Noyer bu tarixdə karyerasını başa vuracaq
Bizim media saytından alınan məlumata görə, Icma.az bildirir.
Almaniyanın “Bavariya” klubunun qapıçısı Manuel Noyer 2026/2027-ci illər mövsümünün sonunda peşəkar futbolçu karyerasını başa vura biləcəyini bildirib.
Bizim.Media xəbər verir ki, 39 yaşlı qolkiper bu barədə jurnalist Florian Plettenberqə açıqlamasında danışıb.
“Güman edirəm ki, qarşıdakı yaydan sonra artıq futbol oynamayacağam. Hazırda karyeramın qalan hissəsindən zövq almağa çalışıram”, – deyə Noyer bildirib.
Almaniyalı qapıçının “Bavariya” ilə müqaviləsi 2027-ci il iyunun 30-dək qüvvədədir. O, noyabr ayında sağ ayağındakı vətərin qismən qopması səbəbindən zədələnərək komandanın oyunlarından kənarda qalıb.
Qeyd edək ki, Manuel Noyer 2011-ci ildən Münhen təmsilçisinin formasını geyinir. O, klubla 13 dəfə Almaniya çempionu olub, 6 dəfə ölkə kubokunu, 8 dəfə Almaniya Superkubokunu qazanıb.
Bundan başqa, qapıçı iki dəfə UEFA Çempionlar Liqasının, UEFA Superkubokunun və klublararası dünya çempionatının qalibi olub.
Noyer cari mövsümdə “Bavariya”nın heyətində 9 oyunda meydana çıxıb və 4 qarşılaşmada qapısını toxunulmaz saxlayıb.
Bizim.Media
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:44
Bu xəbər 29 Noyabr 2026 19:50 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları


















