Icma.az
close
up
RU
Həlledici mövqe Vaşinqtonun əlindədir: Ukrayna məsələsi daha mürəkkəb və çoxistiqamətli xarakter alıb

Həlledici mövqe Vaşinqtonun əlindədir: Ukrayna məsələsi daha mürəkkəb və çoxistiqamətli xarakter alıb

Icma.az, Sherg.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Əli Zülfüqaroğlu: ABŞ və Rusiya arasında pərdəarxası razılaşma ehtimalı kifayət qədər yüksəkdir


Amerika müharibənin gedişindən Avropa İttifaqına qarşı təzyiq vasitəsi kimi istifadə edir 


Ukrayna müharibəsi artıq yalnız Rusiya ilə Ukrayna arasında hərbi qarşıdurma olmaqdan çıxaraq, böyük güclərin maraqlar toqquşması müstəvisinə keçib. Müharibənin ilk dövrlərində Ukraynanın ərazi bütövlüyü əsas məsələ kimi önə çıxsa da, bu gün Qərb dövlətlərinin prioritetləri dəyişməkdədir. Xüsusilə ABŞ, Fransa və Böyük Britaniya öz geosiyasi maraqlarını təmin etmək üçün münaqişədən alət kimi istifadə edirlər. Bu kontekstdə ABŞ və Avropa İttifaqı arasında mövcud olan ziddiyyətlər, Vaşinqtonun Rusiyaya qarşı siyasətində dəyişiklik ehtimalları və Qərb daxilindəki strateji parçalanma, müharibənin gedişatına və nəticələrinə birbaşa təsir göstərir.

Bütün bunların fonunda ABŞ prezidenti Donald Trampın son açıqlamaları diqqət çəkir. O, həm Rusiya prezidenti Vladimir Putinin, həm də Ukrayna prezidenti Volodimir Zelenskinin münaqişənin bitməsini istədiyinə inandığını bildirib. Tramp, həmçinin bu savaşın bir vaxtlar III Dünya Müharibəsinə yol aça biləcəyini düşünsə də, hazırda belə bir təhlükənin olmadığını qeyd edib. Bu mövqelər, Vaşinqtonun gələcəkdə tutacağı siyasətin daha praqmatik və razılaşma əsaslı olacağına dair ehtimalları gücləndirir.


Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyası İdarə Heyətinin üzvü, siyasi şərhçi Əli Zülfüqaroğlu Sherg.az-a açıqlamasında Ukrayna müharibəsinin başlandığı dövrlə müqayisədə bu gün prioritetlərin tamamilə dəyişdiyini söyləyib: 


"Müharibənin davam etməsini istəyən ölkələr-xüsusilə Fransa və Böyük Britaniya artıq Ukraynanın ərazi bütövlüyünün qorunmasını əsas prioritet kimi görmürlər. Əslində, bu ölkələr daha çox öz maraqlarını təmin etməyə çalışırlar. ABŞ da bu məsələyə öz maraqları kontekstindən yanaşır və müharibənin gedişindən Avropa İttifaqına qarşı təzyiq vasitəsi kimi istifadə etməyə cəhd edir. Avropa İttifaqı son illərdə daha müstəqil siyasət yürütmək, eyni zamanda hərbi sənayesini gücləndirmək istiqamətində addımlar atır. Bu isə ABŞ-ni narahat edir. Vaşinqton hesab edir ki, Ukrayna müharibəsi Rusiya faktorunu qabardaraq Avropa İttifaqına təhdid formalaşdırır və bu, onun maraqlarına uyğundur. Hazırkı proseslər onu deməyə əsas verir ki, ABŞ və Rusiya arasında pərdəarxası razılaşma ehtimalı kifayət qədər yüksəkdir. Hər iki tərəf bir-birinin maraqlarını nəzərə almağa çalışır. Eyni zamanda, keçmiş prezident Donald Trampın dövründən bəri Vaşinqtonun Avropa İttifaqına qarşı təzyiqləri artmaqdadır. Avropa ilə Çin arasında artan ticarət dövriyyəsi də ABŞ üçün əlavə təzyiq imkanları yaradır".


Ekspert ABŞ rəhbərliyinin Avropa İttifaqını həm Rusiyaya qarşı sanksiyalar məsələsində, həm də Ukraynaya yardımla bağlı qeyri-səmimilikdə ittiham etdiyinin təsadüfi olmadığını vurğulayıb: 

"Vaşinqtonun bu arqumentləri zəif deyil və prosesin geosiyasi çəkisini artırır. Bütün bu kontekstdə Ukrayna məsələsinin daha mürəkkəb və çoxistiqamətli xarakter aldığını söyləmək mümkündür.

Ən əsası isə, bu savaşda həlledici mövqe məhz Vaşinqtonun əlindədir. ABŞ-nin Rusiya ilə münasibətləri normallaşdırmaq istiqamətində addımlar atması isə, Ukrayna məsələsində Avropa İttifaqı və Böyük Britaniya ilə fikir ayrılıqlarının dərinləşəcəyini göstərir. Bu da bölgədəki proseslərin daha mürəkkəb və çətin idarəolunan mərhələyə daxil olduğunu deməyə əsas verir".

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:72
embedMənbə:https://sherg.az
archiveBu xəbər 22 Oktyabr 2025 17:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see278

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see274

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see256

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see228

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see201

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see196

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see172

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see169

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see161

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see160

Qala Pirallahı yolunda PƏRAKƏNDƏ NİŞAN TƏLƏBİ: Sürəti hansına uyğun seçək?

22 Yanvar 2026 19:06see160

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see155

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see154

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see147

“iPhone”larda geri düyməsinin olmamasının səbəbi bu imiş

22 Yanvar 2026 06:18see145

2025 ci il Bank Respublika üçün necə keçib? MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ

23 Yanvar 2026 01:22see141

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see140

Merz: “Yalnız gücün hökm sürdüyü dünya hamı üçün təhlükəli reallıqdır”

22 Yanvar 2026 16:08see140

Prezident Ümumdünya İqtisadi Forumunun İllik toplantısında keçirdiyi görüşlərlə bağlı paylaşım ETDİ

22 Yanvar 2026 21:20see139

Milli Məclisin təbii ehtiyatlar, energetika və ekologiya komitəsi hesabat verib

22 Yanvar 2026 19:05see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri