Icma.az
close
up
RU
Hərbi ekspert: Mina partlayışları sakinlərin özünün günahı ucbatından baş verir

Hərbi ekspert: Mina partlayışları sakinlərin özünün günahı ucbatından baş verir

Demokrat.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

"Son zamanlarda da minaya düşmə halları baş verir. Təkcə Ağdamın ərazisində yüz mindən artıq mina var idi. Erməni tərəfi hələ də mina xəritəsini təqdim etməyiblər, təqdim etdikləri də həqiqətə uyğun deyil. Minalarla çirklənmiş ərazi çoxdur və onun tam təmizlənməsi üçün xeyli müddət lazımdır. Ərazidə isə  Müdafiə Nazirliyi, ANAMA işarələr qoyub. O işarələrdən qırağa çıxmaq olmaz. İnsanlar isə məsələyə məsuliyyətsiz yanaşır. Əraziyə keçmək qəti qadağan olmağına baxmayaraq qəbir ziyarətinə və.s gedirlər, minalara düşürlər".
Bu sözləri Demokrat.az-a açıqlamasında hərbi ekspert Rövşən Məhərrəmov deyib
"Bəzi hallarda isə "sürpriz" minalarla qarşılaşırlar. Yəni,  cihaz tərəfindən bir mina tapılır, təmizlənilir. "Sürpriz" minalar isə aşkar olunmur və bu minaların partlayışı nəticəsində insanlarımız həyatını itirir,  sağlamlığına ağır ziyan dəyir. Güman edirəm ki, insanlar arasında maarifləndirmə işi güclü aparılmalıdır. Maarifləndirmə aparıldıqdan sonra aidiyyatı qurumlar insanlar arasında təlimlər, dərslər keçməlidir.  Maarifləndirmə güclü olmalıdır ki, insanlar ərazidən kənara çıxmasınlar. Əfsuslar olsun ki, çox vaxt insanlar bu təlimatlara mahal qoymayaraq ərazilərə girirlər və mina partlayışı nəticəsində zərər görürlər".
O bildirib ki, İkinci Dünya Müharibəsindən sonra bu günə kimi hələ də ərazilər var ki, bu gün də minalar partlayır, partlayışlar baş verir:
"Yəni, bu minadan təmizləmə məsələsi çox uzun müddət tələb edir. Ola bilər ki, təmizlənmiş ərazi olsa da, dərinlikdə partmamamış  mərmilər olsun. Bəzi mərmilər var ki, torpaqla təmasda olub, ancaq partlayış baş verməyib, mina axtaran cihazlar onu müəyyən edə bilməyib. Hesab edirəm ki, bu aidiyyatı qurumların günahı deyil. Bu, insanların öz məsuliyyətsizliyi nəticəsində baş verir. Mən Qarabağın ərazisində oldum. Hər bir yerdə xüsusi işarələr var ki, o, əraziyə girmək qadağandır. Yerli icra hakimiyyəti orqanları, aidiyyatı qurumlar birlikdə dərslər təşkil etməli, məşğələlər keçirilməlidir və maarifləndirmə işi gücləndirilməlidir. Bunun səbəbi yalnız və yalnız şəxslərin, vətəndaşların məsuliyyətsizliyi ucbatından baş verən hadisələrdir".
Qeyd edək ki, dünən Ağdam rayonunun işğaldan azad edilmiş Çəmənli kəndi ərazisində rayon sakini Nurəddin Feyzi oğlu Abbasov heyvan otararkən piyada əleyhinə minanın partlayışı nəticəsində ayağından xəsarət alıb.
Əfsanə Kamal
Demokrat.az
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:164
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 03 Aprel 2025 19:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see379

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see281

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see266

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see255

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see251

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see246

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see242

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see241

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see235

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see226

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see215

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see204

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see201

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see201

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see199

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see199

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see199

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see191

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see189

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see185
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri