Hərbi təhsil müəssisələrinin nümayəndələrinin şagirdlərlə görüşləri keçirilib
Icma.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Bakı, 12 fevral, AZƏRTAC
“Zəfər varisləri” layihəsi çərçivəsində Azərbaycan Respublikasının Hərbi Prokurorluğunun təşkilatçılığı ilə internat məktəblərinin şagirdlərinin xüsusi təyinatlı təhsil müəssisələrinə hazırlanmasına dair tədbirlərin icrasına başlanılıb.
Bu barədə AZƏRTAC-a Müdafiə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, layihə çərçivəsində Müdafiə Nazirliyinin Milli Müdafiə Universitetinin, Cəmşid Naxçıvanski adına Hərbi Liseyin, Dövlət Sərhəd Xidmətinin Xüsusi Məktəbinin və Dövlət İmtahan Mərkəzinin nümayəndələrinin iştirakı ilə 1 və 2 nömrəli ümumi təyinatlı internat tipli ümumi təhsil məktəblərinin şagirdləri ilə görüşlər keçirilib.
Görüşlərdə hərbi təhsil müəssisələri barədə geniş məlumat verilib və qəbulla bağlı videoçarxlar nümayiş etdirilib. Həmçinin xüsusi təyinatlı təhsil müəssisələrində təhsilini davam etdirmək istəyən şagirdlərin sənədlərinin qəbulu və qeydiyyatı aparılıb, imtahanlara hazırlıq üçün zəruri tədris vəsaitləri ilə təminatına köməklik göstərilib.
Şagirdlərə bildirilib ki, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın diqqət və qayğısı hərbi təhsil müəssisələrində təhsil aldıqları müddətdə də davam edəcək, məzun olduqdan sonra isə Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə qalib Silahlı Qüvvələrimizdə qürurla xidmət edəcəklər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:144
Bu xəbər 12 Fevral 2026 13:17 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















