Icma.az
close
up
RU
Həyat yoldaşım Nigar yazmışdı ki... Rəsul Rzanı kim aldatmışdı?

Həyat yoldaşım Nigar yazmışdı ki... Rəsul Rzanı kim aldatmışdı?

Kulis.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.


Kulis.az Rəsul Rzanın "Teleqram" adlı xatirəsini təqdim edir.

1942-ci il. Soyuq yanvar günü. Qamışburunda gəmidən endik. Dalğalı dənizdə gəmi bizi yamanca tutmuşdu, ürəyimiz bulanırdı. Sahildə özümüzə gəlməmiş başımızın üstünü alman təyyarələri aldı. Bombalar sağımıza-solumuza yağırdı. Bu ilk döyüş imtahanımızdı. Limanın polad dirəklərinin parçaları, dərin kalafalar, qan. İnsanların sifətlərinə, qulaqlarına sıçramış palçıq, torpaq. Adam vahimələnirdi. Bu sətirlər də elə o anlarda cib dəftərimə etdiyim qeydlərdəndir.

Cəbhənin yaxşısı-pisi olmur. Kerç də bu mənada istisna deyildi. Faşistlərin ölkəmizə xain basqınından cəmi bir neçə ay keçmişdi. Düşmənin havada üstünlüyü açıq-aşkardı. Kerç cəbhəsində bu daha aydın duyulurdu. Arxamızda dənizdi, bu isə qoşunlarımızın manevr imkanlarını, hərbi sursatın, ərzağın vaxtlı-vaxtında çatdırılmasını xeyli məhdudlaşdırırdı. Çox vaxt adicə odun tapılmırdı ki, döyüşçülər və əhali üçün çörək bişirilsin. Bütün bu ştrixlər bizim milli hissələrin rus hərbi birlikləriylə bərabər Kerç yarımadasında qoruduqları cəbhəyə aiddir.

Elə vaxt olurdu ki, düşmən gündə bir neçə dəfə Kerç şəhərinə hava hücumları edirdi. Amma düşmənin hiddəti ən çətin şəraitdə yağıya qarşı duran döyüşçülərimizin inadını üstələyə bilmirdi. Krım cəbhəsinin "Döyüşən Krım" qəzetində döyüşçülərimizin şücaəti haqqında yazılar çıxırdı. Qəzet dörd dildə çap olunurdu: rus, Azərbaycan, gürcü və erməni dillərində. Bizim bir-birinə möhkəm bağlı kollektivimiz qəzetdən başqa vərəqələr, müraciətlər və s. də çap edirdi.

Qəzetin əməkdaşları tez-tez ön cəbhəyə gedirdilər. Biz milli hərbi hissələrin döyüşçüləri qarşısında tez-tez çıxış edir, şer, hekayə oxuyurduq.

Ana dilimizdə çıxan qəzetin böyük tərbiyəvi və səfərbəredici əhəmiyyəti vardı. Qəzet səhifələrində döyüşçülər doğma yurdlarından da xəbər tuturdular. Ön cəbhədə, səngərlərdə, blindajlarda döyüşçülərimizlə görüşlər unudulmazdır.

Hücumqabağı bir gecə, xüsusilə, yadımda qalıb. Martın ortaları idi. Qəzetimizin bütün əməkdaşları redaksiya otağında toplaşmışdı, hücum gününə həsr edilmiş xüsusi buraxılışı hazırlayırdıq. Deyirlər ki, dost çətin gündə tanınar. Bu müdrik kəlamın həqiqiliyi müharibənin ağır günlərində Krımda bir daha təsdiq olundu. Burada mən böyük rus şairi İlya Selvinskini daha yaxından tanıdım və onunla möhkəm dostlaşdıq. Burada mən geniş savada malik V.Maçavarianiylə, gənc gürcü şairi Revaz Margianiylə, Q.Boryanla dostlaşdım. Məşhur nasir Əli Vəliyevlə, Abbas Zamanovla, Cəfər Cəfərovla və başqa həmyerlilərimlə dostluğumuz müharibənin ağır sınaqlarında daha da bərkidi.

O gecə düşmən, sanki təhlükəni duyubmuş kimi bir neçə dəfə şəhəri bombaladı. Redaksiya binasını tərk etməyi bizə qəti şəkildə qadağan etmişdilər. Bombalar gah uzaqda, gah da lap yaxınlığımızda partlayırdı. Bombaların dəhşətli səslərinin müşayiətiylə kimimiz şer, kimimiz müraciət yazır, kimimiz Krım cəbhəsinin döyüşçülərinin həyatından epizodları qələmə alırdı. Mən demək olar ki, bir ay idi Bakıdan xəbər tuta bilməmişdim, ailəm üçün, üç yaşında Bakıda qoyub gəldiyim oğlum Anar üçün bərk darıxırdım. Dostlarım mənim nigarançılığımı hiss edir və söhbətlərlə, zarafatlarla narahat fikirlərimi dağıtmağa çalışırdılar.

Gecənin yarısından keçmişdi. Səhərki qəzetimiz hazır idi, çap edilmişdi. Həmin gün teleqram aldım. Həyat yoldaşım Nigardandı. Anamın, bacılarımın, oğlumuzun sağ-salamat olduğunu bildirirdi. Qəlbim sevinclə doldu. Elə bil, nə bu nigaran gecə, nə ətrafımıza yağan bombaların müdhiş səsi vardı. Bütün təlaşlarım, narahatlığım, elə bil ki, harasa çəkilib getdi, yox oldu. Məni çuğlayan sevincin təsiri altında dostlarımı bağrıma basdım.

***

Yalnız iki həftə sonra, evdən birdən-birə üç məktub və kiçik sovqat alanda dostlarım etiraf etdilər ki, teleqramı özləri yazıbmışlar. (Böyük torpaqdan bizə gələn teleqramlar əllə yazılırdı). Dostlarım bu yalan teleqramı tərtib etmişdilər ki, mənim nigarançılığıma son qoysunlar. Bu "yalana" görə ömrüm boyu dostlarıma minnətdar olacam.
__

Fotonu rənglədi: Tural Hüseyn

Ferdi Tayfurun son arzusu nə olub? - Dostu açıqladı Gənclərin roman müsabiqəsi 2 - Mükafatlandırma Hər kim yüz il yaşamasa... - Günün şeiri
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:143
embedMənbə:https://kulis.az
archiveBu xəbər 16 Yanvar 2025 15:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see239

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see208

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see185

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see171

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see169

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see164

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see158

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see156

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see153

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see147

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see145

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see145

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see140

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see139

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see137

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see136

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see135

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see134

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see130

NASA 2030 cu ilə qədər Ay səthində nüvə reaktoru quracaq

16 Yanvar 2026 05:39see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri