Hər il dünyada 1 milyard uşaq zorakılığa məruz qalır
Icma.az, Newscenter.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Dünyada hər il təxminən 1 milyard uşaq zorakılıqla üzləşir. Hər beş dəqiqədə bir uşaq zorakılıqdan ölür.
Newscenter.az xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Şərqi Aralıq dənizi üzrə Regional Ofisi məlumat verib.
Regional ofis qeyd edib ki, ÜST-ün məlumatına görə, hər il dünyada 1 milyard uşaq fiziki, cinsi və ya emosional zorakılığa məruz qalır. Bu da onların fiziki və əqli sağlamlığı üçün uzunmüddətli nəticələrə səbəb ola bilər. ÜST vurğulayıb ki, bu ölümlər, uşaqlara qarşı zorakılığın bütün formalarının yaratdığı uzunmüddətli zərər kimi, qarşısı alına bilər.
ÜST-ün Regional Ofisi Pakistanın Uşaqlara Qarşı Zorakılığa Son Qoymaq üzrə Milli Strategiyasına (2026-2031) diqqət çəkib. Strategiyanın məqsədi "\ölkənin 120 milyon uşağı üçün profilaktika və müdafiə tədbirlərini gücləndirməkdir. ÜST və Pakistan İnsan Hüquqları Nazirliyi birgə olaraq strategiyanı 14 oktyabrda təqdim ediblər. Sənədə əsasən, ölkədə uşaqların təxminən 80%-i zorakı valideynlik tərbiyəsinə məruz qalır, internetdən istifadə edən 12-17 yaşlı hər 16 yeniyetmədən biri rəqəmsal texnologiyalardan istifadə edərək istismar və ya zorakılıqla üzləşir. 8,6 milyon uşaq uşaq əməyinə cəlb olunur və beş yaşdan kiçik uşaqların 57%-dən çoxu vətəndaşlıq qeydiyyatı orqanlarında qeydiyyata alınmayıb. Bu da onları zorakılığa qarşı həssas edir, müdafiə və əsas xidmətlərə çıxışlarını məhdudlaşdırır.
Anar
Bu mövzuda digər xəbərlər:Dünyada hər 5 nəfərdən 1 i təsirə məruz qalır
21 Mart 2025 16:20
Hər il dünyada təxminən 1 milyard insan qripə yoluxur
13 Oktyabr 2025 14:13
ÜST: Hər il 1,2 milyard uşaq fiziki şiddətə məruz qalır
20 Avqust 2025 17:55
Zorakılığa məruz qalan hər bir insanın səsi eşidilməlidir
21 Noyabr 2025 08:56
Almaniya biomüxtəlifliyi maliyyələşdirmək üçün hər il 1 milyard avro ayıracaq
21 Noyabr 2024 17:33
Baxış sayı:156
Bu xəbər 19 Oktyabr 2026 14:49 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















