Hər divarın, hər küçənin qədrini bilək Xatirə Vəliyeva
Demokrat.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
"Bakı – təkcə paytaxtımız deyil, həm də mədəniyyətimizin, zövqümüzün və kimliyimizin aynasıdır.Təəssüf hissi ilə qeyd edirəm ki, şəhərin mərkəzində yerləşən Nizami Kinomərkəzinin divarına çəkilən qrafitilər şəhərimizin estetik görünüşünə qarşı edilən vandalizmdir"
Demokrat.az xəbər verir ki, bu fikirləri Milli QHT Forumunun İdarə Heyətinin üzvü, Xankəndi Məcburi Köçkünlərə Dəstək İctimai Birliyinin sədri Xatirə Vəliyeva bildirib:
"Üstəlik, söhbət adi bir divardan getmir – bu, tarixi memarlıq abidəsidir! Belə bir məkana qrafiti çəkmək, üstəlik xarici dillərdə nalayiq sözlər yazmaq açıq şəkildə həm tariximizə, həm də milli dəyərlərimizə qarşı hörmətsizlikdir. Bu cür davranışlar nə azadlıqdır, nə də özünüifadə – bu, sadəcə məsuliyyətsizlik və mədəniyyətsizlikdir.
Daha düşündürücü olan isə odur ki, bu işdə məktəbli uşaqların da adı hallanır. Bu isə bir daha göstərir ki, ailə tərbiyəsi və valideyn məsuliyyəti cəmiyyətin gələcəyi üçün nə qədər vacibdir.
Unutmamalıyıq: şəhər bizim ortaq evimizdir. Onu qorumaq, təmiz və səliqəli saxlamaq hər birimizin borcudur. Səssiz qalmaq bu cür halların artmasına səbəb olur.
Gəlin, Bakımızın gözəlliyini birlikdə qoruyaq. Hər divarın, hər küçənin qədrini bilək. Çünki bu şəhər bizim kimliyimizdir.
Bu şəhər bizimdir! Onu çirkləndirməyə, eybəcərləşdirməyə heç kimin haqqı yoxdur!
Bu cür hərəkətlərə qarşı susmaq yox, açıq mövqe göstərmək lazımdır!
Gəlin, Bakımızı qorumağı öyrənək və öyrədək"
Demokrat.az
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Demokrat.az xəbər verir ki, bu fikirləri Milli QHT Forumunun İdarə Heyətinin üzvü, Xankəndi Məcburi Köçkünlərə Dəstək İctimai Birliyinin sədri Xatirə Vəliyeva bildirib:
"Üstəlik, söhbət adi bir divardan getmir – bu, tarixi memarlıq abidəsidir! Belə bir məkana qrafiti çəkmək, üstəlik xarici dillərdə nalayiq sözlər yazmaq açıq şəkildə həm tariximizə, həm də milli dəyərlərimizə qarşı hörmətsizlikdir. Bu cür davranışlar nə azadlıqdır, nə də özünüifadə – bu, sadəcə məsuliyyətsizlik və mədəniyyətsizlikdir.
Daha düşündürücü olan isə odur ki, bu işdə məktəbli uşaqların da adı hallanır. Bu isə bir daha göstərir ki, ailə tərbiyəsi və valideyn məsuliyyəti cəmiyyətin gələcəyi üçün nə qədər vacibdir.
Unutmamalıyıq: şəhər bizim ortaq evimizdir. Onu qorumaq, təmiz və səliqəli saxlamaq hər birimizin borcudur. Səssiz qalmaq bu cür halların artmasına səbəb olur.
Gəlin, Bakımızın gözəlliyini birlikdə qoruyaq. Hər divarın, hər küçənin qədrini bilək. Çünki bu şəhər bizim kimliyimizdir.
Bu şəhər bizimdir! Onu çirkləndirməyə, eybəcərləşdirməyə heç kimin haqqı yoxdur!
Bu cür hərəkətlərə qarşı susmaq yox, açıq mövqe göstərmək lazımdır!
Gəlin, Bakımızı qorumağı öyrənək və öyrədək"
Demokrat.az
Bu mövzuda digər xəbərlər:“Sosial şəbəkələrdəki hər şey yalandır” Xatirə
07 Oktyabr 2025 14:23
Xatirə Vəliyeva: Uşaqlığımın keçdiyi stadion bu gün mənim üçün xüsusi qürur və sevinc mənbəyidir
07 Noyabr 2026 15:33
“Hər damlanın qədrini bilməliyik”
26 Avqust 2025 11:29
Hər bir xatirə onun əslinə zərər vurur... Kormak Makkarti
13 İyun 2026 13:31
Niyə hər gördüyümüzü çəkirik? Xatirə toplamaq, yoxsa anı qaçırmaq?
31 Avqust 2026 16:49
Baxış sayı:128
Bu xəbər 03 Aprel 2026 22:16 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















