Icma.az
close
up
RU
Hava çirkliliyi beyin qanaması riskini artırır ARAŞDIRMA

Hava çirkliliyi beyin qanaması riskini artırır ARAŞDIRMA

Icma.az, Sfera.az saytına istinadən bildirir.

ABŞ-nin Yuta ştatında aparılan yeni elmi araşdırma hava çirkliliyi ilə beyin qanaması arasında mümkün əlaqəni üzə çıxarıb. Yuta Universitetinin neyrocərrahı Dr. Robert Rennertin rəhbərlik etdiyi tədqiqat qrupu, hava çirkliliyi ilə tanınan Vasatç Front bölgəsində son beş il ərzində beyin anevrizması diaqnozu ilə xəstəxanaya yerləşdirilən 70 nəfərin məlumatlarını təhlil edib.


Sfera.az xarici mediaya istinadən xəbər verir ki, araşdırma nəticələrinə görə, beyin qanaması hallarının hava çirkliliyinin ən yüksək səviyyəyə çatdığı dövrlərdən 3-6 ay sonra artdığı müşahidə olunub.

Ən çox təsir edən çirkləndiricilər arasında ozon, azot dioksid, kükürd dioksid, karbon monoksid və 2.5 mikrometrdən kiçik hissəciklər (PM2.5) yer alıb.


Mütəxəssislər bildirir ki, bu hissəciklər bədəndə iltihablanmaya səbəb olur, hüceyrə səviyyəsində ziyan yaradır və DNT-nin bərpa prosesini zəiflədir. Rennert və komandası bu prosesin zamanla beyin damarlarının divarlarını zəiflətdiyini və nəticədə qanamaya səbəb ola biləcəyini qeyd edib.


Bununla belə, alimlər tədqiqatın səbəb-nəticə əlaqəsini təsdiqləmədiyini, sadəcə güclü bir korrelyasiyanı ortaya qoyduğunu vurğulayıb. Daha geniş və uzunmüddətli araşdırmalara ehtiyac olduğu bildirilib.


Məlumata görə, dünyada hava çirkliliyi ilə əlaqəli ölüm hallarının sayı hər il 8 milyona yaxınlaşır. Araşdırmada həmçinin vurğulanıb ki, hava çirkliliyi yalnız beyin qanamaları ilə deyil, həm də ekstremal isti havaların öldürücülüyünü artırmaq və COVID-19 infeksiyasının təsirini gücləndirməklə də əlaqəli ola bilər.
Dr. Rennert mövzu ilə bağlı açıqlamasında deyib:


“Ümid edirik ki, bu tədqiqat hava çirkliliyinin ictimai sağlamlıq üçün yaratdığı təhlükəni daha aydın göstərər və profilaktik tədbirlərin görülməsinə töhfə verər. Toplu nəqliyyatdan istifadənin təşviqi, gündəlik çirklilik limitlərinin sərtləşdirilməsi və ətraf mühit tədqiqatlarına daha çox maliyyə ayrılması vacibdir”.


Bəsti Rəfizadə
Sfera.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:180
embedMənbə:https://sfera.az
archiveBu xəbər 01 Avqust 2025 14:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see302

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see298

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see281

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see278

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see276

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see275

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see270

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see264

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see261

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see252

Əldə olunan mühüm nailiyyətlər FOTO

31 Oktyabr 2026 13:07see239

Dövlət Gömrük Komitəsi maliyyə konsaltinqinə 116 min manat ayırır

31 Oktyabr 2026 13:51see236

Daxili işlər orqanlarında kütləvi yerdəyişmə

01 Noyabr 2026 17:23see235

8 yaşını qeyd edir

31 Oktyabr 2026 11:14see233

Xalq şairinin ölməzlik abidələri

31 Oktyabr 2026 15:41see227

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see221

Amazon bulud biznesindən illik 1 trilyon dollar gəlir əldə etməyi hədəfləyir İnvestisiyalar 220 milyard dollara çatır

31 Oktyabr 2026 13:45see221

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see221

Alimlər diabetin müalicəsi üçün yeni hədəf müəyyən edib

31 Oktyabr 2026 07:34see214

Bağlanan banklara borcu olanlara xəbərdarlıq

31 Oktyabr 2026 13:05see208
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri