Hər kəs ildə ən azı bir dəfə tibbi müayinədən keçməlidir Səhiyyə Nazirliyi
Icma.az bildirir, Redaktor.az portalına istinadən.
"Ailəsində ürək-damar xəstəlikləri, erkən yaşda ürək problemləri və damar hadisələri olan şəxslər tibbi müayinələrə daha erkən yaşlardan başlamalıdırlar".
Redaktor.az xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi instaqram hesabında canlı yayım zamanı Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutunun terapevti Vüsalə Məmmədova qeyd etdi.
Onun sözlərinə görə, heç bir sağlamlıq problemi olmayan insanlar belə, uşaqdan böyüyə, ildə ən azı bir dəfə profilaktik tibbi müayinədən keçməlidirlər:
"Çünki ağrı və ya narahatlıq olmaması insanın tam sağlam olduğu anlamına gəlmir. Bir çox xəstəliklər aylarla, hətta illərlə simptomsuz inkişaf edə bilər. İldə bir dəfə tövsiyə olunan əsas müayinələrə qanın ümumi analizi, sidiyin ümumi analizi, elektrokardioqramma, qaraciyər və böyrəklərin biokimyəvi analizləri, qaraciyər infeksiyalarına dair testlər, qalxanabənzər vəzin analizləri və ya ultra səs müayinəsi, həmçinin qarın boşluğunun USM müayinəsi daxildir".
Nuriyyə NATİQQIZI
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:73
Bu xəbər 17 Dekabr 2025 15:19 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















