDTnin Türkiyə ilə birlikdə hərəkət etməsi gözlənilir

Hasan Oktay: Suriya məsələsində Azərbaycan və TDTnin Türkiyə ilə birlikdə hərəkət etməsi gözlənilir

Icma.az, Sherg.az saytına istinadən bildirir.

"Yaxın Şərqdə vəziyyətin gərginləşməsi ilə əlaqədar ölkəmizin diplomatik təmasları intensivləşib".

Bu, Xarici İşlər Nazirliyinin 2024-cü ilin yekunlarına dair mətbuat buraxılışında əksini tapıb.

Bildirilib ki, İsrail-Fələstin münaqişə zonasında baş verən hadisələr ilə bağlı bir sıra yüksək səviyyəli tədbirlərdə ölkəmiz təmsil olunub, İsrail-Fələstin münaqişəsi ilə bağlı mövqeyimiz diqqətə çatdırılıb:

"Suriyada Bəşər Əl-Əsəd rejiminin çökməsindən sonra ölkədə sülhün və sabitliyin bərpa olunması və vətəndaş qarşıdurmasına son qoyulması istiqamətində çağırış edilib. Azərbaycan Respublikası Suriyanın ərazi bütövlüyü və suverenliyinə dəstəyini ifadə edib və Suriya xalqının iradəsinə uyğun şəkildə, habelə ölkədaxili siyasi dialoq vasitəsilə məsələlərin həllini tapacağına ümidvar olduğunu bildirib. Suriya xalqının üzləşdiyi humanitar problemlərin aradan qaldırılmasına töhfə verməyə hazır olduğumuz bildirilib".


Ankarada fəaliyyət göstərən Qafqaz Strateji Araşdırmalar Mərkəzinin (KAFKASSAM) sədri, politoloq Hasan Oktay "Sherg.az"a bildirib ki, Azərbaycan Cənubi Qafqazda çox önəmli bir geopolitik mövqeyə sahibdir:


"1991-ci ildə Sovet İttifaqı dağıldıqda, ruslar keçmiş Sovet ölkələrini öz nəzarətlərində saxlamağa çalışarkən xüsusilə Türk dövlətlərini nəzarət altına almaq məqsədilə Ermənistan vasitəsilə Azərbaycana qarşı əməliyyat keçirdi. Dağlıq Qarabağ və 7 rayonu işğal etdirən ruslar bu böhran sayəsində 30 il boyunca Türk dövlətləri üzərində psixoloji hökmranlıq qurdu. 44 günlük müharibə nəticəsində Azərbaycan əvvəlcə 7 rayonunu, sonra isə Dağlıq Qarabağı ərazilərinə qatdı. Azərbaycan dünyada baş verən bütün hadisələrə, ya birbaşa, ya da dolaylı şəkildə təsir etmək və ya təsirsiz münasibət bildirmək məcburiyyətindədir. Əsədin devrilmə prosesi Azərbaycan üçün Sovetlərin dağılarkən yaşadığı acıya bənzəyən bir acıya çevrildi. 1991-ci ildə Sovet İttifaqı, 2024-cü ilin dekabrında isə Sovet sonrası rejimlərə aid olan Baas rejimlərinin aradan qaldırılması Azərbaycanda bir acı olaraq yaşandı. Birincisində yeddi rayon və Dağlıq Qarabağın işğalı, ikincisində isə Azal Hava Yollarına aid sərnişin təyyarəsinin Qroznı üzərində vurulması hadisəsi baş verdi. Bunların bir-biri ilə əlaqəsiz olduğu iddia oluna bilər, amma birbaşa olaraq bu iki rus sisteminin çöküşünün nəticəsi Türk dünyasına və dolayısıyla Azərbaycana çıxarıldı. Azərbaycan bu prosesdə Türkiyə ilə yaxın münasibətində olmasına baxmayaraq bir çox xarici siyasət məsələlərinə fərqli yanaşma nümayiş etdirdi. Bu isə olduqca rasional bir yanaşmadır. Azərbaycanla Türkiyənin geopolitik mövqeyi fərqli olmaqla yanaşı, xarici siyasətə dair yanaşmalarının da fərqli olması strateji baxımdan son dərəcə önəmlidir".


Politoloq əlavə edib ki, Fələstin-İsrail və Suriyadakı hadisələrə yanaşmada Türkiyə ilə Azərbaycanın fərqli baxış bucaqlarını nəzərə alaraq hərəkət etdikləri bir proses mövcuddur:

"Lakin son nöqtədə Azərbaycan və Türkiyə Türk Dövlətləri Təşkilatının ali maraqları baxımından bütövlük təşkil edir. Fələstin, Qəzza, Hizbullah, Yəməndəki Husi və digər Yaxın Şərq məsələləri strateji baxımdan son dərəcə önəmli nöqtələrdir. Digər tərəfdən Azərbaycanın coğrafi mövqeyi baxımından Türkiyə ilə Türk dövlətləri arasındakı keçid marşrutu üzərində yerləşməsi, rusların Çar dövründə başlayıb Sovet dövründə davam edən və federasiya dövründə artıq bitməsi gərəkən bu strateji yanaşmanın Cənubi Qafqaz siyasətindəki sancıları ən çox Azərbaycanda özünü göstərir. Azərbaycanın birinci prioriteti, Cənubi Qafqazda öz geopolitik mövqeyi və maraqları baxımından Türkiyə-Azərbaycan-Ermənistan sülhünün qurulmasıdır. Fələstin məsələsi Azərbaycanın xarici siyasətində ümumi məsələlər arasında onuncu sıraya belə gəlməyən bir məsələdir. Burada Türkiyə ilə Azərbaycan arasında İsrail münasibətlərindəki fərqlilik, Azərbaycanın öz xarici siyasətini həyata keçirmək və yönləndirmək baxımından olduqca önəmlidir. Türkiyənin Fələstin-İsrail məsələsinə yanaşması ilə Azərbaycanın İsrail məsələsinə yanaşmasının fərqli olması qədər normal bir şey yoxdur".


Hasan Oktayın fikrincə, Suriya məsələsində Azərbaycan və Türk Dövlətləri Təşkilatının Türkiyə ilə birlikdə hərəkət etməsi gözlənilir:

"Azərbaycanın ərazilərinin 30 ildir işğal altında olması və torpaqlarında qəbul etmədiyi bir sözde Dağlıq Qarabağ quruluşunun yaranması, bu modelin Suriyada tətbiq edilməsinə ən çox Azərbaycan qarşı çıxır. Ümumiyyətlə 2025-ci il Azərbaycan üçün uğurlu olacaq. Çünki Türkiyə, Ermənistan və Azərbaycan üçlü sülhü reallaşdıqda və Xəzər dənizinin altında Marmaray kimi bir dənizaltı tunel layihəsi həyata keçdikdə, Azərbaycan regionun ən inkişaf etmiş ölkəsi halına gələcək".

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:138
embedMənbə:https://sherg.az
archiveBu xəbər 29 Dekabr 2024 16:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see262

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see223

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see210

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see204

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see182

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see181

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see178

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see170

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see160

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see155

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see150

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see149

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see148

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see148

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see147

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see145

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see142

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see132

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri