Icma.az
close
up
RU
Menu

Hökumət kənd təsərrüfatı, qida və sənaye sektoruna daha çox diqqət ayırmalıdır

Aviasiya sektorunda baqaj sistemləri ilə bağlı problemlər həll olunur

Yağışlı Bakı yollarında son vəziyyət SİYAHI

Bakı aeroportundan 70 dən çox istiqamətə uçuşlar həyata keçirilir

Nazir: Azərbaycandan Ermənistana yüklərin Gürcüstan dəmir yolları ilə tranzit qiyməti nisbətən yüksəkdir

İsrail Trampın sülh planının ikinci mərhələsinə bu şərtlə razıdır

Xarici ticarət: ixrac və idxal azalır

“Avromed Company” MMC nin baş ofisində media nümayəndələri üçün Bakı şəhərinin tibbi tarixinin formalaşma mərhələlərinə həsr olunmuş təqdimat keçirilib

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

Xəbərdarlıq edildi: 55 dərəcə şaxtaya hazırlaşın

Avtomobil almaq istəyənlər üçün VACİB XƏBƏR Gələn ildən bu qədər bahalaşacaq

İmkanı olmayanlara pulsuz mal qara verilməsi ilə bağlı AÇIQLAMA

Türkiyə MN: Ukrayna Rusiya arasında davam edən münaqişə PUA istifadəsinin artmasına səbəb olub

Türkiyədə tanınmış şəxslər saxlanıldı Terror təşkilatına kömək edirmişlər... FOTO

Səhifələrin sayı deyil, alınan həzz önəmlidir: Mütaliənin gizli sirri

AZIR indeksinin kəskin dəyişkənliyinə yol verilməyəcək, uçot dərəcəsinə yaxın hərəkətinə xüsusi diqqət yetiriləcəkdir

İran ayətullahı “anti Azərbaycan xoru”nda

Ukrayna üçün səylərimizi davam etdirəcəyik Makron

Mərkəzi Bank 2026 cı il pul siyasətini bu tarixlərdə nəzərdən keçirəcək

Qarderobunuzu necə təşkil etmək olar: Atılacaq əşyalar...

“Həcci də rüsvay etdilər, qoymadılar and içməyə müqəddəs nəsə qalsın”

“Həcci də rüsvay etdilər, qoymadılar and içməyə müqəddəs nəsə qalsın”

Adelet.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

“Molla Vəli Vidadi, Molla Pənah Vaqif, Aşıq Molla Cümə... Vaxtilə "molla" çox şeyi bilən adam, ziyalı, alim həm də ruhani özəlliyini özündə daşıyan bir rütbə, həm də mənəvi dərəcə idi. Xurafat və mövhumat əhli mahiyyəti kimi adın özünü də istismar edib sui-istifadə etdi və hörmətdən saldı. Burada sovet hakimiyyətinin də rolu böyükdür. Kommunist ideolojisini yaymaq və dini sıradan çıxarmaq üçün harda əcaib - qəraib, löyünsüz, alasəy, cahil adam vardısa başına papaq qoyub molla etmişdi ki, qoy dini rüsvay etsinlər. Ziyalı, mütərəqqi insanlar da görüb dindən də, molladan da ikrah etsin. Bir zümrə də bu axına düşüb gedirdi və dini yaşatdığını zənn edirdi”.

Adalet.az xəbər verir ki, bunu ilahiyyatçı Tural İrfan deyib. 

Onun sözlərinə görə, indi də "Hacı" anlamını biabır etməklə məşğuldur eyni cahil və xurafatçı, istismarçı zümrə: 

“Vaxtilə, hətta Çar Rusiyası dövründə "hacı" deyəndə Hacı Zeynalabdin Tağıyev yada düşürdü. İndi isə kiminsə adının qabağında "Hacı" sözü işlənəndə çoxu şübhə edir, ağlına ya arvadbazlıq, əyyaşlıq, bəzi müğənnilərə siğədarlıq ya da dələduzluq, din tacirliyi gəlir.Belə "hacılara" hacı yox "tacir filankəs" deyilməlidir. Çünki Məkkəyə ticarət üçün gedib, ibadət üçün deyil. Öz aləmində gedib ki, Allahla alver etsin. Yəni, ona pul xərcləyib ibadət, qurban, təvaf, dua verib əvəzində Cənnət, hurilər alsın. Bu, biznesdir. Belə adamlara tacir deyilir. Allah üçün xeyir iş nəzərdə tutsaydı, burada kiməsə əl tutardı. Demək öz nəfsi, şəxşi mənafeyi üçün gedib. Əsl Hacı isə başqa şeydir. Yalnız Həcc zamanı istifadə olunur xitab olaraq. Çünki hərə bir diyardan gəldiyi üçün çox adam bir-birinin adını, künyəsini bilmir”. 

İlahiyyatçı deyib ki, İslamda, Peyğəmbər ənənəsində hacı titulu, mərtəbəsi yoxdur:

“Olsa idi İmamlar, onların əshabı istifadə edərdi. Məsələn, Hacı Əbu Zər, Hacı İmam Əli, Hacı Ömər, Hacı Abdullah bin Ömər deyilər, yazılardı. Onlara deyilmədi ona görə ki, onlar onu ticarət yox, ibadət kimi qəbul edirdilər. İbadət də reklam olunmaz, ibadətlə titul əldə edilməz. Lakin sonradan bəzən nadir adamlara bu adla xitab olunub. Bunlardan biri də Hacı Zeynəlabidin Tağıyevdir. Dində belə titul olmasa da o kişiyə halal və layiqdir. Çünki o adı din tacirliyinə görə yox, xeyriyyə işlərinə görə alıb, ziyarətdə olmasa belə. Amma indi hacılığı da Həcci də rüsvay etdilər. Qoymadılar and içməyə müqəddəs nəsə qalsın. Bir də görürsən hansısa diskotekadan - bardan söhbət gedir. Dərhal deyirlər ora hacı filankəsindir. Taksidə radioda müğənni oxuyur, sərnişinlər aralarında söhbət edirlər ki, bunu da Hacı filankəs saxlayır. Rüşvətxor məmurun kabinetinə girirsən, zərli sandıqçaya əlini basır ki, bax bu Həcdən gətirdiyim Qurana and olsun ki, mən təmiz işləyirəm”.

Vasif ƏLİHÜSEYN

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:73
embedMənbə:https://adalet.az
archiveBu xəbər 26 Dekabr 2025 11:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hökumət kənd təsərrüfatı, qida və sənaye sektoruna daha çox diqqət ayırmalıdır

24 Dekabr 2025 15:21see335

Aviasiya sektorunda baqaj sistemləri ilə bağlı problemlər həll olunur

25 Dekabr 2025 16:01see203

Yağışlı Bakı yollarında son vəziyyət SİYAHI

25 Dekabr 2025 08:36see199

Bakı aeroportundan 70 dən çox istiqamətə uçuşlar həyata keçirilir

26 Dekabr 2025 10:31see183

Nazir: Azərbaycandan Ermənistana yüklərin Gürcüstan dəmir yolları ilə tranzit qiyməti nisbətən yüksəkdir

25 Dekabr 2025 17:55see174

İsrail Trampın sülh planının ikinci mərhələsinə bu şərtlə razıdır

25 Dekabr 2025 05:45see169

Xarici ticarət: ixrac və idxal azalır

24 Dekabr 2025 23:42see165

“Avromed Company” MMC nin baş ofisində media nümayəndələri üçün Bakı şəhərinin tibbi tarixinin formalaşma mərhələlərinə həsr olunmuş təqdimat keçirilib

24 Dekabr 2025 20:16see158

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see156

Xəbərdarlıq edildi: 55 dərəcə şaxtaya hazırlaşın

25 Dekabr 2025 01:15see155

Avtomobil almaq istəyənlər üçün VACİB XƏBƏR Gələn ildən bu qədər bahalaşacaq

24 Dekabr 2025 19:20see150

İmkanı olmayanlara pulsuz mal qara verilməsi ilə bağlı AÇIQLAMA

25 Dekabr 2025 04:48see150

Türkiyə MN: Ukrayna Rusiya arasında davam edən münaqişə PUA istifadəsinin artmasına səbəb olub

25 Dekabr 2025 13:26see148

Türkiyədə tanınmış şəxslər saxlanıldı Terror təşkilatına kömək edirmişlər... FOTO

25 Dekabr 2025 13:26see141

Səhifələrin sayı deyil, alınan həzz önəmlidir: Mütaliənin gizli sirri

25 Dekabr 2025 06:29see141

AZIR indeksinin kəskin dəyişkənliyinə yol verilməyəcək, uçot dərəcəsinə yaxın hərəkətinə xüsusi diqqət yetiriləcəkdir

25 Dekabr 2025 07:09see140

İran ayətullahı “anti Azərbaycan xoru”nda

24 Dekabr 2025 16:35see140

Ukrayna üçün səylərimizi davam etdirəcəyik Makron

25 Dekabr 2025 01:15see138

Mərkəzi Bank 2026 cı il pul siyasətini bu tarixlərdə nəzərdən keçirəcək

25 Dekabr 2025 09:35see137

Qarderobunuzu necə təşkil etmək olar: Atılacaq əşyalar...

25 Dekabr 2025 01:01see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri