Icma.az
close
up
RU
Hər oxuyan qatil olur?

Hər oxuyan qatil olur?

Icma.az, Cebheinfo saytına istinadən bildirir.

Detektiv əsərlər insanlar asında ən çox maraq doğuran və geniş oxucu kütləsinə sahib janrlardan biridir. 

İnsanlar detektiv əsərləri oxuyarkən sanki özlərini hadisələrin içində hiss edir, şübhəli obrazları təhlil edir və hadisələrin necə nəticələnəcəyini tapmağa çalışırlar. Hər yaşda insanın bu janra meyil göstərməsi onun göstəricisidir ki, detektiv əsərlər insanı həm maraqlandırır, həm də onun düşüncə tərzini və psixoloji dünyasını əks etdirir. 

Detektiv əsərlərdə cinayət, qorxu və yalan kimi fərqli mövzular əks olunur. Həmçinin detektiv əsərlərdə hadisələri təhlil edib, hadisənin sonunu təxmin etmək oxucunun düşüncə tərzini inkişaf etdirir. “Cümhuriyət” qəzetinə mövzu ilə bağlı açıqlama verən psixoloq Fəridə Müsəvi bildirib ki, belə əsərlərə, filmlərə, xəbərlərə marağın artması şəxsiyyətin formalaşmasından asılıdır: 

“Detektiv əsərlərə, kriminal xəbərlərə meyil şəxsin xarakterindən asılıdır. Bu məsələdə ən əsas rol oynayan amil şəxsiyyətdir. Şəxsiyyət fərdin sahib olduğu dinamik və təşkilatlanmış xüsusiyyətlər toplusudur ki, bu da onun mühitə, düşüncələrinə, emosiyalarına, motivasiyalarına və müxtəlif vəziyyətlərdəki davranışlarına özünəməxsus təsir göstərir. 

Şəxsiyyət, həmçinin zamanla davamlı olaraq nümayiş olunan düşüncə, duyğu, sosial uyğunlaşma və davranışların nümunələrini əhatə edir. Bu, şəxsin gözləntilərinə, özünü qiymətləndirməyinə, dəyərlərinə və münasibətlərinə güclü təsir göstərir. Şəxsiyyət, həmçinin insanların digər insanlara, problemlərə və stressə reaksiyalarını proqnozlaşdırır. İdioqrafik psixologiya xüsusi bir fərdin unikal aspektlərini başa düşməyə çalışır”. 

Bütün detektiv və kriminal əsərlərə, xəbərlərə, filmlərə üstünlük verən şəxsləri cinayətkar tipli qiymətləndirməliyikmi? 

Psixoloq bu suala cavabında “Əlbəttə ki, xeyr! Şəxsiyyət testinin tətbiqi bizə şəxsiyyət tiplərini müəyyənləşdirməyə kömək edir”,-deyir.  O qeyd edib ki, insanlar adrenalin və həyəcan axtarışında olsa da, təhlükəsizlik hissini qorumaq istəyir və bu ehtiyac detektiv əsərlərə marağı formalaşdırır: 

“İnsan beyni elə qurulub ki, şəxs adrenalin, həyəcan istəyir, amma bunları yaşayarkən təhlükədən uzaq olmaq da arzulayır. Məhz bu əsərlər o şəxslərə şərait yaradır ki, onlar orda özlərini tapsınlar. Başqa cür belə izah oluna bilər ki, bəzi tiplər o əsərlərdə öz kölgələrini görürlər. Sanki əsəri öz daxili dünyasına uyğunlaşdırıb, hadisələri təxmin edirlər. 

Bu məsələni xüsusi qeyd etməliyəm ki, travmalı uşaqlıq keçirən şəxslərin daxilində də bir kriminalist, cinayətkar ruh yatmış ola bilər. Lakin bunu hamıya şamil edilə bilmərik. Çünki bəzi insanların daxili dünyası tam fərqlidir, onlar ruhlarını romantik əsərlərdə tapırlar. 

Detektiv əsərlər, filmlər bu tip insanların ruhunu əks etdirir. Bu mövzuda müxtəlif aspektlər mövcuddur. Məsələyə sosial aspektlərin də mühüm təsiri var. Bu, indiki dövrdə insanların daha çox nəyi eşitməsi, nəyi görməsi məsələsidir. Bu da insanların baxış bucağını formalaşdırır. Mütəmadi cinayət xəbərləri eşidən bir insanın şüur altında bu mövzu kodlanır. Bu səbəbdən insanlar arasında detektiv əsərlərə kriminal meyillər güclənə bilər”. 

Gülər
"Cebheinfo.az" 

Açar sözlər: Detektiv əsərlər Fəridə Müsəvi

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:148
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 09 Avqust 2025 13:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

BMT: Miqrant uşaqların çoxu Avropaya valideynlərsiz gəlib

07 Oktyabr 2026 18:19see567

Barselona nın sabiq futbolçusu karyerasını bitirdi

07 Oktyabr 2026 18:12see553

Tacikistan və İran quru sərhəd keçidləri də daxil olmaqla, tam vizasız rejimə keçiblər

07 Oktyabr 2026 18:17see546

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb QRAFİK

07 Oktyabr 2026 18:13see476

Məhəmməd Bədəlbəyliyə töhmət verildi

06 Oktyabr 2026 16:23see465

Bakıda həbs edilən klinika direktoru HAKİM QARŞISINDA

07 Oktyabr 2026 18:21see437

Adəm İsmayıl Bakuvi Prezidentə məktub yazıb

06 Oktyabr 2026 19:04see371

Azərbaycana ən çox hansı ölkələr sərmayə yatırır?

07 Oktyabr 2026 15:59see362

Neftin qiyməti ilə bağlı SENSASİON PROQNOZ 200 dollar olacaq

07 Oktyabr 2026 13:22see359

Karyera seçimi, qərarvermə və liderlik: UNEC in məzunu tələbələrə təcrübəsindən danışıb

07 Oktyabr 2026 18:17see331

Yenidən məhkəmədə üz üzə gələcəklər

07 Oktyabr 2026 18:13see321

Niyazi Bayramov növbəti dəfə vətəndaşlarla görüşdü Fotolar

07 Oktyabr 2026 18:20see315

Ucuz maşın almaq istəyənlərin NƏZƏRİNƏ Qiymətlər 600 AZN dən başlayır

07 Oktyabr 2026 16:36see307

Orta Dəhliz uzunmüddətli iqtisadi inkişaf və regional inteqrasiya platformasıdır ŞƏRH

07 Oktyabr 2026 18:13see303

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində müzakirəyə üç məsələ çıxarılıb

07 Oktyabr 2026 14:39see302

OpenAI BƏƏ fondları və BlackRock dan 30 milyard dollar cəlb etmək üçün danışıqlar aparır

07 Oktyabr 2026 14:27see294

Büdcə təşilatlarında çalışanların maaşına əlavələrə yuxarı həddin tətbiq ediləcəyi müddət dəyişib

07 Oktyabr 2026 16:34see294

La Liqanın ən bahalı 10 oyunçusu SİYAHI

07 Oktyabr 2026 18:17see293

Bakıda gizlin qumarxana aşkarlandı FOTO

08 Oktyabr 2026 01:13see282

“Comelson Business Expo 2026”: biznesin rəqəmsal transformasiyası

07 Oktyabr 2026 17:49see280
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri