Hələ prezident deyil, ona görə də... Zaxarovadan Trampın fikirlərinə REAKSİYA
Sfera.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova ABŞ-nin yeni seçilən prezidenti Donald Trampın Qrenlandiya və Kanada ilə bağlı açıqlamalarını şərh edib.
Sfera.az Rusiya mediasına istinadən xəbər verir ki, Zaxarova şərhində Trampın hələ vəzifəsinin icrasına başlamadığını xatırladaraq bu cür açıqlamalara əhəmiyyət verilməməsini tövsiyə edib.
O qeyd edib ki, Rusiya Trampın prezident səlahiyyətlərini icra etməyə başladıqdan sonra səsləndirəcəyi fikirlərə önəm verəcək:
“Donald Tramp hələ vəzifəsinin icrasına başlamayıb. Tramp prezident olanda, səlahiyyətlərini icra edəndə, ABŞ dövləti və xalqı adından rəsmi olaraq çıxış edəndə onun fikirləri hansısa formada qiymətləndiriləcək, münasibət bildiriləcək”.
Xatırladaq ki, yanvarın 7-də Tramp açıqlamasında Danimarkanın torpağı olan Qrenlandiya adasının ABŞ-nin bir hissəsinə çevrilməli olduğunu söyləyib. Bundan əvvəl isə o, Kanadanın da ABŞ-yə birləşdirilməsinin vacib olduğunu vurğulayıb. Yeni prezident hesab edir ki, hər iki ərazi ABŞ-nin təhlükəsizliyi və azad dünyanın müdafiəsi üçün strateji əhəmiyyət daşıyır.
Vasif
Sfera.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:98
Bu xəbər 08 Yanvar 2025 13:44 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















