Icma.az
close
up
RU
Menu

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

Hindistan Putin səfəri zamanı Rusiya ilə böyük silah müqaviləsi bağlamağa hazırlaşır

Naxçıvanda yeni təyin olunmuş səhiyyə nazirinin müavini kollektivə təqdim edildi (FOTO)

Avro və rubl bahalaşdı, dollar isə... YENİ MƏZƏNNƏ

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

Uşaqlarla bağlı statistika açıqlandı: 138 azyaşlı…

Qazancımızın neçə faizi ərzağa gedir?

“Netanyahu üçün “siyasi əfv“ oyunu: İsraili sarsıdan qərar yaxınlaşır“ “Walla“ nəşri

İİV in qarşısının alınması, müalicəsi barədə həkimlə maraqlı MÜSAHİBƏ

Aida Balayeva baş nazirin müavini təyin edildi Qazaxıstanda

Azərbaycandakı QİÇS li xəstələrin sayı: 30% i isə qadınlardır

2025 ci il kifayət qədər uğurlu oldu

“Bələdiyyə seçkisi zamanı dedilər ki, bizi seçsəniz, yolu düzəldəcəyik, lakin o vaxtdan gediblər“ Elçin Əzizov ünvanında yaşayan sakinlər

Səlahiyyətli şəxs sakinlərdən yığılan pulları mənimsədi İsmayıllıda qalmaqal VİDEO

Tramp İsraillə Suriya arasında dialoqun vacibliyini bəyan edib

ChatGPT də problem yarandı

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

Hikmət Hacıyevin Brüsseldən verdiyi ƏSAS MESAJLAR

Bu gün Türkiyə Superliqasında İstanbul derbisi keçiriləcək

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

Həftənin bazar ertəsi günü miokard infarktı ola bilərsiniz: Səhər saatları niyə TƏHLÜKƏLİDİR?

Həftənin bazar ertəsi günü miokard infarktı ola bilərsiniz: Səhər saatları niyə TƏHLÜKƏLİDİR?

Sonxeber.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Həftənin bazar ertəsi günü miokard infarktı ola bilərsiniz: Səhər saatları niyə TƏHLÜKƏLİDİR?

"Qış aylarında xəstə sayımız daha çox olur. Yayda qan təzyiqi normaya düşməyə başlayır. Bunun bir çox səbəbi var: biz tərlə maye itiririk, çox miqdarda su içirik".

İnfarktların həftənin hansı günündə, saatında, ilin hansı fəslində və hansı şəraitdə daha çox baş verdiyi məlum olub. Alimlərin tədqiqatları ürək-damar xəstəlikləri ilə bağlı bir çox məqamlara aydınlıq gətirib.

Ürək çatışmazlığı mütəxəssisi, invaziv kardioloq Şahanə Ələsgərli mövzu ilə bağlı "Kaspi" qəzetinə müsahibəsində ürəyimizlə ehtiyatlı olmağa çağırıb.

"Mavi bazar ertəsi"

- Drezden Ürək Mərkəzinin tədqiqatçılarının araşdırmasına görə, bazar ertəsi infarkt riski həftənin digər günlərinə nisbətən daha yüksəkdir (17 faiz). Əgər həqiqətdirsə, burada iş həftəsinin başlanğıcını müşayiət edən stres rol oynaya bilərmi?

-Tək Drezden alimlərinin apardığı tədqiqatlar deyil, Britaniyanın Royal Kollecinin də oxşar araşdırmaları var. Miokard infarktının bazar ertəsi baş verdiyini 13, 15 və ya 17 faiz göstərən tədqiqatlar mövcuddur. Orqanizmdəki hormonların, qanın, təzyiqin səviyyəsindən, stresdən asılı olaraq miokard infarktının yaranma ehtimalı günün, ayın, həftənin müxtəlif günlərində dəyişkən olur. Məsələn, həftənin ilk günü - iş həftəsinin başlanğıcı hər kəs üçün stresli vəziyyətdir. Hər kəs bazar günü istirahət edəndən sonra birdən işə başlayır. Yəni tam olaraq bunun səbəbi bilinməsə də düşünürük ki, bu, sirkad ritmlərlə bağlıdır. Stres hormonların, adrenalinlə kortizolun qanda daha yüksək rəqəmlərə qalxması təbii ki, həftənin əvvəlinə doğru miokard infarktı ilə müraciət edən xəstələrin sayının da çox olmasına səbəb olur. Həftənin əvvəlinə bizim xəstə sayımız da çox olur. Həftə sonuna doğru getdikcə xəstə sayı azalır. Buna "mavi bazar ertəsi", yəni ölümlərin çox olduğu bazar ertəsi deyirlər.

Məzuniyyət "təhlükəsi"

- Araşdırmalar məzuniyyətin ilk və son günlərində infarkt riskinin yüksək olduğunu da üzə çıxarıb. Həmin ərəfədə dəyişən həyat tərzi orqanizm üçün təhlükəli ola bilərmi?

- Həmin ərəfədə əsasən miokard infarkt riski digər günlərə nisbətən daha çox olur. Bunun da izahı odur ki, insanlar daha həyəcanlı olurlar, məzuniyyətə çıxmamışdan artıq məzuniyyət planları qururlar. Onlar həmin dövrdə daha aktivdirlər. Bu, onlarda hormonal səviyyənin yerindən oynamasına, qan təzyiqinin yüksəlməsinə gətirib çıxarır. Bu simptomlar orqanizm üçün stresdir. Yenə də orqanizmdə sirkad ritmlərin yeri dəyişir, damarların spazmı, qanın laxtalanmasının artması kimi faktorlar miokard infarkt riskini artırır. Tədqiqatların nəticələri də göstərir ki, bu, məzuniyyətin ilk günü daha çox baş verir və məzuniyyətin sonuna doğru da nisbətən artır. Bu da çox ehtimal, "işə qayıdacam" stresi ilə bağlıdır.

Səhər saatlarının riski

- Adətən infarktın daha çox səhər saatlarında baş verdiyi deyilir. Amma alimlərin tədqiqatları səhərlər infarkt riskinin daha az olduğunu ortaya çıxarıb...

- O tendensiya doğru deyil. Gecə 04:00 ilə səhər 10:00 arasında ən çox rast gəlinir. Sadəcə, xəstələrin xəstəxanaya çatma müddəti uzanır. Xüsusən bizim kimi toplumlarda insanlar "bir şey olmaz", "o ağrı bundan deyil" kimi fikirlərlə ağrılarına fikir vermirlər. Yaxud, ambulans gecikir. Düzdür, son illərdə bu sistem bizdə yaxşılaşıb, amma hələ də görüləcək işlər var. Təcili yardımlar birbaşa xəstəxanalarla əlaqələr qurmalı, xəstəni birbaşa invaziv mərkəzə çatdırmalıdırlar. Xüsusən kənd yerlərində xəstə göndərilməsi nəqliyyatla bağlıdır. Axşam saatlarında gəlib çatmış xəstələrə "ən güclü ağrınız saat neçədə olub?"- deyə sual verəndə "səhər 6-8" cavabını verirlər. Birbaşa xəstəxanaya tez çatdırılan xəstələrin əksəriyyətində günün istənilən saatında miokard infarktı baş verir. Səbəbi də bəllidir: sirkad ritmlər, hormonal aktivlik, səhər saatlarında adrenalinin səviyyəsinin yüksəlməsi...

Yuxunun ləng və gecikmiş fazalarının bir-birini ardıcıl əvəzləməsi ən çox yuxunun sürətli fazasında müşahidə olunur. Həmin müddətdə orqanizm səhər saatlarında oyanmağa başlayır, hormonal sistem aktivləşir, qana çoxlu miqdarda hormonlar atılır. Əksər insanlar yuxudan və ya çox erkən yuxudan ayılandan sonra bu, baş verir. Sadəcə, axşama doğru xəstəxanaya gəlib çıxa bilirlər. Bu baxımdan, orqanizmdə hormonal dəyişikliklər səhər saatlarında daha çox müşahidə olunur. Təbii ki, istisnalar da var. Bütün xəstələr günün istənilən saatında infarkt keçirə bilirlər. Amma məhz o saatlar infarkt saatlarıdır. Biz o saatı sevmirik. Çünki 24 saat ərzində müraciət edən xəstələrin damarı açılmalıdır. Bəzi istisna xəstələr var ki, 48 saata qədər müdaxilə olunur.

"İstirahət edəcəyəm, işləməyəcəm..."

- "İnfarktlar həftə sonları daha az baş verir", tədqiqatın bu nəticəsinə necə, təcrübədə rast gəlinirmi?

-Bu da hər halda stres faktoru ilə əlaqəlidir. Çünki yeni həftə başlayanda stres, gərginlik olur. Həftə sonları insanlar daha relaks olmağa başlayırlar. Bu amillər təbii ki, rol oynayır. Çünki kəskin infarktın baş verməsində birbaşa stresin böyük rolu var. Tək emosional stres deyil, fiziki stres də rol oynayır. Yəni orqanizm üçün hər hansı bir stres faktoru səbəbdir. Ona görə də "istirahət edəcəyəm, işləməyəcəm", - deyə həftə sonunu hamı sevir.

İnsan orqanizmini çox yorması - stres hormonlarını artıraraq miokard infarktının yaranma ehtimalını artırır. Biz fikirləşmədən, dayanmadan işləyirik. Bu, orqanizm üçün çox zərərlidir. Hər dəfə bu stresi keçirəndə, stres hormonları qanda aktivləşir və aylarla, illərlə orqanizm üçün çox ciddi zərərlər yaradır. Düzdür, indiki dövrdə stresdən bir az uzaq durmaq çətindir, amma maksimum buna çalışmalıyıq.

Qış, yoxsa yay?

-"İnfarktlar daha çox qış aylarında olur", - belə bir açıqlama da var.

-Bəli, qış aylarında miokard infarktına daha çox rast gəlinir. Bizim də xəstə sayımız yaz aylarında azalır. Bu, planlı xəstələr üçün anlaşılandır. Çünki insanlar istirahətə gedirlər, xəstəxanaya daha az müraciət edirlər. Yay aylarında kəskin xəstələrin də sayı azalır. Qışın soyuğunda bədənimizdə olan damarlar spazma uğrayır. Onda damarın daxili qatı yırtıla bilir. Bu, tromb yaradır və infarkta səbəb olur. Qış gələndə qan təzyiqi yüksəlir. Qışda iki həb istifadə edən təzyiq xəstələri yayda bir həb istifadə edirlər. Təzyiq infarkt üçün bir risk faktorudur. Tədqiqatlar da, bizim müşahidələrimiz də bunu göstərir: qış aylarında xəstə sayımız daha çox olur. Yayda qan təzyiqi normaya düşməyə başlayır. Bunun bir çox səbəbi var: biz tərlə maye itiririk, çox miqdarda su içirik. Qışda turşu-şorabalardan daha çox istifadə olunur, qidalanmanın da rolu böyükdür.

Valideyni infarkt olan övladlar

- "Valideynlərini, yaxınlarını erkən yaşda itirən uşaqların gələcəkdə infarkt keçirmək riski yüksəkdir", - bu fikir nə qədər təsdiqini tapıb?

- Ən çox həyət yoldaşını itirənlər, ayrılanlar, tənha yaşayan insanlarla bağlı belə tədqiqatlar var. Belə ürək damar xəstələrinə ən çox da kişilərdə rast gəlinir. Valideynlərində 60-dan daha erkən yaşda ürək-damar xəstəlikləri yaranıbsa, övladlarında da bu xəstəliyin yaranma ehtimalı çox yüksəkdir. Bu, əksər hallarda genetik keçir. Valideyni infarkt olan övladlar müayinədən keçəndə xolesterinin və qandakı başqa maddələrin miqdarı normadan qat-qat çox olur, bu da miokard infarktına meyllilik yaradır. Bu insanlar təxmini valideyni yaşına çatanda, indiki dövrdə hətta daha erkən ürək-damar xəstəliyinə tutulur. Yəni, bu xəstəlik təxminən valideyni ilə eyni vaxtda yaşanmalı idi, amma indi daha erkən yaşanır. İndiki dövrdə stres faktorunun artması, səs-küyün çoxluğu, hava kirlənməsi, qidalanma, avtomobillərin hərəkəti, yuxu rejiminin pozulması, aktivliyin az olması miokard riskini artırır. Böyük şəhərlərdə ürək-damar xəstəliyi sıxlığı kənd və rayonlara nisbətən daha çoxdur.

Bu, elə bir xəstəlikdir ki...

- Erkən müayinə ürəyi infarktdan xilas edirmi? Pasiyentlərə hansı məsləhətləri verərdiniz?

-Bəli, erkən müayinə xilas edir... Erkən müayinəyə, xüsusən valideynlərində erkən yaşda ürək-damar xəstəliyi olanlar gəlməlidir. 55-60 yaşından daha tez ürək-damar xəstəliyi yarananlar ən azı 30 yaşlarda müayinə olmalıdırlar. Əksər hallarda ilkin müayinədə insanlarda heç bir patologiya aşkarlanmır, sadəcə, xolesterinin səviyyəsi yüksək olur. Onda dərmanla müalicəyə başlayırıq. Artıq çəki varsa azaltması lazımdır. Xüsusən, kişilərdə piylənmə birbaşa ürək-damar xəstəliyi üçün risk faktorudur.

Artıq çəki ikinci tip şəkərli diabetin yaranma səbəblərindən biridir. Əgər 2-ci tip şəkərli diabet yaranırsa, insulin səviyyəsi artır. Bu, bütün damarlara toksik təsir göstərir və ürək-damar xəstəliyi yaradır. Təzyiq varsa, normal səviyyədə saxlamaq, dərmanları qəbul etmək lazımdır. Təzyiq xəstələrində ürək-damar xəstəliyi daha tez yaranır. Siqaret birbaşa damarları zədələyir, ora xolesterinin toplanmasına səbəb olur. Aktiv həyat tərzi çox önəmlidir. Bunlara riayət edəndə ən azı xəstəliyin yaranma yaşını daha gec yaşa çəkmək olur. Onsuz da dünyanın böyük hissəsi bu xəstəliklə xəstələnir.

Bizə lazımdır ki, yaranacaqsa, heç olmasa daha gec yaşda yaransın. Çünki bir dəfə başladısa, bunun ağırlaşmaları meydana çıxır. Bu əməliyyatların da hamısının öz həyati riskləri var. Tutaq ki, bir dəfə damara stent qoyuldu, ikinci dəfə yenə lazım olur. Üçüncü dəfə bəzən mümkün olmur. Gənc yaşda ürək-damar xəstəliyi olanlarda bu proses daha sürətlə gedir. Məsələn, 70 yaşında açıq ürək əməliyyatı olmuş bir adamın böyük ehtimalla ömrünün sonuna qədər təkrar müdaxiləyə ehtiyacı olmayacaq. Amma 40-50 yaşda olmuşlarda təkrar müdaxilələrə ehtiyac olur. Bu, elə bir xəstəlikdir ki, çox adamı yaxalayacaq. Şəkərli diabet xəstələri daha diqqətli olmalıdırlar. Onlar heç bir simptom olmadan infarkt keçirə bilirlər. Yanaşı faktorları kənara qoymaq və aktiv həyat tərzinə üstünlük verilməlidir.


Sonxeber.az
Şikayətiniz varsa Whatsapp: 051 7028255
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:117
embedMənbə:https://sonxeber.az
archiveBu xəbər 07 Dekabr 2024 21:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

02 Dekabr 2025 16:57see207

Hindistan Putin səfəri zamanı Rusiya ilə böyük silah müqaviləsi bağlamağa hazırlaşır

01 Dekabr 2025 14:03see187

Naxçıvanda yeni təyin olunmuş səhiyyə nazirinin müavini kollektivə təqdim edildi (FOTO)

01 Dekabr 2025 21:20see184

Avro və rubl bahalaşdı, dollar isə... YENİ MƏZƏNNƏ

01 Dekabr 2025 09:31see180

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

02 Dekabr 2025 23:53see168

Uşaqlarla bağlı statistika açıqlandı: 138 azyaşlı…

01 Dekabr 2025 19:31see166

Qazancımızın neçə faizi ərzağa gedir?

01 Dekabr 2025 08:31see164

“Netanyahu üçün “siyasi əfv“ oyunu: İsraili sarsıdan qərar yaxınlaşır“ “Walla“ nəşri

01 Dekabr 2025 21:53see162

İİV in qarşısının alınması, müalicəsi barədə həkimlə maraqlı MÜSAHİBƏ

01 Dekabr 2025 09:59see150

Aida Balayeva baş nazirin müavini təyin edildi Qazaxıstanda

01 Dekabr 2025 09:49see146

Azərbaycandakı QİÇS li xəstələrin sayı: 30% i isə qadınlardır

01 Dekabr 2025 09:54see143

2025 ci il kifayət qədər uğurlu oldu

01 Dekabr 2025 08:36see142

“Bələdiyyə seçkisi zamanı dedilər ki, bizi seçsəniz, yolu düzəldəcəyik, lakin o vaxtdan gediblər“ Elçin Əzizov ünvanında yaşayan sakinlər

02 Dekabr 2025 08:15see137

Səlahiyyətli şəxs sakinlərdən yığılan pulları mənimsədi İsmayıllıda qalmaqal VİDEO

01 Dekabr 2025 09:09see137

Tramp İsraillə Suriya arasında dialoqun vacibliyini bəyan edib

01 Dekabr 2025 21:40see132

ChatGPT də problem yarandı

03 Dekabr 2025 00:36see131

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

03 Dekabr 2025 00:53see130

Hikmət Hacıyevin Brüsseldən verdiyi ƏSAS MESAJLAR

01 Dekabr 2025 23:50see128

Bu gün Türkiyə Superliqasında İstanbul derbisi keçiriləcək

01 Dekabr 2025 09:52see128

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

02 Dekabr 2025 21:45see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri