Icma.az
close
up
RU
Hasan Oktay: Türkiyə İsrailin maraqları naminə Suriya xalqını qurban etməsinə imkan verməyəcək

Hasan Oktay: Türkiyə İsrailin maraqları naminə Suriya xalqını qurban etməsinə imkan verməyəcək

Sherg.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

İsraildə yaxın vaxtlarda Netanyahunun hökumətinin dəyişəcəyini və qonşularla münasibətlərə üstünlük verəcək yeni bir hökumətin qurulacağını proqnozlaşdırmaq mümkündür


“İsrail 2024-cü il dekabrın 8-dən əvvəlki status-kvoya qayıtmalıdır”.

Teleqraf xəbər verir ki, bunu Suriya Prezidenti Əhməd Şaraa deyib.

“İsrail 8 dekabr 2024-cü il tarixli status-kvoya qayıtmalıdır və biz heç kimi təhdid etməyəcəyimizi artıq bəyan etmişik. Suriya hamı ilə bərabər məsafə saxlamaq istəyir. Suriyanın əvvəlki vəziyyətə qayıtması heç kimin xeyrinə deyil. İsraillə əldə edilən istənilən uğurlu razılaşma tegionda sülhün yayılmasına kömək edəcək digər anlaşmalara yol açacaq”, - dövlət başçısı bildirib.

Daxili vəziyyətlə bağlı Şaraa qeyd edib, “Suriyanın sabitliyi onun birliyi ilə bağlıdır və hər hansı parçalanma cəhdi təhlükəli münaqişələr yaradacaq. Suriyanın bölünməsi ilə bağlı istənilən məsələ, ilk növbədə, Suriyaya və qonşu ölkələrə, xüsusilə Türkiyə və İraqa zərər verir”.

Suriya lideri Dəməşqdə hakimiyyət dəyişikliyindən sonra 1 milyon insanın ölkəyə qayıtdığını açıqlayıb.

Kürd məsələsinə gəlincə, Əhməd Şaraa hesab edir ki, ABŞ silahlı kürdlərin Suriya ordusuna inteqrasiyasına kömək edə bilər.


Ankarada fəaliyyət göstərən Qafqaz Strateji Araşdırmalar Mərkəzinin (KAFKASSAM) sədri, politoloq Hasan Oktay Sherg.az-a bildirib ki, 8 dekabrda 50 ildən artıq davam edən Bəşər Əsəd rejimi devrildikdən sonra Suriyada balanslar alt-üst oldu və yeni bir axtarış dövrü başlandı:


"7 oktyabr 2023-də Həmasın İsrailə hücumundan sonra İsrail bölgədə təhlükəsizlik səbəbini əsas gətirərək altı ölkəyə hücum edib. Həmçinin Təl-Əviv İran adına bölgədə vəkalət müharibəsi apardığını iddia etdiyi ən azı beş təşkilata qarşı genişmiqyaslı əməliyyatlar həyata keçirdi. İsrail təhlükəsizlik arqumentini şişirdərək və Suriyada Əhməd Əş-Şaraanın keçid hökumətinin zəifliyini nəzərə alaraq, öz ölkəsinə Suriyadan gələ biləcək təhdidlərin qarşısını almaq və ən əsası, bu ölkədə Türkiyə ilə əməkdaşlıq əsasında yeni bir sistemin qurulmasını öz maraqları üçün təhlükəli hesab edir. Buna görə də o, druzlar və kürdlər üzərindən Suriyada nəzarəti altında bir sistem qurmağa, güclü bir mərkəzi Suriya hökumətinin formalaşmasının qarşısını almağa çalışır. Ankara isə İsrailin ortaya qoyduğu təhlükəsizlik arqumentinin onda birini belə irəli sürmədən Suriyada sabit, konstitusiyaya əsaslanan, bərabərlik üzərində qurulmuş bir sistemin yaradılmasını arzulayır. Ötən il eyni günlərdə İsrailin Livanda Hizbullaha qarşı həyata keçirdiyi böyük əməliyyatdan sonra Türkiyə də oxşar səbəblərlə Suriyadakı separatçı YPG-PKK təşkilatına qarşı geniş əməliyyat keçirmək hüququ və səlahiyyətini qazanmış olsa da, bölgənin sabitliyi naminə bu variantı davamlı olaraq təxirə salıb. Burada əsas məqsəd Suriyada sabitliyi pozacaq qarışıqlığın qarşısını almaq idi. Suriya xalqı bütövlükdə ölkənin ərazi bütövlüyü daxilində müasir, demokratik, insan haqları və qanunçuluğa əsaslanan bir sistemin qurulmasını tələb etməlidir. Türkiyə İsrailin öz təhlükəsizlik maraqları naminə Suriya xalqını qurban etməsinə imkan verməyəcək".


Analitikin fikrincə, Əhməd Əş-Şaraanın 8 dekabrdan əvvəlki dövrə dönüşü təklif etməsi Suriyada ərazi bütövlüyü çərçivəsində yeni bir sistemin qurulması üçün zəruri şərtdir:

"İsraildə yaxın vaxtlarda Netanyahunun hökumətinin dəyişəcəyini və qonşularla münasibətlərə üstünlük verəcək yeni bir hökumətin qurulacağını proqnozlaşdırmaq mümkündür. Əks halda, 2026-cı ilin noyabrında ABŞ-da keçiriləcək Senat seçkilərindən sonra İsrail çox ciddi risklə üz-üzə qala bilər. Buna görə də İsrail xalqı, tamahı ağlının önünə keçmiş indiki hökuməti dəyişdirərək həm dövlətin mövcudluğunu, həm də xalqın təhlükəsizliyini bu yolla təmin edə bilər".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:115
embedMənbə:https://sherg.az
archiveBu xəbər 24 Sentyabr 2025 13:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see214

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see198

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see184

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see157

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see157

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see156

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see155

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see150

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see150

Ramin Axundov axtarışa verildi FOTO

23 Dekabr 2025 22:05see144

Kərkicahan Bir kənd, iki tale

24 Dekabr 2025 06:46see140

Binəqədi sakinlərindən ETİRAZ: “Prezidentə necə çatdıraq ki, icra hakimiyyəti işləmir” Şikayətçi (FOTOLAR)

23 Dekabr 2025 11:50see136

Zaur Axundov “Araz Naxçıvan”ın avrokubok şansını bitirdi! bir qərara sözardı

24 Dekabr 2025 00:11see135

“Səsi yaxşı çıxır, pis deyil” Ferstappen yeni “Formula 1” mühərrikinin səsini təriflədi

24 Dekabr 2025 01:02see134

Prezidentin sərəncamı ilə bu şəxslərə 200 manat veriləcək Bayram ərəfəsində...

23 Dekabr 2025 11:03see134

Türkiyədə Liviyanın Baş Qərargah rəisinin olduğu təyyarə ilə radar əlaqəsi kəsilib

23 Dekabr 2025 23:06see131

Ən simic bürclər Pul xərcləmirlər

24 Dekabr 2025 03:24see130

“Yaxınlaşıb dedi ki, ərim səni sevir”

24 Dekabr 2025 00:44see130

Avtomobil almaq istəyənlər üçün VACİB XƏBƏR Gələn ildən bu qədər bahalaşacaq

24 Dekabr 2025 19:20see128

“Erməni kilsəsi milli siyasi manipulyasiya mərkəzi olub”

23 Dekabr 2025 10:11see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri