Icma.az
close
up
RU
Haviland ın yeni Cavalier Royal kolleksiyasında minicilik estetikası və azadlığı

Haviland ın yeni Cavalier Royal kolleksiyasında minicilik estetikası və azadlığı

Oxu.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Əsası hələ 1842-ci ildə qoyulmuş emalatxananın dizaynerləri tətbiqi sənət və minicilik arasındakı çoxəsrlik tarixi əlaqəyə dəfələrlə müraciət ediblər. Bu dəfə onlara safqan Əndəlüs atlarının nəcibliyi və təbii məlahəti, eləcə də İspaniyanın ən mənzərəli şəhərlərindən biri olan Sevilyanın bədii irsi ilham verib.

"Haviland" ustaları sizi bu möhtəşəm heyvanların gözlənilməz ekspressiv enerjisi ilə əsrlər əvvəl mavritan və ispan memarları tərəfindən yaradılmış memarlıq formalarının qüsursuz həndəsi tarazlığı arasındakı kontrastdan zövq almağa dəvət edirlər.

"Cavalier Royal" kolleksiyasının boşqab, nəlbəki, fincan və digər məhsullarının fon dekoru və haşiyə ornamenti zoğalı, qəhvəyi, bej və qızılı elementlərin dəqiq, harmonik ritmində düzülmüş simmetrik arabesk və ya mozaikaya bənzəyir. Bu naxış xromolitoqrafiya üsulu ilə tətbiq edilir və əl ilə zərvurma texnikası ilə işlənir. Stilizə edilmiş tağ formaları dizayna daha çox dinamizm qatır.

Kolleksiyanın mərkəzi elementi Sevilya memarlığı üçün xarakterik olan, növbələşən itiuclu və dairəvi şüalara malik səkkizguşəli ulduzdur. Bu ulduzun mərkəzində, kartuş çərçivəsinə bənzər şəkildə, qızılı naxışlarla zəngin şəkildə bəzədilmiş qırmızı çullu, yorğayerişli Əndəlüs atının təsviri yer alır - həqiqətən də krallara layiq bir at. Bu motiv "Cavalier Royal" kolleksiyasının müxtəlif elementlərində əks olunur: çaydanda monoxrom qabarıq naxış kimi, süd qabında və fincanların dib hissəsində kontrastlı qara siluet kimi, vazada isə qızılı ornament kimi.

Boşqab, salat qabı, kasa və qəndqabıların kənarını əhatələyən nazik qızılı haşiyə, yorğayerişli at təsviri olan incə bir lenti xatırladır.

Kolleksiya iri təqdimat boşqabı və dərin salat qabından tutmuş piyalələrə, desert və çörək boşqablarına qədər müxtəlif süfrə elementlərini əhatə edir. Qəhvə və çay dəsti isə çaydan, süd qabı, fərqli ölçülərdə nəlbəkili fincanlar, eləcə də tort və digər qənnadı məmulatlarının təqdimatı üçün eleqant dayaqlı altlıqdan ibarətdir.

"Haviland"ın təxminən iki əsrlik təcrübəsinə söykənən düşünülmüş dizaynı və qüsursuz çini keyfiyyəti restoran biznesi peşəkarlarının, interyer dizaynerlərinin, kolleksiyaçıların və klassik dizayn üslubunda olan, həm funksional, həm də estetik dəyər daşıyan əşyalara üstünlük verən hər kəsin diqqətini cəlb edəcəkdir.

"Limoj çini" istehsalçısı "Haviland" evinin "Cavalier Royal" kolleksiyası artıq "Ambiance" butikində təqdim edilir: Azərbaycan, Bakı, 28 May küçəsi, 5A.

Əlaqə nömrəsi: +994 (12) 498-62-94

"Haviland" şirkətinin Azərbaycandakı rəsmi distribütoru "ITALDIZAIN" şirkətidir.

"Haviland" brendi və onun kolleksiyaları haqqında ətraflı məlumatı aşağıda qeyd olunan saytdan əldə edə bilərsiniz: https://italdizain.az/ru/brands/haviland

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:75
embedMənbə:https://oxu.az
archiveBu xəbər 03 Aprel 2025 14:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see276

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see274

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see256

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see228

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see200

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see194

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see172

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see168

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see163

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see160

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see160

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see154

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see153

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see146

“iPhone”larda geri düyməsinin olmamasının səbəbi bu imiş

22 Yanvar 2026 06:18see143

Qarabag ın baş məşqçisi: Bəhlulun bütün səhvlərini bu qola görə bağışlamaq olar

22 Yanvar 2026 01:55see141

2025 ci il Bank Respublika üçün necə keçib? MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ

23 Yanvar 2026 01:22see138

Prezident Ümumdünya İqtisadi Forumunun İllik toplantısında keçirdiyi görüşlərlə bağlı paylaşım ETDİ

22 Yanvar 2026 21:20see137

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see137

Merz: “Yalnız gücün hökm sürdüyü dünya hamı üçün təhlükəli reallıqdır”

22 Yanvar 2026 16:08see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri