Hərbi şirkətlər əməkdaşlarına Çin maşınlarında iş barədə danışmağı qadağan edib
Icma.az xəbər verir, Avtosfer saytına əsaslanaraq.
Böyük Britaniyanın müdafiə şirkətləri sənaye casusluğunun qurbanı olmaq qorxusu fonunda işçilərinə yeni məhdudiyyətlər tətbiq edib.
Avtosfer.az-ın məlumatına görə, bu barədə “Report” “The Times” nəşrinə istinadən xəbər verir.
Qeyd olunub ki, bəzi hallarda təhlükəsizlik qaydalarına Çin istehsalı olan avtomobillərdə smartfonların USB portlarına qoşulmasına qadağa da daxildir. Britaniya silah istehsalçıları Çin texnologiyasının smartfonlara zərərli proqramların quraşdırılması üçün istifadə oluna biləcəyindən ehtiyat edirlər. Belə ki, Çin avtomobil sənayesinin məhsulları son vaxtlar ucuz elektrik avtomobillərinə artan tələbat səbəbindən xüsusi diqqəti cəlb edir.
Nəşrə Britaniya müdafiə sənayesindəki mənbə bildirib: “Təhlükəsizlik tədbirləri xeyli artırılıb. Şübhə yoxdur ki, Çin kəşfiyyatı çox fəaldır. Bildiyimə görə, Müdafiə Nazirliyi səviyyəsində Çin avtomobilləri və onlarda çoxlu sayda texnoloji elementlərlə bağlı narahatlıqlar diktə edən müəyyən işlər görülüb. Bir çox şirkətlər buna daha çox diqqət yetirməyə başlayıblar və təbii ki, məxfi xidmətlər də buna nəzarət edirlər”.
Məqaləyə görə, bəzi şirkətlər işçilərə Çin avtomobillərini korporativ dayanacaqlarda saxlamağı, orada olarkən iş məsələlərini müzakirə etməyi, USB kabellər və Bluetooth vasitəsilə smartfonlarını onlara qoşmağı qadağan edib. Britaniya şirkətləri ilə yanaşı, Amerikanın “Lockheed Martin” və Fransanın “Thales” şirkətləri İngiltərədəki zavodlarında təhlükəsizlik qaydalarını sərtləşdiriblər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:55
Bu xəbər 04 May 2025 22:40 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















