Icma.az
close
up
RU
Həkim olmayan şəxslərin botoksu fəlakət gətirir ölüm riski...

Həkim olmayan şəxslərin botoksu fəlakət gətirir ölüm riski...

Milli.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

"Gözəlləşmə" adı ilə edilən qeyri-peşəkar botoks prosedurları son dövrlərdə ciddi təhlükə mənbəyinə çevrilib. Dermatoloqlar xəbərdarlıq edirlər ki, həkim olmayan şəxslərin tətbiq etdiyi botoksda istifadə olunan saxta toksinlər insan həyatını riskə atır və ağır fəsadlara səbəb ola bilər.

Milli.Az-ın məlumatına görə, dermatologiya üzrə mütəxəssis Məhəmməd Burak Yücel bildirib ki, son illərdə botoks və dolğu prosedurlarına tələbatın artması bu sahədə qeyri-qanuni fəaliyyətlərin çoxalmasına yol açıb. Onun sözlərinə görə, ən böyük təhlükə saxta toksinlərin tərkibinin naməlum olmasıdır:

"Toksin tətbiqləri mimik qırışların qarşısını almaq üçün müəyyən əzələ qruplarına injeksiya edilir. Türkiyədə rəsmi olaraq dörd təsdiqlənmiş toksin mövcuddur. Lakin qeyri-rəsmi yerlərdə istifadə olunan saxta məhsulların nə tərkibi, nə də steril şəraiti məlumdur. Bu səbəbdən nəticələr çox vaxt gözlənilməz olur," - deyə Yücel vurğulayıb.

Mütəxəssis qeyd edir ki, saxta məhsullarla edilən protzedurlar müxtəlif risklər doğurur:

"Ən yüngül nəticə odur ki, toksin heç bir təsir göstərmir. Amma steril şəraitin pozulması vəziyyəti ağırlaşdırır: tətbiq yerində infeksiyalar, hətta toxuma itkisinə qədər gedən ağırlaşmalar müşahidə oluna bilər."

Yücelin sözlərinə görə, ən qorxulu risk botulizmdir, orqanizmdə sinir sistemini iflic edən və nəfəs çatışmazlığına qədər aparan olduqca təhlükəli vəziyyət:

"Botulizm son dövrlərdə daha çox qeydə alınır. Həkim olmayan şəxslərin sayının artması və saxta toksinlərin yayılması bunun əsas səbəbidir. Bu vəziyyət insanı reanimasiyaya qədər aparır".

O əlavə edib ki, saxta toksinlə edilən botoks bəzən ölümcül nəticə doğura bilər:

"Ən kritik əlamətlər tətbiqdən 2-3 həftə sonra meydana çıxır. Əvvəlcə bulanıq və ikili görmə başlaya bilər, sonra nitqin pozulması, udqunma çətinliyi yaranır. Son mərhələdə isə nəfəs darlığı inkişaf edir və xəstə süni tənəffüsə qoşula bilər. Belə hallarda müalicə uzun sürür və toksinin bədəndən təmizlənməsi ayrıca proses tələb edir," - deyə həkim bildirib.

Yücel sonda vətəndaşlara çağırış edib:

"Saxta botoks, sözün əsl mənasında, ölüm saçır. Ona görə də yalnız etibarlı klinikalara müraciət etmək və proseduru mütəxəssis həkimə etdirmək həyati əhəmiyyət daşıyır".

Kənan
Milli.Az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:120
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 29 Noyabr 2025 07:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABŞ Venesueladan icazəsiz çıxan bütün tankerləri ələ keçirəcək

13 Yanvar 2026 00:04see216

Sınmış ventilyatora görə milyonlar qazandı

11 Yanvar 2026 23:17see199

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see198

İcra başçısının nümayəndəliyi möhürü itirdi

13 Yanvar 2026 02:27see182

Qadın dünyaya sərxoş körpə gətirdi

12 Yanvar 2026 02:53see172

Nadir şahdan bu günə: İran Türkiyə Səudiyyə Ərəbistanı üçbucağı

12 Yanvar 2026 08:57see169

Həmin açıqlamadan sonra Afaqla Röya bir toyda Video

12 Yanvar 2026 10:11see168

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see162

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see154

İran çıxılmaz vəziyyətə düşüb? KONKRET

11 Yanvar 2026 20:10see149

İsraillə Almaniya arasında təhlükəsizlik sahəsində strateji əməkdaşlıq bəyannaməsi imzalandı

12 Yanvar 2026 03:43see145

Qızılın qiyməti BAHALAŞDI

12 Yanvar 2026 09:52see144

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see142

ABŞ lı analitikdən diqqətçəkən paylaşım FOTO

11 Yanvar 2026 22:26see137

31 manat ödəyib, xidmət almırlar: Xətai rayonunda üç gündür sakinlər KATV dən internet ala bilmirlər

13 Yanvar 2026 11:16see136

PUA ların dövriyyəsinə xüsusi icazə və dövlət qeydiyyatı artıq “mygov”da

12 Yanvar 2026 10:10see134

Tramp İran nümayəndələri ilə görüşə bilər

12 Yanvar 2026 07:39see133

“Azərbaycan sülhdə möhkəmdir”

12 Yanvar 2026 21:45see132

“Araz Naxçıvan”ın rəsmisi: “Hazırda transfer planlarımız yoxdur”

13 Yanvar 2026 14:11see130

Səhranın qumlu səthi üzərində gələcəyin enerjisi: Zafranın hekayəsi...

12 Yanvar 2026 20:53see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri