Icma.az
close
up
RU
“Hazırda dünyada vərəmin preparatlara davamlı forması yayılıb“ Professor

“Hazırda dünyada vərəmin preparatlara davamlı forması yayılıb“ Professor

Moderator.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Son illərdə yoluxucu xəstəliklər arasında vərəm yenidən qlobal səhiyyə gündəminin ən aktual problemlərindən birinə çevrilib. Xüsusilə xəstəliyin dərmanlara davamlı formalarının meydana çıxması onun nəzarətini daha da çətinləşdirir. Beynəlxalq səhiyyə qurumları bu tendensiyanı ciddi risk faktoru kimi qiymətləndirir və profilaktik tədbirlərin gücləndirilməsini vacib hesab edir. 

Son günlərdə  Bakıda peşə məktəblərində vərəm iddialarının gündəmə gəlməsi, sual doğurur: Deyildiyi kimi risk varsa, məktəblərdə və ictimai yerlərdə risklərin minimuma endirilməsi üçün hansı təcrübələr nümunə hesab edilə bilər?
 

Moderator.az-ın suallarını tanınmış həkim-cərrah, tibb üzrə elmlər doktoru, Azərbaycan Tibb Universitetinin I cərrahi xəstəliklər kafedrasının professoru Adil Qeybulla cavablandırıb. 

Professor qeyd edib ki, hal-hazırda dünyada vərəmin rezistent forması, yəni vərəm preparatlarına davamlı forması meydana gəlib və insanlar arasında da yayılıb:

"Hətta vərəmin bu formasından Dünya Səhiyyə Təşkilatı xeyli insan tələfatı olacağını proqnozlaşdırırdı. Və vərəm DOTS və DOTS Plus proqramları ilə müalicə olunur. Ümumiyyətlə, bu xəstəliyin yenidən baş qaldırması və geniş yayılması dünyada narahatlıq doğurur. Hesab edirəm ki, biz bununla bağlı tədbir görməliyik. Dünya Səhiyyə Təşkilatının göstərişlərinə əməl edərək koordinasiyalı iş aparmalıyıq. Həm əhali arasında, həm ayrı-ayrı yerlərdə, ictimai toplanma yerlərində. Peşə məktəblərində olanlar reallığa uyğundursa, bununla bağlı konkret karantin tədbirləri görülməlidir.

Çünki rezistent forma vərəmin ölkədə yayılması əlbəttə daha ağır nəticələrə gətirib çıxara bilər və bununla mübarizə də xeyli vəsait tələb edir. Çünki yeni preparatların həm bahalı olması, həm də ümumiyyətlə bunların müalicə proqramına daxil edilməsi yeni bir situasiyadır. Bunu nəzərə almaq lazımdır. Mən hesab edirəm ki, əgər orada belə bir faktor ortadadırsa, yəqin ki, müvafiq qurumlar bununla bağlı düşünürlər və lazımi tədbirləri görmək üçün əllərindən gələni etməlidirlər".

Pərvin Şakirqızı

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:203
embedMənbə:https://moderator.az
archiveBu xəbər 07 May 2026 20:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see342

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see327

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see270

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see262

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see255

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see240

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see230

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see219

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see209

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see208

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see208

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see204

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see199

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see199

Piylənmədən əziyyət çəkən insanlarda şəkər riski artıq olur

12 Noyabr 2026 01:42see186

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see184

Dünyanın hansı ölkələrində turist vergisi tətbiq olunur? Ölkələrin siyahısı və ödəniş məbləğləri

11 Noyabr 2026 23:54see176

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see176

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see169

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri