Icma.az
close
up
RU
Hava daşımalarında baqaja və yükə vurulan zərərə görə məsuliyyət həddi müəyyənləşib

Hava daşımalarında baqaja və yükə vurulan zərərə görə məsuliyyət həddi müəyyənləşib

Apa.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Hava daşımaları ilə əlaqədar sərnişinlərə, baqaja və yükə vurulan zərərə görə kompensasiyanın hesablanması və ödənilməsi qaydası, Azərbaycan Respublikasının daxili daşımalarında Azərbaycan Respublikasına mənsub olan daşıyıcılar tərəfindən daşımaya qəbul edilən, dəyəri bəyan
olunmadan qeydiyyata alınmış baqaja və ya yükə görə daşıyıcının məsuliyyət həddi müəyyənləşib.

APA xəbər verir ki, bu, Nazirlər Kabinetinin təsdiqlədiyi “Kommersiya hava daşımalarının, sərnişin, baqaj, yük və poçt göndərişlərinin hava daşımalarının həyata keçirilməsi Qaydaları”nda əksini tapıb Qərara əsasən, hava gəmisinin sərnişininin həyat və ya sağlamlığına, habelə əmlakına vurulmuş zərərə görə daşıyıcının məsuliyyəti və məsuliyyətinin həddi Mülki Məcəlləsinə və Cinayət Məcəlləsinə, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq müəyyən edilir. Daşıyıcı hava gəmisinin bortunda minmə və ya düşürülmə əməliyyatları
zamanı sərnişinin həyat və sağlamlığına vurulan zərərə görə qanunvericilik çərçivəsində məsuliyyət daşıyır.

Sərnişinin ölümü və ya sağlamlıq vəziyyətinin pisləşməsi onun hər hansı xəstəliyindən irəli gəldikdə daşıyıcı buna görə heç bir məsuliyyət daşımır.
Daşıyıcı zərərin qarşısını almaq üçün bütün zəruri tədbirləri gördüyünü və ya belə tədbirlərin görülməsinin qeyri-mümkün olduğunu sübut edə bilməzsə, baqajın və ya yükün hava daşımalarına qəbul edildikdən sonra sərnişinə, yükalana və ya onların baqajı və ya yükü qəbul etmək səlahiyyəti verdiyi şəxslərə təhvil verilməzdən əvvəl itirilməsinə, əskik gəlməsinə və ya zədələnməsinə görə məsuliyyət daşıyır. İtirilmə, əskik gəlmə və ya zədələnməyə səbəb olmuş hadisə hava gəmisinin bortunda və ya qeydiyyata alınmış baqajın daşıyıcının mühafizəsi altında olduğu müddətdə baş verdikdə, daşıyıcı qeydiyyata alınmış baqajın məhv edilməsi, itirilməsi və ya zədələnməsinə görə məsuliyyət daşıyır. Lakin zərər baqajın keyfiyyət və ya qüsurundan irəli gələn nəticədirsə, daşıyıcı məsuliyyət daşımır. Qeydiyyata alınmamış baqaja, o cümlədən şəxsi əşyalara münasibətdə, daşıyıcı o halda məsuliyyət daşıyır ki, zərər onun və ya onun əməkdaşlarının, yaxud nümayəndələrinin səhvi ucbatından vurulmuş olsun. Daşıyıcı qeydiyyata alınmış baqajın itirildiyini təsdiq edərsə və ya qeydiyyata alınmış baqaj çatmalı olduğu tarixdən etibarən 21 (iyirmi bir) gündən sonra çatmayıbsa, sərnişinin daşıyıcıya münasibətdə daşıma müqaviləsindən irəli gələn hüquqlarını həyata keçirməsinə icazə verilir.

Baqajın və yükün itməsinə, əskik gəlməsinə və ya zədələnməsinə görə daşıyıcı onların həqiqi dəyəri miqdarında, lakin bu Qaydalarda qeyd edilən normativ hüquqi aktlar və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr ilə müəyyən edilmiş həddən artıq olmamaqla məsuliyyət
daşıyır. Baqajın və yükün itirilməsinə, əskik gəlməsinə və ya zədələnməsinə görə daşıyıcı aşağıdakı qaydada kompensasiya ödəyir:

- hava daşımalarına qəbul edilən dəyəri bəyan edilmiş baqajın, yükün itirilməsinə, əskik gəlməsinə və ya zədələnməsinə görə – onların bəyan edilmiş dəyəri məbləğində;

- hava daşımalarına qəbul edilən dəyəri bəyan edilməmiş baqajın, yükün itirilməsi, əskik gəlməsi və ya zədələnməsinə görə - 1999-cu il mayın 28-də Monreal şəhərində imzalanmış “Beynəlxalq hava daşımalarının bəzi qaydalarının unifikasiyası üçün” Konvensiya ilə müəyyən edilmiş xüsusi borcalma hüququnun məbləği ilə məhdudlaşır. Xüsusi borcalma hüququnun məbləği itirilmənin, əskik gəlmənin və zədələnmənin aşkar edildiyi gün üçün Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən müəyyən edilən rəsmi məzənnəyə uyğun olaraq manat ekvivalentində hesablanır.

Daşıyıcı sərnişinlərin, baqajın və ya yükün hava ilə daşınması zamanı gecikmə (ləngimə) nəticəsində baş vermiş bütün zərərə görə məsuliyyət daşıyır. Lakin daşıyıcı özünün və ya əməkdaşlarının, yaxud agentlərinin zərərdən qurtarmaq üçün bütün mümkün, məntiqə uyğun zəruri tədbirləri gördüklərini, yaxud onun və ya onların belə tədbirləri görmək imkanının olmadığını sübut edərsə, ləngimə nəticəsində dəymiş
zərərə görə məsuliyyət daşımır.

Daşıyıcı gecikmənin qarşısıalınmaz qüvvə (fors-major), hava gəmisində sərnişinlərin həyatı və ya sağlamlığı üçün təhlükə yaradan nasazlığın aradan
qaldırılması və ya daşıyıcının iradəsindən asılı olmayan digər hallar nəticəsində baş verdiyini sübut edərsə, gecikmə nəticəsində dəymiş zərərə görə məsuliyyət daşımır. Daşıyıcı yükə dəymiş zərərin həmin zərərə görə kompensasiya tələb edən şəxsin və ya onun səlahiyyətli nümayəndəsinin diqqətsizliyi, yanlış hərəkəti və ya hərəkətsizliyi nəticəsində vurulduğunu sübut edərsə, bu halda daşıyıcı dəymiş zərər həcmində kompensasiya tələb edən şəxs qarşısında məsuliyyətdən tam və yaxud qismən azad olunur.

Daşıyıcı onun təqsiri olmadan, yaxud onun nəzarəti altında olmayan səbəbdən (o cümlədən təbii fəlakət, meteoroloji şərait, qanunsuz müdaxilə aktı, dövlət orqanlarının qərarları, daşıyıcının təsir göstərə bilmədiyi digər fors-major vəziyyətlər) baş vermiş zərərə görə məsuliyyət daşımır və kompensasiya ödəmir.

Daşıyıcı baqajın itməsi, əskik gəlməsi və ya zədələnməsinin onun qarşısını ala bilmədiyi və ya aradan qaldırılması ondan asılı olmayan aşağıda sadalanan hallardan birinin və ya bir neçəsinin nəticəsində baş verdiyini sübut edərsə məsuliyyət daşımır:

- baqajı təhvil verən və ya alan şəxsin təqsiri;

- daşınan əşyaların təbii xüsusiyyətləri;

- baqaj qəbul edilərkən aparılan vizual (zahiri) yoxlama zamanı bağlamanın nəzərə çarpmayan (cızıqlar, xırda batıqlar və zədələr, həmçinin baqajın
funksionallığına təsir etməyən digər xırda zədələr) nöqsanları;

- baqajda olan, daşıma və saxlama zamanı xüsusi şərait və ya ehtiyat tədbirləri tələb edən əşyaların və ya maddələrin əsas xüsusiyyətləri;

- kövrək və tezsınan əşyaların, həmçinin pul, zinət əşyalarının, qiymətli metalların, qiymətli kağızların, dərman vasitələrinın, xidməti sənədlərin və qeydiyyata alınmış baqaj qismində qəbul olunmayan digər əşyaların zədələnməsinə görə.

Daşıyıcı yükün itməsi, əskik gəlməsi və ya zədələnməsinin onun qarşısını ala bilmədiyi və ya aradan qaldırılması ondan asılı olmayan aşağıda sadalanan hallardan biri və ya bir neçəsinin nəticəsində baş verdiyini sübut edərsə məsuliyyət daşımır:

- yükə xas olan nöqsan, keyfiyyət və ya qüsur;

- yükün daşıyıcıdan, onun əməkdaşlarından və ya nümayəndələrindən fərqli şəxs tərəfindən qeyri-düzgün qablaşdırılması;

- müharibə aktı və ya silahlı münaqişə;

- yükün göndərilməsi, çatdırılması və ya tranziti ilə bağlı dövlət hakimiyyəti orqanının aktları.

Daşıyıcı yükün itirilməsi, əskik gəlməsi və ya zədələnməsi halında baş vermiş zərərə görə zərərə səbəb olmuş hadisə yükün təhvil alındığı andan təhvil verildiyi anadək keçən zaman müddətində baş verdikdə məsuliyyət daşıyır.

Yükgöndərən daşıyıcıya, gömrük, sərhəd və digər xidmətlərə təqdim edilən məlumatların (Azərbaycan Respublikasının Gömrük Məcəlləsi və daşımaların həyata keçirilməsini tənzimləyən digər normativ hüquqi aktlarla müəyyən olunan tələblər) düzgünlüyünə və tamlığına, eləcə də verdiyi yanlış və ya natamam məlumatlara görə daşıyıcıya və ya onun məsuliyyət daşıdığı şəxsinə dəymiş zərərə görə məsuliyyət daşıyır.

Daşıyıcı Mülki Məcəlləsi və (və ya) beynəlxalq müqavilələri ilə müəyyən edilmiş hədlərlə müqayisədə özünün məsuliyyət hədlərini artırmaq məqsədilə sərnişinlər, yükgöndərənlər və ya yükalanlarlamüqavilələr bağlamaq hüququna malikdir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:90
embedMənbə:https://apa.az
archiveBu xəbər 25 Fevral 2025 17:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see263

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see187

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see183

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see158

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see155

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see155

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see152

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see149

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see148

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see147

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see144

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see143

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see139

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see138

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see138

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see137

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see135

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see133

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see132

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri